Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1671/2024 25.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi, maraqlı tərəf X5 etibarnamə üzrə nümayəndəsi (anası) X7 iştirakları ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X8 ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, maraqlı tərəf X8 onun həyat yoldaşı olmuşdur. Onlar faktiki olaraq ailə qurmuş, xx.xx.2008-ci ildə Tərtər rayon Azadqaraqoyunlu kənd İƏD-i üzrə nümayəndəlikdə qeyd etdirmişlər. Onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşaqları olmuşdur. Aralarında olan mübahisəyə əsasən o, 3 uşağın saxlanması üçün alimentin alınması tələbi barədə Mediasiya şurasına müraciət etməli olmuşdur. X2 mediatorluğu ilə xx.xx.2024-cü ildə hər uişağa 130 manatdan olmaqla 390 manat məbləğində alimentin verilməsini hər ayın 01-dən 05-dək ödəməsi barədə barışıq sazişi imzalanmışdır.Bundan sonra o, məhkəməyə boşanma və uşaqların himayədə qalmaları barədə iddia ilə müraciət etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-575/2024 saylı qətnaməsinə əsasən Ərizəçi ilə X8 arasında 06 noyabr 2008-ci ildə Tərtər rayon Azadqaraqoyunlu kənd İƏD-i üzrə nümayəndəlikdə 12 sayla qeydə alınmış rəsmi nikah qeydinin pozulması, tərəflərin birgə nikahdan olmuş xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşaqların iddiaçı Ərizəçi yanında saxlanılmaları qət edilmişdir. Lakin bu müddət ərzində X8 barışıq sazişini könüllü olaraq icra etməmiş və icradan da imtina edir. Ona görə də aliment ödənilməsi ilə bağlı barışıq sazişinin məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, X8 ilə aralarında 24 fevral 2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Maraqlı tərəf X5 etibarnamə üzrə nümayəndəsi (anası) X14 məhkəmə iclasında bildirmişdir ki,cavabdeh Səxavət Rəhimov onun oğludur. Səxavət Rəhimovun məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatı olmasına baxmayaraq məhkəmə iclası gəlməmiş, ona etibarnamə verərək məhkəmə iclasında təmsil etməyi həvalə etmişdir.Ərizəçi ilə maraqlı şəxs faktiki olaraq ailə qurmuş, nikahları sonradan qeyd edilmişdir. Onların xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşaqları olmuşdur. Ərizəçi ilə maraqlı şəxs aralarında olan narazılıqlara görə ayrılmışlar. Aralarında olan mübahisələrə görə ərizəçi 3 uşağın saxlanması üçün alimentin alınması tələbi barədə Mediasiya Şurasına müraciət etmişdir. Mediasiyada xx.xx.2024-cü il tarixdə hər uşağa 130 manatdan olmaqla 390 manat məbləğində alimentin verilməsi barədə onların arasında barışıq sazişi imzalanmışdır. Lakin keçən müddət ərzində oğlu Səxavət madi imkanı olmadığına görə barışıq sazişini könüllü olaraq icra edə bilməməmişdir. Ona görə də ərizəçi aliment ödənilməsi ilə bağlı barışıq sazişinin məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etmişdir. Oğlunun maddi vəziyyəti ağırdır. Buna baxmayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi, beləliklə də mediasiya prosesi nəticəsində aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AR-İİİ293898 saylı etibarnamənin surətindən görünür ki, X1 Ərkinaz Əvəz qızına etibarnamə verərək onu məhkəmə iclasında təmsil etməyi həvalə etmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında surətlərindən görünür ki, tərəflərin bir yaşadıqları dövrdə xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-575/2024 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə X8 arasında 06 noyabr 2008-ci ildə Tərtər rayon Azadqaraqoyunlu kənd İƏD-i üzrə nümayəndəlikdə 12 sayla qeydə alınmış rəsmi nikah qeydinin pozulması, tərəflərin birgə nikahdan olmuş xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşaqların iddiaçı Ərizəçi yanında saxlanılmaları qət edilmişdir. Məhkəmədə elan olunmuş Mediasiya Şürasının xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1.1-ci bəndinə əsasən, X8 öhdəlik götürərək, birgə nikah dövründə dünyaya gəlmiş övladı xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşaqların saxlanması üçün hər birinə 130 manat olmaqla hər ayın 01-dən 05-dək 390 manat alimenti Ərizəçi ödəyəcəkdir. Barışıq sazişinin 2.1-ci bəndinə əsasən Ərizəçi və X8 öhdəlik götürərək məhkəmə prosesində nikahın pozulması zamanı 3 ay vaxt verilmədən nikahın pozulmasına razılıq verəcəkləri barədə razılaşmışlar. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq ailə qurmuş və nikahlarını xx.xx.2008-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşaqları olmuşdur. Aralarında olan mübahisələrə görə ayrılmışlar və ərizəçi 3 uşağın saxlanması üçün alimentin alınması tələbi barədə Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurasında tərəflər arasında xx.xx.2024-cü il tarixdə hər uşağa 130 manatdan olmaqla 390 manat məbləğində alimentin verilməsi barədə barışıq sazişi imzalanmışdır. X3 barışıq sazişini könüllü olaraq icra etməmiş və icradan imtina etmişdir. Ona görə də ərizəçi aliment ödənilməsi ilə bağlı barışıq sazişinin məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında izahat vermiş cavabdeh X5 etibarlı nümayəndəsi Ərkinaz Rəhimova ərizəni qəbul etdiyini və təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 305-ci maddəsində göstərilmişdir ki, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 306-cı maddəsində göstərilmişdir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 355-23.1-cı maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi crası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal ictisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-23.2-cı maddəsində göstərilmişdir ki, Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəçi haqlı olaraq Tərtər rayon Məhkəməsinə sözügedən iddia ilə müraciət etmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitinin öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağa öz öhdəsinə götürür. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyanın 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyalarla, istərsə də daxili qanunvericiliklə uşaqların normal şəraitdə, fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün imkanlardan maksimum dərəcədə istifadə olunması göstərilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, hazırki halda alimentin tutulmasının əvvəli tərəflər arasında Mediasiya Şürasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin tərtib olunduğu, xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. İş materiallarını, iddiaçının və cavabdehin vəkalətli nümayəndəsinin izahatlarını, Mediasiya Şürasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi X8 ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilməli, Ərizəçi ilə X5 arasında bağlanmış birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment X4 tutularaq Ərizəçi verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi X8 ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə X5 arasında bağlanmış birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment X4 tutularaq Ərizəçi verilsin. Ərizəçi dövlət rüsumu kimi ödədiyi 45 (qırx beş) manat pul vəsaiti X4 tutularaq ona ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1671/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1671/2024
25.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver