Məhkəmə qərarları › İş №2(061)-1787/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1787/2025

25.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1787/2025 25.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 15000 (on beş min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı oğlu göstərmişdir ki, Cavabdeh oğlu ilə heç bir ədavəti olmamış, onu Tərtər rayon sakini kimi tanımışdır. Cavabdeh 2025-ci ildə ona müraciət edərək bildirmişdir ki, ona borc olaraq pul lazımdır. Cavabdeh tanıdığından borc olaraq ona 15000 manat pul vermişdir. Cavabdeh həmin pulu sentyabr ayına qaytaracağına söz vermiş, bu barədə könüllü olaraq qəbz yazıb vermişdir. Lakin cavabdeh aralarınmda olan razılaşmaya əməl etməmişdir. Borcu vaxtında qaytarmadığı üçün cavabdehdən pulu istəmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Son bir ay cavabdehə pulunu qaytarmayacağı təqdirdə onu məhkəməyə verəcəyini bildirsə də, yenə müsbət nəticə olmamışdır. Cavabdehin bu barədə bildirdikləri doğru deyildir. Pulunu ala bilmədiyindən və hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən Cavabdeh qarşı onun borclu olduğu 15000 (on beş min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh izahatında göstərmişdir ki, məhkəməyə ünvanladığı iddia tələbinə qarşı ərizəsini əsaslı hesab edir. Belə ki, İddiaçı ona pulları sələm olaraq vermişdir. O da İddiaçı ona verdiyi sələm pullarını faizi ilə birlikdə və artıqlaması ilə qaytarıb özünə vermişdir. İddiaçı aldığı pulları Tərtər rayonunda mağaza işlədən tanışı Şəmsiyyə Ağayeva adlı qadının vasitəsi ilə almışdır və onun iştirakı ilə həmin pulları da artıqlaması ilə qaytarıb vermişdir. Şəmsiyyə Ağayeva özüdə onun həqiqətən İddiaçı heç bir borcunun olmadığını təsdiqləyə bilər. Onun İddiaçı heç bir borcunun olmamasını, ona şər böhtan ataraq və hədə qorxu gələrək ondan əlavə artıq pul tələb etməsi barədə şikayət ərizəsinə ədalətli baxılmasını xahiş etmişdir. Buna baxmayaraq Cavabdeh məhkəmə iclasında rəsmi ərizə təqdim edərək təsdiq etmişdir ki, iş materialına əlavə olunmuş əlyazma qəbz onun tərəfindən yazılmışdır, qəbzdəki xətt onun xəttidir. Həmin əlyazma qəbzlə bağlı xətşünaslıq ekspertizasının keçirilməsinə ehtiyac yoxdur. Bundan başqa iddiaçıdan 1000 manat almasına baxmayaraq ona 15000 manat pul borcu olması ilə bağlı qəbzə imza etmişdir. Hesab edir ki, Şəmsiyyə adlı şəxsin kartına ödəmələr etməklə iddianın pulunu qaytarıb, hazırda ona heç bir borcu qalmamışdır. Eyni zamanda əlavə heç bir sübut və vəsatəti olmadığından məhkəmə araşdırmalarının tamamlanmasına etirazı yoxdur. İddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixdə Tərtər RPŞ tərəfindən verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Tərtər rayon Balakənkərli kəndində anadan olmuş və Tərtər rayon Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixdə Tərtər RPŞ tərəfindən verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1979-cü ildə Tərtər şəhərində anadan olmuş və Tərtər şəhəri M.Hüseynzadə küçəsi ev 10 mənzil 03-də qeydiyyatdadır. İşdə olan Tərtər RİHB-ın Tərtər şəhər İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 oktyabr 2025-ci il tarixli 1450 saylı arayışından görünür ki, İddiaçı Tərtər rayon Təzəkənd kəndində qeydiyyatdadır, Tərtər şəhəri V.Orucov küçəsində yaşayır. İş materiallarına əlavə edilmiş dəftər vərəqində yazılmış və Cavabdeh tərəfindən imzalanması göstərilmiş qəbzdən görünür ki, ona vacib lazım olduğu üçün İddiaçı borc olaraq 15000 manat pul almışdır. Həmin pulu qaytaracağına söz vermiş və sonunda imzası ilə təsdiq etmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını, cavabdehin imzaladığı pulun alınması barədə qəbzi, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ümumilikdə 15000 manat borc pul istəmişdir. İddiaçı onu tanıdığından, ona inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh iddiaçıdan pul allması ilə bağlı qəbz yazıb vermiş və pulu qaytarmağa söz vermişdir. Pulu vaxtında qaytarmadığı üçün iddiaçı cavabdehdən pulunu istəmiş, lakin cavabdeh sonra verəcəyini bildirmişdir. İddiaçı bir müddət sonra yenə pulunu tələb etmiş, lakin ala bilməmişdir. Odur ki, iddiaçı məhkəmədə cavabdehdən 15000 manat borcunun alınıb ona verilməsi tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş İddiaçı cavabdehin hazırda ona 15000 manat borcu olduğunu bildirmiş, cavabdehin ondan 1000 manat pul alması ilə bağlı göstərdiklərinin doğru olmadığını və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı 1000 manat faizə pul götürdüyünü, pulu vaxtında ödədiyini, bununla da iddiaçıya borcu qalmadığını göstərsə də, bu barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat və ərizə vermişdir. Məhkəmə hesab edir ki, cavabdehin həmin vəsatətlərinin təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı dəfələrlə pulunu cavabdehdən tələb etmiş, lakin cavabdeh hər dəfə yalan vədlər verərək sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu 15000 manat təşkil edir. Məhkəmə iclasında elan olunmuş cavabdehin iddiaçıdan borc pul alması, cavabdeh tərəfindən yazılmış qəbzlə öz təsdiqini tapır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdeh tərəf iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Cavabdehin iddiaçıya həmin məbləğdə pul borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən yuxarıda qeyd olunan sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, cavabdeh hazırkı vəziyyətdə iddiaçıya olan 15000 manat borcunu qaytarmamışdır. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqi normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının, cavabdehin izahatlarını, cavabdehin yazdığı qəbzi nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir, Cavabdeh 15000 (on beş min) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər . Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar