Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-188/2025 04.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfail oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi X1 maraqlı şəxs Tərtər rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə 04 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Ərizəçi maraqlı şəxs Tərtər rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu ildə Tərtər (əvvəlki Mirbəşir) rayonunun Dəmirçilər kəndində anadan olmuş X2 xx.xx.2004-cü ildə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, maraqlı şəxs Tərtər rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi X3 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, övladı olmuş X4 xx.xx.1989-cu ildə Tərtər (əvvəlki Mirbəşir) rayonunun Dəmirçilər kəndində anadan olmuş, xx.xx.2004-cü ildə Tərtər rayonunun Təzəkənd kəndi ərazisində baş verən avtoqəza nəticəsində Qaradağlı kəndində vəfat etmiş və Tərtər rayonunun Dəmirçilər kənd qəbristanlığında dəfn edilmişdir. Lakin, Mətanətin ölümünə dair şəhadətnamə almamışlar. Pay torpaq sahəsinə dair çıxarış almaq istəyərkən ondan qızı Mətanətin ölümü haqqında şəhadətnamə istənilmişdir. Mətanətin ölümü haqqında şəhadətnamə alınması üçün Tərtər rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də hazıkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, ərizəçi onun arvadıdır. Övladı olmuş X4 xx.xx.1989-cu ildə Tərtər (əvvəlki Mirbəşir) rayonunun Dəmirçilər kəndində anadan olmuş, xx.xx.2004-cü ildə Tərtər rayonunun Təzəkənd kəndi ərazisində baş verən avtoqəza nəticəsində Qaradağlı kəndində vəfat etmiş və Tərtər rayonunun Dəmirçilər kənd qəbristanlığında dəfn edilmişdir. Özü Mətanətin yas mərasimində iştirak etmişdir. İşdə olan Mirbəşir rayonunun Dəmirçilər kənd soveti tərəfindən verilmiş xx.xx.1989cuü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1989-cu ildə anadan olmuşdur. Arayışda atası kimi X6, anası kimi X3 qeyd olunmuşdur. İşdə olan Tərtər rayonu Dəmirçilər kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 257 saylı arayışdan görünür ki, X4 xx.xx.2004-cü il tarixdə Tərtər rayon Təzəkənd kəndində avtoqəza nəticəsində vəfat etmiş və Tərtər rayonunun Dəmirçilər kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Tərtər RMX PHŞ-nın direktor Sərxan Cəlahani tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, vəfat etmiş X4 barədə Tərtər RMX PHŞ-də heç bir məlumat yoxdur. İşdə olan X2 qəbr daşınının foto şəkilindən görünür ki, qəbr daşında “1989-2004” sözləri yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahidin ifadələri və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, ərizəçinin övladı olmuş X4 xx.xx.1989-cu ildə Tərtər (əvvəlki Mirbəşir) rayonunun Dəmirçilər kəndində anadan olmuş, xx.xx.2004-cü ildə Tərtər rayonunun Təzəkənd kəndi ərazisində baş verən avtoqəza nəticəsində Qaradağlı kəndində vəfat etmiş və Tərtər rayonunun Dəmirçilər kənd qəbristanlığında dəfn edilmişdir. X2 ölümünü təsdiq edən həkim arayışı olmadığı üçün Tərtər rayon Qeydiyyat Şöbəsindən ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Ərizəçinin pay torpaq sahəsinə dair çıxarış ala bilməsi üçün qızı Mətanətin ölümü haqqında şəhadətnamənin alınması zəruridir. X2 ölümü haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçinin övladı olmuş X2 ölməsini təsdiq edən ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığından onun xx.xx.2004-cü ildə Tərtər rayon Qaradağlı kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 308, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: Ərizə təmin edilsin. xx.xx.1989-cu ildə Tərtər (əvvəlki Mirbəşir) rayonunun Dəmirçilər kəndində anadan olmuş X2 Tərtər rayonunun Qaradağlı kəndində xx.xx.2004-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №2(061)-188/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-188/2025
04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver