Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1523/2025 28.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək anası 1937-ci ildə Yevlax rayonu Qoyunbinəsi kəndində doğulmuş X5nın 2006-cı ildə, 14 aprel 1963-cü ildə Tərtər rayon Qaradağlı kəndində doğulmuş qardaşı X9 2012-ci ildə Tərtər şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək 1937-ci ildə Yevlax rayonu Qoyunbinəsi kəndində doğulmuş X5nın 29 avqust 2006-cı ildə, 14 aprel 1963-cü ildə Tərtər rayonu, Qaradağlı kəndində doğulmuş qardaşı X9 xx.xx.2012-ci ildə Tərtər şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, xx.xx.1963-cü ildə Tərtər şəhərində doğulmuşdur. X4, X5nın birgə nikahdan dörd övladları olmuşdur. Özü, qardaşı X18, bacısı X11 və X19 olmuşdur. O, qardaşı Mirzə Məmmədovla bir evdə yaşamışlar. X5 29 avqust 2006-cı ildə, qardaşı X18 xx.xx.2012-ci ildə keçirdikləri xəstəlik nəticəsində vəfat etmişlər. Bu barədə arayış və qardaşı öldükdən sonra onların bütün dəfn və yas mərasimlərinin xərci onun tərəfdən çəkilmişdir. Lakin X5 və X1 olduğundan ölüm haqqında şəhadətnamələr alınmamışdır. X3 və X6 şəhər qəbristanlığında dəfn olunmuşlar. O, anasına və qardaşına ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, onların ölümü barədə həmin şöbədə heç bir məlumat aşkar edilməmişdir. Hər iki şəxsin ölümünün qeyd edilməsi faktının müəyyən edilməsinə görə ərizə ilə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Anasının və qardaşının ölümünün qeyd edilmə faktlarının təsdiq edilməsi ona daşınmaz əmlakın adına sənədləşdirilməsi ilə bağlı lazım olduğunu bildirmişdir. Həmin sənədi başqa qaydada almaq mümkün olmamışdır. Ona görə də hesab etmişdir ki, 1937-ci ildə Yevlax rayonu Qoyunbinəsi kəndində doğulmuş X5nın 29 avqust 2006-cı ildə, 14 aprel 1963-cü ildə Tərtər rayonu, Qaradağlı kəndində doğulmuş qardaşı X9 xx.xx.2012-ci ildə Tərtər şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X16 göstərmişdir ki, Ərizəçi ilə uzun müddətdir ki, yaxın qonşudurlar. Münasibətləri yaxındır. Ərizəçinin X5 29 avqust 2006-cı ildə, qardaşı X18 xx.xx.2012-ci ildə Tərtər şəhərində vəfat etmişlər. Onları Tərtər şəhər qəbristanlığında dəfn etmişlər. Onlara üzr mərasimi keçirilmişdir. Həmin yas mərasimində yaxını kimi iştirak etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X26 göstərmişdir ki, onun valideynlərinin Ərizəçi valideynləri ilə əvvəldən yəni, təqribən 30 ilə yaxın bir müddətdə münasibətləri olmuşdur. Ərizəçinin X5 29 avqust 2006-cı ildə, qardaşı X18 xx.xx.2012-ci ildə Tərtər şəhərində vəfat etmişlər. Onları Tərtər şəhər qəbristanlığında dəfn etmişlər. Onlara üzr mərasimi keçirilmiş və həmin yas mərasimində ailəyə yaxın bir insan kimi iştirak etmişdir. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Tərtər şəhərində anadan olmaqla, Tərtər şəhəri, Nizami küçəsi ev 60, mənzil 59-da qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Tərtər rayon Mənzil İstehsalat Təmin-İstismar Sahəsinin verdiyi 247 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Tərtər şəhəri, Nizami küçəsi bina 40, mənzil 59-da yaşayır. Mülki işə əlavə edilmiş Tərtər Bələdiyyəsinin verdiyi 128 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi qardaşı X18 2012-ci ildə Tərtər şəhərində vəfat etmiş, onu Tərtər şəhər qəbristanlığında dəfn etmişlər. Mülki işə əlavə edilmiş Tərtər Bələdiyyəsinin verdiyi 129 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi X5 2006-cı ildə Tərtər şəhərində vəfat etmiş, onu Tərtər şəhər qəbristanlığında dəfn etmişlər. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 30 iyul 2025-ci il tarixli arayışdan görünür ki, X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixdək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 30 iyul 2025-ci il tarixli arayışdan görünür ki, X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixdək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 31 iyul 2025-ci il tarixli arayışdan görünür ki, X18 xx.xx.1963-cü ildə Tərtər rayon Qaradağlı kəndində anadan olmuş, ata qrafasında X10, ana qrafasında X12 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 01 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Tərtər rayon Qaradağlı kəndində anadan olmuş, ata qrafasında X10, ana qrafasında X12 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 30 iyul 2025-ci il tarixli X2 cavab məktubundan görünür ki, X18 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bildirilmişdir ki, ölüm haqqında akt qeydinun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnsan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən ölümü dövlət qeydiyyatına almaq mümkün olmamışdır. Maraqlı şəxs onun məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 30 iyul 2025-ci il tarixli X2 cavab məktubundan görünür ki, X12 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bildirilmişdir ki, ölüm haqqında akt qeydinun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnsan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən ölümü dövlət qeydiyyatına almaq mümkün olmamışdır. Maraqlı şəxs onun məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Mülki işə əlavə edilmiş Vİİİ-JQ 507952 nömrəli keçmiş sovet pasportunun vərəqinin surətindən görünür ki, X18 xx.xx.1963-cü ildə keçmiş Mirbəşir hazırki Tərtər rayon Qaradağlı kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş İİİ-JQ 501545 nömrəli keçmiş sovet pasportunun vərəqinin surətindən görünür ki, X12 1937-ci ildə Yevlax rayon Qoyunbinəsi kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş fotoşəkildə X7 29 avqust 2006-cı ildə, X9 xx.xx.2012-ci ildə vəfat etməsi əks olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin anası mərhum X12 29 avqust 2006-cı ildə, qardaşı X18 xx.xx.2012-ci ildə Tərtər şəhərində ölmüşdür. Onları Tərtər şəhər qəbristanlığında dəfn etmişlər. Bu fakt mülki işə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş sənədlərlə, şahid ifadələri ilə tam sübuta yetmişdir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə tətbiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”ın8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, ərizəçinin izahatını, şahid ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, ərizəçi X17 anası 1920-cı il təvəllüdlü X8 xx.xx.1965-ci ildə Tərtər şəhərində ölümünün qeyd edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası 1937-ci ildə Yevlax rayonu Qoyunbinəsi kəndində doğulmuş X7 29 avqust 2006cı ildə, qardaşı 14 aprel 1963-cü ildə Tərtər rayonu, Qaradağlı kəndində doğulmuş X9 xx.xx.2012-ci ildə Tərtər şəhərində ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydaya təqdim olunduğu vaxtdan 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1523/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1523/2025
28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver