Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1564/2024 17.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 7000 (yeddi min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı göstərmişdir ki, cavabdeh X2 rayon sakini kimi tanımışdır. Onunla heç bir ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. Ona bir insan kimi hörməti olmuşdur. 25 may 2022-ci il tarixdə Cavabdeh problemi olduğu üçün ondan 7000 manat borc pul istəmişdir. Ona inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh ondan pul alması ilə bağlı qəbz yazıb vermiş və həmin pulu 25 may 2023-cü il tarixdə qaytaracağına söz vermişdir. Beləliklə o, Cavabdehla aralarında olan razılaşmaya əməl etməklə ona 7000 manat pul vermişdir. Lakin Cavabdeh razılaşmaya əməl etməmişdir. Borcunu vaxtında qaytarmadığı üçün Cavabdeh verdiyi borcunu istədikdə o, sonra verəcəyini bildirmişdir. O, bir daha pulunu geri istədikdə cavabdeh ona yenə yalan vədlər verərək qaytaracağını bildirmişdir. Sonradan onunla əlaqə saxlamaq istəsə də Cavabdeh onunla danışmaq istəməmişdir. O, Cavabdeh pulunu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Buna baxmayaraq yenə də müsbət nəticə əldə olunmamışdır. Pulunu ala bilmədiyindən və hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədə Cavabdeh qarşı onun borclu olduğu 7000 (yeddi min) manat pulun alınıb ona verilməsi tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Hazırda məhkəmə iclasında cavabdeh də borcunu etiraf etdiyindən tələbin tam şəkildə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı göstərmişdir ki, İddiaçı ilə heç bir ədavəti olmamış, münasibəti bir insan kimi yaxşı olmuşdur. Həqiqətən 2022-ci ilin may ayında İddiaçı ehtiyacı olduğu üçün 7000 manat miqdarında borc pul istəmişdir. İddiaçıla münasibətləri yaxşı olduğundan həmin pulu borc olaraq ona vermişdir. Heç bir təzyiq olmadan iltizam yazaraq İddiaçı borc aldığı pulu bir il müddətinə qaytaracağına söz vermişdir. Lakin buna baxmayaraq maddi imkanı olmadığı üçün söz verdiyi vaxtda pulu geri qaytara bilməmişdir. Bu müddət ərzində İddiaçı 7000 manat məbləğində pul borcu qalmışdır. Hazırda iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etməmiş, həmin pulu hissə-hissə qaytaracağını bildirmişdir. İş materiallarına əlavə edilmiş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli AA N 278978 saylı məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, Əsədov X1 rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarına əlavə edilmiş Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin verdiyi 1241 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Əsədov X1 rayonundan məcburi köçkündür və Tərtər rayon Şıxarx qəsəbəsində müvəqqəti qeydiyyatdadır, həmin ünvanda məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş AA № ******* saylı (FİN xxxxxxx) şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1999-cu il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, ərizəsində İddiaçı 7000 manat borc pul aldığını, həmin məbləğdə pulu alması ilə bağlı qəbz yazdığını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirazı olmadığını, həmin pulun hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş təkmil dəftər vərəqində yazılmış qəbzin əslindən görünür ki, Cavabdeh, İddiaçı 7000 (yeddi min) manat pul almış və həmin pulu bir il müddətində qaytaracaqdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, 25 may 2022-ci il tarixdə Cavabdeh İddiaçı 7000 manat borc pul istəmişdir. İddiaçı münasibətləri yaxşı olduğundan ona inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh İddiaçı pul allması ilə bağlı qəbz yazıb vermiş və aldığı pulu bir il müddətinə qaytarmağı söz vermişdir. Pulu vaxtında qaytarmadığı üçün İddiaçı, Cavabdeh pulunu istəmiş lakin o, sonra verəcəyini bildirmişdir. İddiaçı bir müddət sonra yenə pulunu tələb etmiş, lakin ala bilməmişdir. Odur ki, məhkəmədə cavabdehdən 7000 manat borcunun alınıb ona verilməsi tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməısini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh iddia tələbini etiraf edərək, mülki işin materiallarında olan qəbzi özünün sözləri ilə yazdığını, iddiaçıya olan 7000 manat borcunu hissə-hissə ödəyəcəyini bldirmişdir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh hər dəfədə yalan vədlər verərək sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu 7000 manat təşkil edir. Məhkəmə iclasında elan olunmuş cavabdehin verdiyi izahatla və ərizə ilə bu fakt öz təsdiqini tapır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdeh tərəf iddia tələbini etiraf etmişdir. Cavabdehin iddiaçıya həmin məbləğdə pul borclu olmasını və borcunu qaytarmadığıını təsdiq edən yuxarıda qeyd olunan özünün etirafedici izahatını və digər sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan 7000 manat borcunu qaytarmamışdır. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 7000 (yeddi min) manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqi normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında ( «Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının və cavabdehin izahatlarını, cavabdehin yazdığı qəbzi və ərizəni nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1564/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1564/2024
17.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver