Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-15/2025 12.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Fəfayıl oğlunun katibliyi İddiaçı Fərhad oğlunun Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Fərhad oğlunun Cavabdeh qarşı “çəkilən xərcin əvəzinə görə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Fərhad oğlunun Cavabdeh qarşı iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Tərtər rayonu Dəmirçilər kəndində 0,30 ha həyətyanı torpaq sahəsində yerləşən, 02 otaqlı yaşayış evinə dair bağlanmış xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləssinə uyğun olaraq həmin mülk üzərində əmələ gələn mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və ya çəkilən xərc və zərərə görə 21.000 manat pulun və ödənilmiş rüsumun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Fərhad oğlu məhkəməyə xx.xx.2025-ci il tarixli yazılı ərizə təqdim edib iddianı qismən müdafiə edərək izahatında bildirmişdir ki, iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizədə cavabdehlə aralarında Tərtər rayonu Dəmirçilər kəndində 0,30 ha həyətyanı torpaq sahəsində yerləşən, 02 otaqlı yaşayış evinə dair bağlanmış xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləssinə uyğun olaraq həmin mülk üzərində əmələ gələn mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və ya cavabdehdən çəkilən xərc və zərərə görə 21.000 manat pulun və ödənilmiş rüsumun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini göstərsə də, sonradan cavabdehlə razılıq əldə etmişdir. Ona görə də hazırda cavabdehdən çəkilən xərc və zərərə görə 9500 manat pulun alınıb ona verilməsini xahiş edir. Qalan hissə də iddianı müdafiə etmir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixli yazılı ərizə təqdim edib iddianı qismən qəbul etdiyini bildirərək izhatında göstərmişdir ki, sonradan iddiaçı ilə razılıq əldə etmişdir. Ona görə də hazırda çəkilən xərc və zərərə görə iddiaçıya 9500 manat, ekspertiza xərcinə görə isə 175 manat pulu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödəməyə razıdır. Məhkəmə iddaçının iddianı qismən müdafiə etməsinə, cavabdehin isə iddianı qismən etiraf etməsinə dair izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı əslən Tərtər rayonu Dəmirçilər kəndindən olsa da, kənddə evi olmadığı üçün kəndə xeyir-şər məclisinə gələrkən qala bilməsi üçün ev almaq qərarına gəlmiş, 2009-cu ildə hazırkı cavabdehin kənddə özünə məxsus torpaq sahəsini və həmin torpaq sahəsində olan yaşamaq üçün heç bir şəraiti olmayan 02 otaqlı evi satmaq istədiyini eşidib, bu barədə cavabdehin özü və atası ilə görüşüb söhbət etmiş, evə və torpaq sahəsinə baxaraq 2000 manata razılaşmış və 2000 manatı cavabdehə verərək xx.xx.2009-cu il tarixli sadə yazılı formada müqavilə bağlayaraq evi və həyətyanı torpaq sahəsini cavabdehdən almışdır. Müqavilənin mətnini kənd icra nümayəndəsi tərtib etmiş və müqavilə onun və cavabdehin tərəfindən imzalanmışdır. Sonra əkə bilməsi üçün torpağı daş-kəsəkdən təmizlətmiş, peyin və qara torpaq daşıtdırmış, ağac alıb əkmiş, evin bir otağına və seyvanına beton tökmüş, hamam və tualetin üstünə sement və beton pasinkalar döşəmiş, hövuz tikdirmişdir. Həmin işləə görə iddia ərizəsində göstərdiyi xərcləri çəkmiş, xx.xx.2009-cu ildən hazırkı iddianı qldırmamışdan bir-neşə ay qabağadək həmin həyətə yiyəlik etmiş, yuxarıda qeyd etdiyi kimi həyətdə haman, ayaqyolu və su hovuzu tikmiş, evinin bir otağının döşəmə hissəsinə beton tökmüş və həmin otaqda malyar işi görmüş, evin 2 ədəd pəncərəsini və 1 ədəd qapısını dəyişdirmişdir. Lakin, sonradan cavabdeh həmin evə köçərək iddiaçını evə və həyətə buraxmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı qismən müdafiə etmiş, o cümlədən cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə verməklə iddianı qismən etiraf etmiş və çəkilən xərc və zərərə görə iddiaçıya 9500 manat, ekspertiza xərcinə görə isə 175 manat pulu isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə hesab edir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin qismən etirafı təsdiq edilməli və iddia qismən təmin olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52.2, 191.3, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: Cavabdehin iddianı qismən etiraf etməsi təsdiq edilsin və iddia qismən təmin olunsun. Cavabdeh 9500 manat pul alınaraq İddiaçı Fərhad oğluna, ekspertiza xərcinə görə 175 manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.
Məhkəmə qərarları › İş №2(061)-15/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-15/2025
12.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver