Məhkəmə qərarları › İş №2(061)-1565/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1565/2024

26.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1565/2024 26.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı, həm də digər iddiaçının nümayəndəsi İddiaçı1 Cavabdehin nümayəndəsi X2 iştirakı ilə ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 26 dekabr 2024-cü il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 15.488 manat pulun və 136 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı, həm də digər iddiaçının nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iddia tələbini 8500 manat məbləğində, yəni 5000 ABŞ dolları ekvivalentində müdafiə edib, 6,988 manat məbləğində, yəni 250.000 rus rublu kevivalentinə dair hissədə geri qaytarılmasını xahiş etdiyi üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia tələbi həmin hissədə baxılmamış saxlanmışdır. Məhkəmə iclasında iddiaçı, həm də digər iddiaçının nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh onların bacısı oğludur. Özü və digər İddiaçı2 əvvəllər Rusiya Fedarasiyasında yaşayaraq pul qazanmışlar. Bacısıoğlu Seymur özünə ev almaq istədiyi üçün onlardan borc istəmişdir. Kömək məqsədi ilə borc olaraq özü xx.xx.2022-ci ildə Rusiyadan Seymurun adına iki dəfəyə, yəni 3000 ABŞ dolları və 2000 ABŞ dolları olmaqla cəmi 5000 ABŞ dolları məbləğində, yəni 8500 manat ekvivalentində, İddiaçı2 isə xx.xx.2022-ci ildə 250.000 rus rublu, yəni 1 publ = 0,02795 manat olmaqla 6,988 manat kevivalentində olmaqla, cəmi 15.488 manat pul göndərmişlər. Sonradan həmin borcu geri istədikdə cavabdeh bundan imtina etmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmədən cavabdehə borc verdiyi 5000 ABŞ dollarının ekvivalenti olaraq 8500 manat məbləğində pulun alınıb ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (anası) X6 iddianı qəbul etməyərək izhatında göstərmişdir ki, Cavabdeh iddiaçıların bacısı oğludur. İddiaçılar İddiaçı1 və İddiaçı2 əvvəllər Rusiya Fedarasiyasında yaşayaraq pul qazanmışlar. Doğrudur İddiaçı1 özünə maşın, İddiaçı2 isə özünə ev almaq üçün Seymurun adına Rusiya Fedarasiyasından pul göndərmişlər. Həmin pulları Seymur həqiqətən Bankdan çıxarıb evlərinə gətirmişdir. O, özü həmin pulları bankdan verilən kağızlarla birlikdə sandığa qoymuş, lakin qədərini bilməmişdir. Həmin pullar iddiaçıların olduğu üçün heç onları saymamışlar. X1yıtdıqdan sonra, həm Bəhruzun pulunu, həm də Azərin pulunu təxminən 2022-ci ilin avqust və ya sentyabr aylarında Bəhruza vermişlər. Hazırda Seymurun iddiaçılara heç bir borcu yoxdur. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan “Zolataya Korona -Pul Köçürmələri” sistemindən pul köçürmələrinə dair çıxarışlardan görünür ki, İddiaçı1 X4 Seymur Əlövsət oğlunun adına xx.xx.2022-ci ildə birinci dəfə 3000 USD, ikinci dəfə 2000 USD; İddiaçı2 isə xx.xx.2022-ci ildə 250.000 rus rublu, yəni 1 publ = 0,02795 manat olmaqla 6,988 manat kevivalentində olmaqla pul köçürmələri etmişıər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işbüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan iddia ərizəsidən, iddiaçı, həm də digər iddiaçının nümayəndəsi İddiaçı1 və cavabdehin nümayəndəsi X3 izahatlarından, pul köçürmələrinə dair sənədlərdən (çıxarışlardan) müəyyən olundu ki, cavabdeh iddiaçıların bacısı oğludur. İddiaçı1 borc olaraq xx.xx.2022-ci ildə Rusiyadan Cavabdeh adına iki dəfəyə, yəni 3000 ABŞ dolları və 2000 ABŞ dolları olmaqla 5000 ABŞ dolları məbləğində, yəni 8500 manat ekvivalentində, İddiaçı2 isə xx.xx.2022-ci ildə 250.000 rus rublu, yəni 1 publ = 0,02795 manat olmaqla 6,988 manat kevivalentində olmaqla, cəmi 15.488 manat pul göndərmişlər. İddiaçılar sonradan həmin borcu geri istədikdə cavabdeh bundan imtina etmişdir. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı, həm də digər iddiaçının nümayəndəsi İddiaçı1 məhkəmədə cavabdehə borc verilən 5000 ABŞ dollarının ekvivalenti olaraq 8500 manat məbləğində pulun cavabdehdən alınmasına dair hissədə iddianı müdafiə etmiş, 250.000 rus rubluna dair hissədə, yəni 6,988 manat kevivalentində olan hissədə geri qaytarılmasını xahiş etmiş və həmin hissədə iddia ərizəsi məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən baxılmamış saxlanmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi Kamilə Cəfərova iddiaçıların cavabdehin adına Rusiya Fedarasiyasından pul göndərildiyini inkar etməmiş və göndərilən pulları təxminən 2022-ci ilin avqust və ya sentyabr aylarında Bəhruza qaytardığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasnda cavabdehin nümayəndəsi Kamilə Cəfərova iddianı qəbul etməyib izahatında cavabdehin adına göndərilən pulların hamısının iddiaçılara qaytarıldığını göstərsə də, həmin pulların iddiçılara qaytarılmasına dair izahat verməkdən savayı hər hansı bir təkzibedilməz və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi Kamilə Cəfərovanın məhkəmə iclasındakı izahatı iddiaçı, həm də digər iddiaçının nümayəndəsi İddiaçı1 izahatı ilə tam şəklildə təkzib edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilməklə tədqiq edilən cavabdeh tərəfin təqdim etdiyi DİSK-dəki məlumatlardan (səs yazısından) iş üçün hər hansı bir əhəmiyyətli hal müəyyən olunmamışdır. Məhkəmə iddia ərizəsinə, iddiaçı tərəfin təqdim etdiyi pul köçürmələrinə dair sənədlərə, iddiaçının məhkəmə iclasında veridiyi izahatına qarşılıqlı şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı öz iddiasını məhkəmə iclasında sübuta yetirə bilmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirsə də, öz etirazını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqaviləvi öhdəliklərə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunduğu kimi aralarında olan şifahi razılaşmaya əsasən iddiaçılar cavabdehə yuxarıda qeyd olunan qaydada və məbləğdə borc pul versələr də (göndərsələr də), cavabdeh borcunu ödəməmişdir. Ona görə də cavabdehin iddiaçılar qarşısında həmin borcu ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia 8500 manat (5000 ABŞ dollarının ekvivalentində) əsas borc tələbinə dair hissədə həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə çəkilmiş məhkəmə xərclərinin iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflər arasında bölüşdürülməsi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, (8500 manat (təmin edilən əsas məbləğ) x 100 : 15,488 manat (iddia olunan əsas məbləğ) = 62,5%; 55,02% x 136 (iddia vermək üçün ödənilmiş dövlət rüsumu) AZN : 100 = 74,83 manat) iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Bu məqsədlə iddia vermək üçün ödənilmiş olan 136 manat dövlət rüsumunun 74,83 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 8500 manat (5000 ABŞ dollarının ekvivalenti) və ödənilmiş dövlət rüsumuna görə 74,83 manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia rüsuma dair qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar