Məhkəmə qərarları › İş №2(061)-1858/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1858/2025

22.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1858/2025 22.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfail oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1916-cı ildə anadan olmuş X2nun Tərtər şəhərində xx.xx.1991-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, X6 onun ata babası olmuşdur. X9 xx.xx.1993-cü ildə vəfat etmişdir. X2 1916-cı ildə anadan olmuş, xx.xx.1991-ci ildə vəfat etmiş və Tərtər şəhər qəbristanlığında dəfn edilmişdir. Lakin, X8 ölümünə dair şəhadətnamə alınmamışdır. Babasından qalan evi sənədləşdirə bilməsi üçün ondan babasının ölümü haqqında şəhadətnamə istənilir. X8 ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də hazıkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. . Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçinin əmisi ilə qonşudur. Ərizəçi onun uşaqlıq dostudur. Ərizəçinin babası Əli Həsənov 1991-ci ildə vəfat etmiş və Tərtər şəhər qəbristanlığında dəfn edilmişdir. Əli Həsənovun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, ərizəçi onun uşaqlıq dostudur. Ərizəçinin babası Əli Həsənov 1991-ci ildə vəfat etmiş və Tərtər şəhər qəbristanlığında dəfn edilmişdir. Əli Həsənovun yas mərasimində iştirak etmişdir. İşdə olan Mirbəşir rayonunun VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə anadan olmuş, atası kimi X7 ... qeyd olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1946-cı ildə Tərtər rayonundaə anadan olmuş, ... atası kimi X6 qeyd olunmuşdur. Qeyd: X7 xx.xx.1993-cü ildə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün ölümü dövlət qeydiyyatına almaq mümkün deyildir və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahidlərin ifadələri və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, ərizəçinin X2 1916-cı ildə anadan olmuş, xx.xx.1991-ci ildə Tərtər şəhərində vəfat etmiş və həmin şəhər qəbristanlığında dəfn edilmişdir. X4 ölümünü təsdiq edən həkim arayışı olmadığı üçün Maraqlı şəxsndən ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Babasından qalan evi sənədləşdirə bilməsi üçün ərizəçiyə X8 ölümü haqqında şəhadətnamənin alınması zəruridir. Lakin, Əli Həsənovun ölümü haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçinin X2nun ölməsini təsdiq edən ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığından X4 xx.xx.1991-ci ildə şəhərində ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 308, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: Ərizə təmin edilsin. 1916-cı ildə anadan olmuş X4 Tərtər şəhərində xx.xx.1991-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar