Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1765/2024 16.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs olmaqla ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında 11 fevral 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi, onunla Maraqlı şəxs arasında bağlanmış birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 onun yanında saxlanması, onunla Maraqlı şəxs arasında bağlanmış birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün onların hər birinə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi, eyni zamanda dövlət rüsumu kimi ödədiyi 50 manat və mediasiya xərci üçün ödədiyi 50 manat pul vəsaitinin də cavabdehdən tutularaq ona ödənilməsi, Maraqlı şəxs ilə birgə nikahları dövründə Tərtər rayon Hacıqərvənd kəndində yerləşən 3 otaq, 1 mətbəxdən ibarət olan özbaşına tikilmiş fərdi yaşayış evinin 2 otağından onun, övladları X2 və X3 ilə birlikdə istifadə etməsinə maneçilik yaratmayacağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi onunla əsaslandırmışdır ki, maraqlı tərəf Maraqlı şəxs onun əridir. Belə ki, xx.xx.2008-ci ildə evlənmiş və nikahları Tərtər rayon Hacıqərvənd kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən 19 nömrə ilə qeyd edilmuişdir. Birgə nikahlarından xx.xx.2008ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Aralarında olan mübahisələr görə nikahın pozulması, uşaqların himayəyə verilməsi və aliment tələbi barədə Mediasiya Şurasına müraciət etmişdir. Onların arasında barışıq sazişi imzalanmışdır. Həmin sazişdə Maraqlı şəxs birgə nikahdan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqların saxlanmaları üçün hər ay hər birinə 150 manat olmaqla, ümumilikdə 300 manat alimenti hər ayın ilk beş günü ərzində onun xeyrinə ödəyəciyini, Maraqlı şəxs birgə nikahdan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqların onun himayəsində qalmalarıma etiraz etməyəciyini, Maraqlı şəxs onunla birgə nikah dövründə Tərtər rayon Hacıqərvənd kəndində yerləşən 3 otaq, bir mətbəxdən ibarət olan özbaşına tikilmiş fərdi yaşayış evinin 2 otağından onun övladları ilə birlikdə maneçilik yaratmacağını, eləcə də məhkəmədə nikahın pozulmasına razılıq verəcəklərini öhdəsinə götürmüşdür. Maraqlı şəxs könüllü olaraq sazişin bəndlərini icra etməmişdir. Odur ki, barışıq sazişinin şərtlərinin təsdiq olunması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yuxarıda göstərilənlərə əsasən onunla Maraqlı şəxs arasında 11 fevral 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi, onunla Maraqlı şəxs arasında bağlanmış birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 onun yanında saxlanması, onunla Maraqlı şəxs arasında bağlanmış birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün onların hər birinə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi, eyni zamanda dövlət rüsumu kimi ödədiyi 50 manat və mediasiya xərci üçün ödədiyi 50 manat pul vəsaitinin də cavabdehdən tutularaq ona ödənilməsi, Maraqlı şəxs ilə birgə nikahları dövründə Tərtər rayon Hacıqərvənd kəndində yerləşən 3 otaq, 1 mətbəxdən ibarət olan özbaşına tikilmiş fərdi yaşayış evinin 2 otağından onun, övladları X2 və X3 ilə birlikdə istifadə etməsinə maneçilik yaratmayacağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədən və SMS bildirişdən görünür ki, maraqlı tərəfin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuş, lakin məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmədə elan olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında nikah xx.xx.2008-ci il tarixdə Tərtər rayon Hacıqərvənd kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən 19 nömrə ilə qeyd edilmuişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin bir yaşadıqları dövrdə xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009cu il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş Mediasiya Şürasının xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.1-ci bəndinə əsasən, Maraqlı şəxs birgə nikahdan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqların saxlanmaları üçün hər ay hər birinə 150 manat olmaqla, ümumilikdə 300 manat alimenti hər ayın ilk beş günü ərzində onun xeyrinə ödəyəciyini öhdəsinə götürmüşdür. Barışıq sazişinin 1.2-ci bəndinə əsasən, Maraqlı şəxs birgə nikahdan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqların onun himayəsində qalmalarına etiraz etməyəciyini öhdəsinə götürmüşdür. Barışıq sazişinin 1.3-cü bəndinə əsasən, Maraqlı şəxs onunla birgə nikah dövründə Tərtər Rayon Hacıqərvənd kəndində yerləşən 3 otaq, bir mətbəxdən ibarət olan özbaşına tikilmiş fərdi yaşayış evinin 2 otağından onun övladları ilə birlikdə maneçilik yaratmacağını öhdəsinə götürmüşdür. Maraqlı şəxs və Ərizəçi məhkəmədə nikahın pozulmasına razılıq verəcəkləri barədə razılaşmışlar. Məhkəmə ərizəçinin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq ailə qurmuş və nikahlarını xx.xx.2008-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 uşaqları olmuşdur. Aralarında olan mübahisələrə görə ayrılmışlar və ərizəçi nikahın pozulması, mənzildən istifadə və alimentin alınması tələbi barədə Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurasında tərəflər arasında birgə nikahdan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqların saxlanmaları üçün hər ay hər birinə 150 manat olmaqla, ümumilikdə 300 manat alimenti hər ayın ilk beş günü ərzində onun xeyrinə ödəyəciyi, Maraqlı şəxs birgə nikahdan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqların onun himayəsində qalmalarına etiraz etməyəciy, Maraqlı şəxs onunla birgə nikah dövründə Tərtər Rayon Hacıqərvənd kəndində yerləşən 3 otaq, bir mətbəxdən ibarət olan özbaşına tikilmiş fərdi yaşayış evinin 2 otağından onun övladları ilə birlikdə maneçilik yaratmacağı və məhkəmədə nikahın pozulmasına razılıq verəcəkləri barədə barışıq sazişi imzalanmışdır. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü olaraq icra etməmiş və icradan imtina etmişdir. Ona görə də ərizəçi barışıq sazişinin məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-in 305-ci maddəsində göstərilmişdir ki, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 306-cı maddəsində göstərilmişdir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 355-23.1-cı maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi crası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal ictisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-23.2-cı maddəsində göstərilmişdir ki, Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəçi haqlı olaraq Tərtər rayon Məhkəməsinə sözügedən iddia ilə müraciət etmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitinin öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağa öz öhdəsinə götürür. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyanın 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyalarla, istərsə də daxili qanunvericiliklə uşaqların normal şəraitdə, fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün imkanlardan maksimum dərəcədə istifadə olunması göstərilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, hazırki halda alimentin tutulmasının əvvəli tərəflər arasında Mediasiya Şürasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin tərtib olunduğu, xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. İş materiallarını, ərizəçinin ərizəsini, Mediasiya Şürasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi Maraqlı şəxs ilə aralarında 11 fevral 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları Ərizəçi yanında saxlanmalı, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün onların hər birinə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməli, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahları dövründə Tərtər rayon Hacıqərvənd kəndində yerləşən 3 otaq, 1 mətbəxdən ibarət olan özbaşına tikilmiş fərdi yaşayış evinin 2 otağından Ərizəçi, övladları X2 və X3 ilə birlikdə istifadə etməsinə maneçilik yaratması qadağan edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs ilə aralarında 11 fevral 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları Ərizəçi yanında saxlansın. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün onların hər birinə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Maraqlı şəxs ilə Ərizəçi birgə nikahları dövründə Tərtər rayon Hacıqərvənd kəndində yerləşən 3 otaq, 1 mətbəxdən ibarət olan özbaşına tikilmiş fərdi yaşayış evinin 2 otağından Ərizəçi, övladları X2 və X3 ilə birlikdə istifadə etməsinə maneçilik yaratması qadağan edilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın və dərhal icra edilsin. Ərizəçi dövlət rüsumu kimi ödədiyi 50 (əlli) manat və mediasiya xərci üçün ödədiyi 50 (əlli) manat pul vəsaiti, Maraqlı şəxs tutularaq Ərizəçi, eləcə də Maraqlı şəxs 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1765/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1765/2024
16.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver