Məhkəmə qərarları › İş №2(061)-1804/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1804/2025

13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1804/2025 13.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi Məmmədova (Əliyeva) Gülarə Novruz qızının vəkalətli nümayəndəsi (atası) X14 iştirakı ilə Ərizəçi Məmmədova (Əliyeva) Gülarə Novruz qızının Maraqlı şəxs olmaqla ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Məmmədova (Əliyeva) Gülarə Novruz qızı məhkəməyə ərizə ilə müraciət edərək mərhum babası X8 xx.xx.1977-ci ildə Ağdərə rayonu, Suqovuşan kəndində (keçmiş Mardakert rayonu, Şahmalılar kəndində) ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Məmmədova (Əliyeva) Gülarə Novruz qızının vəkalətli nümayəndəsi X28 göstərmişdir ki, ərizəçi Məmmədova (Əliyeva) Gülarə Novruz qızı onun doğma qızıdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq ail vəziyyəti ilə bağlı məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. Ərizəçi xx.xx.1981-ci ildə anadan olmuşdur. Atası o, anası X12 olmuşdur. X4 xx.xx.1979-cu ildə ailə qurmuşlar. X12 xx.xx.2024-cü ildə vəfat etmişdir. Ərizəçi mərhum anasının birinci dərəcəli vərəsəsidir. Ərizəçinin mərhum anasının atası və ərizəçinin babası mərhum X15 ilə anasının anası, yəni ərizəçinin X6 ilə ailə qurmuş onların birgə nikahları xx.xx.1954-cü ildə rəsmi qeyd edilmişdir. Ərizəçinin babası və nənəsinin yeganə övladı və vərəsəsi mərhum X12 olmuşdur. Onların başqa övladları olmamışdır. X6 xx.xx.2006-cı ildə, anası X12 xx.xx.2024-cü ildə vəfat etmişlər. Ərizəçinin babası X15 xx.xx.1977-ci ildə xx.xx.1977-ci ildə Ağdərə rayonu, Suqovuşan kəndində (keçmiş Mardakert rayonu, Şahmalılar kəndində) vəfat etmiş, lakin onu doğmalarının yanında Tərtər rayon Hacıqərvənd kənd qəbristanlığında dəfn etmişlər. Həmin vaxt savadsızlıq olduğundan və qanunları bilmədiklərində ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsinin arxivində babasının ölüm qeydi aşkar edilməmiş və ona məhkəməyə mütaciət etmək məsləhət görülmüşdür. Bundan sonra məhkəmədə sözügedən iddianı qaldırmağa məcbur olmuşdur. Ərizəçiyə babasının ölüm faktının müəyyən edilməsi X6nın adına olan miras qalmış daşınmaz əmlakın onun adına sənədləşdirməsi ilə bağlı zəruri olduğunu bildirmişdir. Göstərdiklərinə əsasən mərhum X8 xx.xx.1977-ci ildə Ağdərə rayonu, Suqovuşan kəndində (keçmiş Mardakert rayonu, Şahmalılar kəndində) ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli AR-İ № 764209 nömrəli etibarnamənin surətindən görünür ki, Məmmədova (Əliyeva) Gülarə Novruz qızı atası X20 etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X29 göstərmişdir ki, Ərizəçi ilə qohumluq münasibətləri olmuşdur. Onun babası X11 tanımışdır. X15 xx.xx.1977-ci ildə Ağdərə rayonu, Suqovuşan kəndində (keçmiş Mardakert rayonu, Şahmalılar kəndində) yaşadıqları erdə vəfat etmişdir. Lakin onu yaşadıqları Tərtər rayonu, Hacıqərvənd kənd qəbristanlığında dəfn etmişlər. Ona yas mərasmi keçirilmişdir. Bir yaxın kimi onun yas mərasimində iştirak etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X36 göstərmişdir ki, Ərizəçi babası X15 yaxın dost kimi münasibətləri yaxşı olmuşdur. X15 xx.xx.1977-ci ildə Ağdərə rayonu, Suqovuşan kəndində (keçmiş Mardakert rayonu, Şahmalılar kəndində) yaşadıqları erdə ölmüşdür. Buna baxmayaraq onu yaşadıqları Tərtər rayonu, Hacıqərvənd kənd qəbristanlığında yaxınlarının məzarının yanında dəfn etmişlər. Yaxın dost kimi Mirov Ağayevin yas mərasimində iştirak etmişdir. Mülki işə əlavə edilmiş Tərtər rayon Hacıqərvənd kənd İƏD-i üzrə nümayəndəliyin verdiyi 378 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Məmmədova (Əliyeva) X18 rayon Hacıqərvənd kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZ-İ № 035953 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X16 arasında nikah xx.xx.1979-cu ildə Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndəlikdə 05 nömrə ilə qeyd edilmişdir. Ərə Əliyev və arvada Əliyeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-T № 249852 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1981-ci ildə Tərtər rayon Hacıqərvənd kəndində anadan olmuş, həmin sənəddə ata qarafasında X28, ana qrafasında X12 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş nikah haqqında arayışın surətindən görünür ki, X15 ilə X19 arasında nikah xx.xx.1954-cü ildə Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndəlikdə 05 nömrə ilə qeyd edilmişdir. Ərə Ağayev və arvada Vəliyeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİ № 412707 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü ildə vəfat etmişdir. Mülki işə əlavə edilmiş AZ-İ № 208721 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2006-cı ildə vəfat etmişdir. Tərtər rayon Hacıqərvənd kənd İƏD-i üzrə nümayəndəliyin verdiyi 365 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 rayon Hacıqərvənd kənd qəbristanlığında dəfn olunmuşdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx.xx.2025-ci il tarixli 05/69-432 saylı arayışdan görünür ki, X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X8 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamşdır. Bildirlmişdir ki, ölüm haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnsan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən ölümün dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmişdir. Mülki işə əlavə edilmiş Tərtər rayon Xüsusi Notariat Ofisinin notariusu tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 202 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2024-cü ildə vəfat etmiş X9 xx.xx.2025-ci il tarixli, V-132 reyestrli vərəsəlik işi açılmış, X30, X24, X21, Ərizəçi, X22 və X31 vərəsəsi kimi qeyd edilmişlər. Mülki işə əlavə edilmiş Tərtər rayon Hacıqərvənd kəndində xx.xx.2025-ci il tarixdə tərtib edimiş aktdan görünür ki, Tərtər rayon Hacıqərvənd kənd İƏD-i üzrə nümayəndə vəzifəsini icra edən X23, kənd sakinləri X29 və X36 ilə birlikdə Ağdərə rayonu, Suqovuşan kəndində (keçmiş Mardakert rayonu, Şahmalılar kəndində) yaşamış X15 həqiqətən xx.xx.1977-ci ildə yaçadığı kənddə vəfat etmişdir. X29 və X25 dediklərini nəzərə alıb, Tərtər rayon Hacıqərvənd kənd qəbristanlğında dəfn edilmiş mərhum X8 məzarını ziyarət etmişlər. X29 və X36 xx.xx.1977-ci ildə mərhum X8 dəfnində işirak etmişlər. Onların dediklərinə görə mərhum X1 o dövrdə yaşamış ağsaqqalları və mərhumun qohumlarının xahişi və tələbi ilə Tərtər rayon Hacıqərvənd kənd qəbristanlğında dəfn edilmişdir. Faktiki olaraq mərhum X8 məzarı Tərtər rayon Hacıqərvənd kənd qəbristanlğında mövcuddur. Akta mərhum X8 1 ədəd məzar daşının fotoşəkili əlavə edilmişdir. Mülki işə əlavə edilmiş fotoşəkildə X8 xx.xx.1930-cu ildə doğulması və xx.xx.1977-ci ildə ölməsi əks edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum omluşdur ki, ərizəçinin babası X15 xx.xx.1977-ci ildə vəfat etmişdir. Onu Tərtər rayon Hacıqərvənd kənd dəfn etmişlər. Bu fakt mülki işə əlavə edilmiş sənədlərlə və şahidlərin ifadələri ilə tam sübuta yetir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma,ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə tətbiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”ın8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, ərizəçinin izahatını, şahidlərin ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, ərrizəçi Məmmədova (Əliyeva) Gülarə Novruz qızının mərhum babası X8 xx.xx.1977-ci ildə Ağdərə rayonu, Suqovuşan kəndində (keçmiş Mardakert rayonu, Şahmalılar kəndində) ölümünün qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi Məmmədova (Əliyeva) Gülarə Novruz qızının mərhum babası X8 xx.xx.1977-ci ildə Ağdərə rayonu, Suqovuşan kəndində (keçmiş Mardakert rayonu, Şahmalılar kəndində) ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydaya təqdim olunduğu vaxtdan 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar