Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1978/2025 03.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum xx.xx.1964-cü ildə Tərtər rayon Köçərli kəndində anadan olmuş xx.xx.2025-ci il tarixdə Xankəndi şəhərində vəfat etmiş və xx.xx.2025-ci il tarixdə Tərtər rayon Köçərli kənd qəbristanlığında dəfn edilmiş həyat yoldaşı (əri) X1 ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, 1997-ci ildə X2 ilə ailə qurmuş və onlar Tərtər rayon Köçərli kəndində yaşamışlar. Nikahları rəsmi qeydə alınmışdır. Onların 3 övladları olmuş və uşaqlar böyümüşlər. xx.xx.2025-ci ildə Xankəndi şəhərində bacısının evində qonaq olarkən əri Mustafa Abdullayevin ürəyində qəflətən ağrılar başlamışdır. Bununla bağlı onlar təcili tibbi yardıma müraciət etmişlər. lakin Mustafanı xəstəxanaya apararkən yolda dünyasını dəyişmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə əri Mustafa Abdullayevi yaşadıqları Tərtər rayon Köçərli kənd qəbristanlığında dəfn etmişlər. Yas mərasimini keçirdikdən sonra əri Mustafa Abdullayevə ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona müvafiq həkim sənədləri olmadığından və vaxtında müraciət etmədiklərindən məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. O da hazırki ərizə ilə bağlı məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X8 göstərmişdir ki, Ərizəçi anasıdır. X3 atası olmuşdur. X9 xx.xx.2025-ci ildə Xankəndi şəhərinə qonaq getmiş, orada qəflətən vəfat etmişdir. Atasını xx.xx.2025-ci ildə yaşadıqları Tərtər rayon Köçərli kənd qəbristanlığında dəfn etmişlər. Ona yas mərasmi keçirilmişdir. Övladı olaraq həmin yas mərasiminin keçirilməsində yaxından iştirak etmişdir. Yas mərasimini keçirdikdən sonra X9ə ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onlara müvafiq həkim sənədləri olmadığından və vaxtında müraciət etmədiklərindən məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X4 göstərmişdir ki, ərizəçi əri onun qardaşı olmaqla, münasibətləri yaxşı olmuşdur. X5 xx.xx.2025-ci ildə Xankəndi şəhərinə baldızının evinə qonaq getmiş, orada qəflətən vəfat etmişdir. Mustafanı xx.xx.2025-ci ildə yaşadıqları Tərtər rayon Köçərli kənd qəbristanlığında dəfn etmişlər. Qardaşı kimi həmin yas mərasiminin keçirilməsində yaxından iştirak etmişdir. Yas mərasimini keçirdikdən sonra X9ə ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onlara müvafiq həkim sənədləri olmadığından və vaxtında müraciət etmədiklərindən məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Mülki işə əlavə edilmiş Vİ -JQ № 454243 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Ərizəçi arasında nikah xx.xx.1972-ci ildə Bərdə rayon Qeydiyyat Şöbəsində 179 nömrə ilə qeydə alınmışdır. Ərə Abdullayev, arvada Vəliyeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Tərtər rayon Köçərli kənd İƏD-i üzrə nümayəndəliyin verdiyi 318 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Tərtər rayon Köçərli kəndində qeydiyyatda olmaqla, yaşayır. Mülki işə əlavə edilmiş Tərtər rayon Köçərli kənd İƏD-i üzrə nümayəndəliyin verdiyi 322 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər rayon Köçərli kənd sakini olmuş mərhum X2 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, xx.xx.2025-ci il tarixdə Köçərli kənd qəbristanlığında dəfn edilmişdir. Mülki işə əlavə edilmiş Tərtər rayon Mərkəzi Xəstəxanasının verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 vəfat etməsi barədə Tərtər RMX PHŞ-də heç bir məlumat yoxdur. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1964-cü ildə Tərtər rayon Köçərli kəndində anadan olmuş, hazırda Tərtər rayon Köçərli kəndində qeydiyyatda olmuşdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx.xx.2025-ci il tarixli xx/xx-1232 saylı arayışdan görünür ki, X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X1 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamşdır. Bildirlmişdir ki, ölüm haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnsan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən ölümün dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum omluşdur ki, ərizəçinin həyat yoldaşı (əri) X2 15 oktyabr 2025-ci ildə vəfat etmişdir. Onu xx.xx.2025-ci il tarixdə Tərtər rayon Köçərli kənd qəbristanlığında dəfn etmişlər. Göründüyü kimi mərhum X2 15 oktyabr 2025-ci ildə vəfat etmişdir. Bu fakt mülki işə əlavə edilmiş sənədlərlə və şahidlərin ifadələri ilə tam sübuta yetir. Odur ki, X1 15 oktyabr 2025-ci ildə ölümünün qeyd edilmə faktı müəyyən edilməlidir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma,ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə tətbiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”ın8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, ərizəçinin izahatını, şahidlərin ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum həyat yoldaşı (əri) xx.xx.1964-cü ildə Tərtər rayon Köçərli kəndində anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Xankəndi şəhərində ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum həyat yoldaşı (əri) xx.xx.1964-cü ildə Tərtər rayon Köçərli kəndində anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Xankəndi şəhərində ölüm faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydaya təqdim olunduğu vaxtdan 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1978/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1978/2025
03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver