Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-163/2025 11.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzil 2/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına (dövlət qeydiyyatına alınmayıbsa MTK tərəfindən müqavilə üzrə 2/3 hissəsinə payçı hüququnun tanınmasına), məhkəmə sorğusu zamanı bilinəcək digər birgə nikah dövründə alınmış daşınar və daşınmaz əmlaklarında 2/3 hissəsinə üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzil 2/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına (dövlət qeydiyyatına alınmayıbsa MTK tərəfindən müqavilə üzrə 2/3 hissəsinə payçı hüququnun tanınmasına), məhkəmə sorğusu zamanı bilinəcək digər birgə nikah dövründə alınmış daşınar və daşınmaz əmlaklarında 2/3 hissəsinə üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzil 2/3 hissəsinə mülkiyyət (payçı) hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2000-ci ildə ailə qurmuşlar. Rəsmi nikahları Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə 64 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X5 və 27 iyul 2014-cü təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Bir müddət cavabdehlə mehriban ailə kimi yaşasalar da son vaxtlar münasibətləri pozulmuş, ayrı-ayrı evlərdə yaşamağa başlamışlar. Lakin azyaşlı uşaqları olmasını, eləcə də həyat yoldaşı Cavabdeh ona və uşaqlarına xoş münasibət, diqqət və qayğısını əsirgəməyəcəyini ümid etdiyi üçün əmlak tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-930/2024 nömrəli qərarı ilə nikahları pozulmuşdur. Əmlak hüquqlarının müdafiəsi məqsədi ilə əmlak tələbi ilə bağlı məhkəmədə iddia qaldırmağı zəruri hesab etmişdir. Birgə nikahlarından əldə olunmuş əmlaklar ilə bağlı məhkəyə müraciət etmişdir. Belə ki, "xxxx" MTK-da olan Bakı şəhəri, 9 MKR. Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 nömrəli mənzil birgə nikah dövdündə cavabdehin adına payçı müqaviləsi əsasında sənədləşdirilmişdir. Bundan başqa birgə nikah dövründə Cavabdeh adına istər Bakı şəhəri, istərsə də pespublikanın digər rayon və şəhərlərində digər daşınar və daşınmaz əmlaklar aşkar edilmişdir ki, həmin əmlakların dairəsi məhkəmə sorğusu əsasında müəyyən edilə bilər. Hazırda uşalaqları onun himayəsində yaşayırlar. Uaşaqlar böyüdükcə onların bir otaqda saxlanması çətinləşir. Ona görə də hesab edir ki, əmlak bölgüsü zamanı onun əmlakda parı bərbər deyil, daha çox yəni, birgə mülkiyyətdə olan sözügedən mənzilin 2/3 hissəsi miqdarında olmalıdır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh qarşı onunla birgə nikah dövründə əldə edilmiş "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzil 2/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına (dövlət qeydiyyatına alınmayıbsa MTK tərəfindən müqavilə üzrə 2/3 hissəsinə payçı hüququnun tanınmasına), məhkəmə sorqusu zamanı bilinəcək digər birgə nikah dövründə alınmış daşınar və daşınmaz əmlaklarında 2/3 hissəsinə üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, Cavabdehla 2000-ci ildə ailə qurmuş, nikahları qeydə alınmışdır. Onların xx.xx.2011-ci il təvəllüdlü X5 və 27 iyul 2014-cü təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Uşaqlar hazırda onun himayəsindədir. Aralarında olan mübahisələrə görə nikahları xx.xx.2024-cü il tarixli 2(061)-930/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. Uşaqlar həmin qətnamə ilə onun yanında qalmış və onların saxlanmaları üçün aliment təyin edilmişdir. Cavabdehla birgə yaşadıqları dövrdə "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzili əldə etmişlər. Həmin mənzilin payçı müqaviləsi əsasında Cavabdeh adına qeydə alımışdır. MTK-a mənzilin dəyəri tam ödənilmiş, heç bir borcu qalmamışdır. Məhkəməyə müraciət edərək, cvabdehlə Bakı şəhərində məzilləri olduğunu və həmin mənzilin, uşaqların onun yanında qalmalarını nəzərə almaqla ümumi qaydada bölünməsini xahiş etmişdir. Əvvəlcə məhkəmədə Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzil 2/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına (dövlət qeydiyyatına alınmayıbsa MTK tərəfindən müqavilə üzrə 2/3 hissəsinə payçı hüququnun tanınmasına), məhkəmə sorğusu zamanı bilinəcək digər birgə nikah dövründə alınmış daşınar və daşınmaz əmlaklarında 2/3 hissəsinə üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək uşaqlarının yanında qalmalarını nəzərə alaraq "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzil 2/3 hissəsinə mülkiyyət (payçı) hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərdiklərinə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması ilə bağlı müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda iddiaçı Tərtər şəhəri, Sabir küçəsi, döngə 1,ev 1-də müvəqqəti yaşayan Cavabdeh məhkəməyə etiraz ərizəsi verərək "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzilin onun mülkiyyətində olmadığını, bununla bağlı hər hansı bir sənədin olmadığını, odur ki, həmin mənzilin bölünməsinin qanunsuz olduğunu, iddianın Tərtər Rayon Məhkəməsində baxılmasının mümkün olmadığını bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il təvəllüdlüdür. İş materiallarında olan müvəqqəti şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixədək yaşamasına icazə verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin elektron qaydada məhkəməyə ünvanlanmış surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X5 və 27 iyul 2014-cü təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli mediasiya arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Mediasiya Şurasına Cavabdeh qarşı əmlak tələbi ilə bağlı müraciət etmişdir. Tərəflərə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş və X1 tarixi, vaxtı və yeri barədə, yəni xx.xx.2024-cü il, saat 14-00, Tərtər rayonu göstərilmişdir. Hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin onlar ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı X1 xərci olan 55 manat xidmət haqqını ödəmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 930/2024 qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2000-ci il il tarixdə Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah bağlanması haqqında akt qeydləri kitabında 64 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahdan döğulmuş 10 dekabr 2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahdan döğulmuş 10 dekabr 2011ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı Əhməd qızına verilməsi, iddianın alimentə dair qalan hissəsi təmin edilməməsi, alimentin qeyd olunan məbləğdə Cavabdeh tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icra edilməsi, Cavabdeh dövlət rüsumu olaraq 68 (altmış səkkiz) manat alınaraq dövlət nəfinə ödənilməsi, İddiaçı tərəfindən dövlət rüsumu üçün ödədilmiş 45 (qırx beş) manat tam həcmdə və mediasiya xərci üçün ödədiyi 55 (əlli beş) manat xidmət haqqının yarı hissəsi olan 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı vəsatəti əsasında Tərtər Rayon Məhkəməsinin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi göstətrmişdir ki, sorğuda qeyd olunan Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsində əmlak qeydiyyata alınmamışdır. İş materiallarında olan İddiaçı vəsatəti əsasında Tərtər Rayon Məhkəməsinin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi göstətrmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. İş materiallarında olan İddiaçı vəsatəti əsasında Tərtər Rayon Məhkəməsinin sorğusuna əsasən xx.xx.2025-ci il tarixli arayışında "xxxx" MTK-nın rəhbərliyi göstətrmişdir ki, "xxxx" MTK-da olan Bakı şəhəri, 9 mk/n Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbədə olan 121 saylı 73 kv.metr sahəsi olan 2 otaqlı mənzil payçı müqaviləsi əsasında xx.xx.2007-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş və hal-hazıra kimi müqavilə əsasənda onun mülkiyyətindədir. Sözü gedən binada hal-hazırda heç bir mənzil dövlət qeydiyyatına alınmamış, mülkiyyət (çıxarış) verilməmişdir. Mnzildə təmirdən sonra yaşayış olmamışdır və MTK-a mənzilin dəyəri tam ödənilmiş, heç bir borcu qalmamışdır. Cavabdeh adına rəsmiləşmiş dəyəri ödənilmiş payçı müqaviləsi və maliyyə arayışının nüsxəsi MTK-ın arxivində tapılmadığından məhkəməyə təqdim edə bilmədikləri üçün arayışda geniş şəkildə qeyd edərək təsdiq etmişlər. Cavabdeh əlində olan nüsxəni məhkəməyə bilərəkdən təqdim etməsə də məhkəmənin bu mülk üzrə mövcud qərarı (birgə nikah dövründə əldə olunan əmlak kimi paylı bölgü) olduqdan sonra yeni tarixdə məhkəmə qərarında göstəriləcək hissəli şəkildə müştərək payçı müqaviləsi tərəflərindən tərtib olunacaq və tərəflərə təqdim ediləcəkdir. Həmin arayışın doğruluğunu "xxxx" MTKnın icraçı direktoru X4, "xxxx" MTK-nın sədri H.Əsgərov və komendant X2 imzaları ilə təsdiq etmişlər. Məhkəmə iddiaçının izahatını, cavabdehin etiraz ərizəsini dinlədikdən sonra, məhkəmədə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh xx.xx.2000-ci ildə ailə qurmuş, nikahları qeydə alınmışdır. Onların arasında olan mübahisələrə görə nikahları xx.xx.2024-cü ildə məhkəmə qaydasında pozulmuşdur. Tərəflərin birgə nikahlarından olmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və 27 iyul 2014-cü təvəllüdlü X6 adlı uşaqları İddiaçı yanında saxlanılmış və onları saxlanmaları üçün aliment təyin edilmişdir. Birgə nikah dövründə tərəflər "xxxx" MTK-da olan Bakı şəhəri, 9 mk/n Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbədə olan 121 saylı 73 kv.metr sahəsi olan 2 otaqlı mənzil əldə etmiş, mənzilin dəyəri tam ödənilmiş, payçı müqaviləsi əsasında xx.xx.2007-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş və hal-hazıra kimi müqavilə əsasında onun mülkiyyətindədir. Bununla bağlı rəsmi qaydada verilmiş arayışın doğruluğunu "xxxx" MTKnın icraçı direktoru X4, "xxxx" MTK-nın sədri H.Əsgərov və komendant X2 imzaları ilə təsdiq etmişlər. Bütün bu göstərilənlər məhkəmədə elan olunmuş mötəbər sənədlərlə tam təsdiqini tapmışdır. Məhkəmə iclasında izahat vermiş İddiaçı izahatında iddia ərizəsində göstərilənləri bir daha təsdiq etmiş, Cavabdehla 2000-ci ildə ailə qurmuş, nikahları qeydə alınmışdır. Onların xx.xx.2011-ci il təvəllüdlü X5 və 27 iyul 2014-cü təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Uşaqlar hazırda onun himayəsindədir. Aralarında olan mübahisələrə görə nikahları xx.xx.2024-cü il tarixli 2(061)-930/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. Uşaqlar həmin qətnamə ilə onun yanında qalmış və onların saxlanmaları üçün aliment təyin edilmişdir. Cavabdehla birgə yaşadıqları dövrdə "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzili əldə etmişlər. Həmin mənzilin payçı müqaviləsi əsasında Cavabdeh adına qeydə alımışdır. MTK-a mənzilin dəyəri tam ödənilmiş, heç bir borcu qalmamışdır. Məhkəməyə müraciət edərək, cavabdehlə Bakı şəhərində məzilləri olduğunu və həmin mənzilin, uşaqların onun yanında qalmalarını nəzərə almaqla ümumi qaydada 2/3 hissədə ona və 1/3 hissədə Cavabdeh pay bölünməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş izahatında Cavabdeh iddia tələbini qəbul etmədiyini, əmlakın Bİnəqədi rayonunda yerləşdiyini, iddia ərizəsinin Binəqədi Rayon Məhkəməsində baxılmasını, bununla bağlı Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsinə əsaslandığını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş cavabdehin etiraz ərizəsində iddiaya qarşı göstərdiyi fikir və mülahizələri ilə təsdiq edilmişdir ki, həqiqətən onlar iddiaçı ilə birgə yaşadıqları dövrdə "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzili əldə etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi göstərilsə də, Cavabdeh Rusiya vətəndaşıdır və o, etiraz ərizəsində göstərdiyi və müvəqqəti qeydiyyatla bağlı təqdim etdiyi kimliyinin surətindən də göründüyü kimi ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. Məhkəmə cavabdehin etiraz ərizəsində göstərdiyi xüsusatların qanuna uyğun olmadığını və qəbul edilməsini məqsədmüvafiq hesab etməmişdir. Bu faktlarla və məhkəmə iclasında elan edilmiş digər sənədlərlə, həmin mənzilin mövcudluğu tam təsdiq edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh birgə nikah dövründə yaşayarkən hazırki mübahisəli daşınmaz əmlakları əldə etmişlər. Həmim əmlaklar onların ümumi birgə mülkiyyəti sayılır. Həmin əmlaklar üzərində hər iki tərəfin qanunla müəyyən edilmiş hüquqları mövcuddur. Onların nikahları məhkəmə qaydasında pozulmuş və daşınmaz əmlakın bölünməsi ilə bağlı aralarında razılıq əldə edilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsasən Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1.-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3.-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər- arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvad arasında nikah müqaviləsi bağlanmayıbsa, yaxud belə müqavilədə ər-arvadın mülkiyyətinin rejimi müəyyən edilməyibsə, ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. İddiaçı izahatında uşaqlarının yanında qalmalarını nəzərə alaraq "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzil 2/3 hissəsinə mülkiyyət (payçı) hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-930/2024 qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2000-ci il il tarixdə Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah bağlanması haqqında akt qeydləri kitabında 64 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahdan döğulmuş 10 dekabr 2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları İddiaçı yanında saxlanılması qət edimlmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin birgə nikahlarından olmuş yetkinlik yaşına çatmayan Əhməd və Səməd adlı uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini nəzərə alaraq "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzil 2/3 hissəsinə İddiaçı və 1/3 hissədə, Cavabdeh payları müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.4-cü maddəsinə əsasən kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. Həmin Məcəlləsinin 225.1.-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəlləsinin 225.4-cü maddəsində göstərilmişdir ki, ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və buyaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfinayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrıayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.5-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Bu mənada «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi qəbul edilməlidir. Xüsusi konstitusiya icraatının predmetini təşkil edən məsələnin həlli baxımından 2009-cu il oktyabr ayının 1-dən qüvvəyə minmiş, digər vacib məsələlərlə yanaşı özəl mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi, mənzil-tikinti kooperativlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələrini tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) bəzi müddəaları da diqqətəlayiqdir. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 12 mart tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ərarvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Həmin Qərarın 12-ci bəndinə əsasən bundan əlavə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi üçün həmin sahə də ər-arvad arasındakı bölgünün predmeti olur. Həmin Qərarın 14-cü bəndinə əsasən çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə dair bağlanmış müqavilələr mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Həmin Qərarın 22-ci bəndinə əsasən ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırılmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələblərin bütün ümumi əmlakı, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsi, əmlakın aktivi ilə yanaşı, passivinin də mübahisəli olub-olmadığı, tələbin yönəldiyi hər bir predmet dəqiqləşdirilməlidir. Həmin Qərarın 29-cu bəndinə əsasən tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməlidir. Yuxarıda qeyd edilənlərdən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri "xxxx" MTK-da olan mübahisəli Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzilin dəyəri tam ödənilmişdir. Həmin mənzilin mövcudluğu mülki işin materiallarına əlavə edilmiş iddiaçının izahatı, cavabdehin etiraz ərizəsi, eləcə də "xxxx" MTK-nın rəhbərliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışla öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən daşınmaz əmlakların iddiaçı ilə cavabdehin birgə nikah dövründə alınmasını təsdiq edən sübutları bu tələbləri ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə araşdırmaları zamanı bir daha aydın olmuşdur ki, iddiaçı qeyd olunan tələblərini sübuta yetirmişdir. İşin müəyyən olunmuş halarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəmədə səmimi izahat vermiş, eləcə də sübutlar təqdim etmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmuşdur. Cavabdeh tərəf isə iddianı qəbul etməmiş, yalnız formal mülahizələrlə öz etirazlarını əsaslandırmaqla kifayətlənmişdir. Bununla da tərəflər həmin mübahisəli mənzilə sahiblik və istifadə hüququ qazanmışlar. Belə vəziyyətdə məhkəmə iddianın təmin edilməsini məqsədmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, cavabdehin etiraz ərizəsini, "xxxx" MTK-nın rəhbərliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışı nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzil üzərində İddiaçı himayəsində olan xx.xx.2011ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları nəzərə alınmaqla 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payları müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzil üzərində İddiaçı himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları nəzərə alınmaqla 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payları müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-163/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-163/2025
11.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver