Məhkəmə qərarları › İş №2(061)-1899/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1899/2025

12.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1899/2025 12.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum anası-11 mart 1958-ci ildə Naftalan şəhərində anadan olmuş, 07 aprel 2017-ci ildə Tərtər rayonu Seydimli kəndində vəfat etmiş və Tərtər rayon Seydimli kənd qəbristanlığında dəfn edilmiş X3 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx xxx 1987-ci ildə Tərtər rayon Seydimli kəndində anadan olmuşdur. Ailədə üç qardaşdırlar. X7 2025-ci ildə vəfat edib və barəsində Ölüm haqqında Şəhadətnamə almışlar. X2 11 mart 1958-ci ildə Naftalan şəhərində anadan olmuşdur. Anasıgilin ailəsi hələ anası uşaq yaşlarında olarkən Tərtər rayon Seydimli kəndinə köçmüşlər. Anası orta məktəbə Seydimli kəndində getmişdir. X2 07 aprel 2017-ci ildə yaşadıqları Tərtər rayon Seydimli kəndində vəfat edib və Seydimli kənd qəbristanlığında dəfn olunmuşdur. Anacaq anası vəfat etdikdən sonra qeydiyyat şöbəsinə müraciət edərək anasına görə ölüm haqqında şəhadətnamə almamışlar. Buna görə də Hazırda həmin sənədi əldə etmək istəyərkən onlara şəxs vəfat etdikdən sonra qanunla nəzərdə tutulan vaxt ərzində müraciət etməklə ölüm haqqında şəhadətnamə alınmasının mümkün olduğu bildirilmişdir. Hazırda bəzi hüquqi sənədləşmə aparmaq istədikdə övladının ölməsi barədə sənədi almadıqları üçün sənədləşməni apara bilməmişlər. Maraqlı şəxsnə X2na ölümü barədə şəhadətnamə almaq üçün müraciət etdikdə orada övladının ölüm akt qeydi tapılmadığı üçün bu barədə arayış təqdim edilmiş və ona X2nın ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Hazırda X2nın ölümü haqqında şəhadətnamə ona bəzi hüquqi məsələlərin həll edilməsi üçün lazım olmuşdur. Həmin sənədi məhkəmədən kənar başqa qaydada ala bilməmişdir. Bu səbəbdən həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərdiklərinə əsasən anası-11 mart 1958-ci ildə Naftalan şəhərində anadan olmuş, 07 aprel 2017-ci ildə Tərtər rayonu Seydimli kəndində vəfat etmiş və Tərtər rayon Seydimli kənd qəbristanlığında dəfn edilmiş X3 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, mahiyyətinə uyğun izahat verərək göstərmişdir ki, X7 2025-ci ildə vəfat edib və barəsində Ölüm haqqında Şəhadətnamə almışlar. X2 11 mart 1958-ci ildə Naftalan şəhərində anadan olmuşdur. Anasıgilin ailəsi hələ anası uşaq yaşlarında olarkən Tərtər rayon Seydimli kəndinə köçmüşlər. Anası orta məktəbə Seydimli kəndində getmişdir. X2 07 aprel 2017-ci ildə yaşadıqları Tərtər rayon Seydimli kəndində vəfat edib və Seydimli kənd qəbristanlığında dəfn olunmuşdur. Anacaq anası vəfat etdikdən sonra qeydiyyat şöbəsinə müraciət edərək anasına görə ölüm haqqında şəhadətnamə almamışlar. Buna görə də Hazırda həmin sənədi əldə etmək istəyərkən onlara şəxs vəfat etdikdən sonra qanunla nəzərdə tutulan vaxt ərzində müraciət etməklə ölüm haqqında şəhadətnamə alınmasının mümkün olduğu bildirilmişdir. Hazırda bəzi hüquqi sənədləşmə aparmaq istədikdə övladının ölməsi barədə sənədi almadıqları üçün sənədləşməni apara bilməmişlər. Maraqlı şəxsnə X2na ölümü barədə şəhadətnamə almaq üçün müraciət etdikdə orada övladının ölüm akt qeydi tapılmadığı üçün bu barədə arayış təqdim edilmiş və ona X2nın ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Hazırda X2nın ölümü haqqında şəhadətnamə ona bəzi hüquqi məsələlərin həll edilməsi üçün lazım olmuşdur. Həmin sənədi məhkəmədən kənar başqa qaydada ala bilməmişdir. Bu səbəbdən həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərdiklərinə əsasən anası-11 mart 1958-ci ildə Naftalan şəhərində anadan olmuş, 07 aprel 2017-ci ildə Tərtər rayonu Seydimli kəndində vəfat etmiş və Tərtər rayon Seydimli kənd qəbristanlığında dəfn edilmiş X3 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X14 göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Həqiqətən də onlar ailədə üç qardaş olublar. X5 2025-ci ildə vəfat etmişdir. X1 11 mart 1958-ci ildə Naftalan şəhərində anadan olmuşdur. Anasıgilin ailəsi hələ anası uşaq yaşlarında olarkən Tərtər rayon Seydimli kəndinə köçmüşlər. Anası orta məktəbə Seydimli kəndində getmişdir. X2 07 aprel 2017-ci ildə yaşadıqları Tərtər rayon Seydimli kəndində vəfat edib və Seydimli kənd qəbristanlığında dəfn olunmuşdur. Üzr mərasimlərində yaxın qonşu kimi iştirak etmişlər. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X15 göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Həqiqətən də onlar ailədə üç qardaş olublar. X5 2025-ci ildə vəfat etmişdir. X1 11 mart 1958-ci ildə Naftalan şəhərində anadan olmuşdur. Anasıgilin ailəsi hələ anası uşaq yaşlarında olarkən Tərtər rayon Seydimli kəndinə köçmüşlər. Anası orta məktəbə Seydimli kəndində getmişdir. X2 07 aprel 2017-ci ildə yaşadıqları Tərtər rayon Seydimli kəndində vəfat edib və Seydimli kənd qəbristanlığında dəfn olunmuşdur. Üzr mərasimlərində yaxın qonşu kimi iştirak etmişlər. İşdə olan Mirbəşir rayonu Seydimli kənd sovetliyi tərəfindən verilmiş 26 may 1987-ci il tarixli Xİİ-JQ № 316483 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1987-ci il tarixdə Mirbəşir rayon Seydimli kəndinə anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında X6 qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş Tərtər rayon İHB-ın Seydimli kənd İƏD-i üzrə nümayəndəliyinin 07 noyabr 2025-ci il tarixli, 593 saylı arayışından görünür ki, Ərizəçi Tərtər rayonun seydimli kəndində yaşayır və qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Tərtər rayon Seydimli kən həkim məntəqəsinin 06 noyabr 2025-ci il tarixli 17 saylı arayışından görünür ki, Ərizəçi X2 04 iyul 2017-ci il tarixdə evdə rəhmətə gedib və Seydimli kənd qəbristanlığında dəfn olunub. Mülki işə əlavə edilmiş Ərizəçi sorğusuna Maraqlı şəxs tərəfindən verilmiş 06 noyabr 2025ci il tarixli, 316-5/7-A/2-7xx-xx/2025 №-li cavab məktubundan görünür ki, X3 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bildirlmişdir ki, ölüm haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnsan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən ölümün dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmişdir. Maraqlı şəxs tərəfindən ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mülki işə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 06 noyabr 2025-ci il tarixli xx/xx- 1272 №-li arayışdan görünür ki, X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş fotoşəkillərdə X3 xx.xx.1958-ci ildə doğulması və 07 aprel 2017-ci ildə ölməsi əks edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ərizəçi X2 07 aprel 2017-ci ildə vəfat etmişdir. Onu Tərtər rayon Seydimli kənd qəbristanlığında dəfn etmişlər. Bu fakt mülki işə əlavə edilmiş sənədlərlə və şahidlərin ifadələri ilə tam sübuta yetir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma,ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə tətbiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”ın8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, ərizəçinin izahatını, şahidlərin ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum anası-11 mart 1958-ci ildə Naftalan şəhərində anadan olmuş, 07 aprel 2017-ci ildə Tərtər rayonu Seydimli kəndində vəfat etmiş və Tərtər rayon Seydimli kənd qəbristanlığında dəfn edilmiş X3 ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası-11 mart 1958-ci ildə Naftalan şəhərində anadan olmuş, 07 aprel 2017-ci ildə Tərtər rayonu Seydimli kəndində vəfat etmiş və Tərtər rayon Seydimli kənd qəbristanlığında dəfn edilmiş X3 ölüm faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydaya təqdim olunduğu vaxtdan 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar