Məhkəmə qərarları › İş №2(061)-158/2025

Tərtər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(061)-158/2025

02.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-158/2025 02.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim QubadovTahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 02 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 2650 manat, hüquqi xidmətə görə nümayəndəyə ödədiiyi 100 manat, cəmi 2750 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və etirazını əsaslandıran sübutları məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına yazılı razılığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ondan borca pul istədiyi üçün xx.xx.2024-cü il tarixli, GTGK7905733B145 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Tərtər rayon filialından illik 18,5 % dərəcəsi ilə, 12 ay müddətinə 2650 manat kredit götürüb, elə ordaca cavabdehə vermişdir. Bu hal bankın kamaralarına düşmüşdür. Tələb etsə də, cavabdeh sonradan borcun qaytarılmasını təmin etməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində hüquqi xidmətə görə cavabdehdən əlavə olaraq 100 manat pulun tutulmasını göstərsə də, hazırda yalnız əsas borca görə 2650 manat pulun alınıb ona verilməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan "xxxx" ASC-nin Tərtər rayon filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTGK7905733B145 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikinin surətindən görünür ki, "xxxx" ASC-nin Tərtər rayon filialı tərəfindən İddiaçı illik 18,5 % ödəmək şərti ilə, 12 ay müddətinə 2650 manat məbləğində kredit verilmişdir. İşdə olan məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən "xxxx" ASC-nin Tərtər rayon filialından götürülən və məhkəmə iclasında tədqiq edilən DİSK-dəki videogörüntüdən görünür ki, hazırkı İddiaçı ilə hazırkı Cavabdeh (iddiaçı görüntüdə onunla birlikdə gələn şəxsin məhz Cavabdeh olduğunu təsdiqləmişdir) birlikdə "xxxx" ASC-nin Tərtər rayon filialının inzibati binasına daxil olub xidməti pəncərəyə yaxınlaşaraq kredit müqaviləsi bağladıqdan sonra birlikdə xəzinə (kassa) pəncərəsinə yaxınlaşırlar, orada İddiaçı sənədləri təqdim edərək ona verilən kredit pulları götürərək, zalda olan oturacağa yaxınlaşıb, pulları saymadan, dəc şəkildə Cavabdeh verib oradan uzaqlaşır, həmin vaxt Cavabdeh oturacaqda əyləşib pulları sayıb cibinə qoyaraq oradan uzaqlaşır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan iddia ərizəsindən, iddiaçının izahatından, məhkəmə prosesinin gedişində məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən "xxxx" ASC-nin Tərtər rayon filialından götürülən və məhkəmə iclasında tədqiq edilən DİSK-dəki videogörüntüdən müəyyən olundu ki, Cavabdeh iddiaçıdan borca pul istədiyi üçün iddiaçı xx.xx.2024-cü il tarixli, GTGK7905733B145 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Tərtər rayon filialından illik 18,5 % dərəcəsi ilə, 12 ay müddətinə 2650 manat kredit götürüb, elə ordaca dəc şəkildə cavabdehə vermişdir. Bu hal bankın kamaralarına düşmüşdür. İddiaçı tələb etsə də, cavabdeh sonradan borcun qaytarılmasını təmin etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edildiyi kimi dəfələrlə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və etirazını əsaslandıran sübutları məhkəməyə göndərməmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatla yanaşı, məhkəmə prosesinin gedişində məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən "xxxx" ASC-nin Tərtər rayon filialından götürülən və məhkəmə iclasında tədqiq edilən DİSK-dəki videogörüntülərə əsasən cavabdehin iddiaçıdan borca 2650 manat pul alması isbat olunmuşdur. Məhkəmə iddia ərizəsinə, iddiaçının məhkəmə iclasında verdiyi izahata və məhkəmə prosesinin gedişində məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən "xxxx" ASC-nin Tərtər rayon filialından götürülən və məhkəmə iclasında tədqiq edilən DİSK-dəki videogörüntülərə qarşılıqlı şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı öz iddiasını sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə işin yuxarıda müəyyən olunan faktiki hallarına əsasən bu qənaətə gəlir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqaviləvi öhdəliklərə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklər və borcla bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Mcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddianın həm faktiki, həm də ki, hüquqi əsası vardır. Ona görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 2650 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Tərtər Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar