Məhkəmə qərarları › İş №2(061)-2031/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-2031/2025

23.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-2031/2025 23.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı, Cavabdeh qarşı 5800 manat pulun alınıb ona verilməsi tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 5800 (beş min səkkiz yüz) manat məbləğində pulun və 1300 (min üç yüz) manat məbləğində əldən çıxmış faydanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı göstərmişdir ki, Cavabdeh ilə heç bir ədavəti olmamış, onu Tərtər rayon sakini kimi tanımışdır. Cavabdeh təqribən iki il əvvəl vacib lazım olduğu üçün ondan 5800 manat borc pul istəmişdir. Ona inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh həmin pulu bir neçə aya qaytaracağına söz vermiş, bu barədə könüllü olaraq qəbz yazıb vermişdir. Lakin cavabdeh aralarınmda olan razılaşmaya əməl etməmişdir. Borcu vaxtında qaytarmadığı üçün cavabdehdən pulu istəmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Son bir ay cavabdehə pulunu qaytarmayacağı təqdirdə onu məhkəməyə verəcəyini bildirsə də, yenə müsbət nəticə olmamışdır. Bu müddət ərzində Cavabdehla görüşüb ona borclu olduğu pulu qaytarmasını bildirsə də, cavabdeh borcundan bir manat olsun belə qaytarmamışdır. O, cavabdehə 5800 manat borca pul vermişdir. Pulunu ala bilmədiyindən və hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədə Cavabdeh qarşı onun borclu olduğu 5800 (beş min səkkiz yüz) manat məbləğində pulun və 1300 (min üç yüz) manat məbləğində əldən çıxmış faydanın alınıb ona verilməsi tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Hazırda da iddiasının tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh göstərmişdir ki, İddiaçı ilə heç bir ədavəti olmamış, onunla bir insan kimi münasibəti normal olmuşdur. Bir neçə il əvvəl ona pul ehtiyac olduğu üçün İddiaçı yaxınlaşmış və ondan 5800 manat pul götürmüşdür. Lakin həmin vaxt pulu İddiaçı alması ilə bağlı özü öz xətti ilə qəbz yazıb vermişdir. Bununla bağlı ekspert rəyinə ehtiyac olmadığını bildirmişdir. Aralarında heç bir narazılıq olmamışdır. Göstərdikləri barədə məhkəmə ərizə təqdim etmişdir. İddianın həmin hissədə təmin edilməsinə etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2026-cı il tarixli məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, iddia tələbini qəbul edir, işdə olan əl yazma qəbzini o, yazmışdır, 5800 manat pul alması barədə qəbzi o, yazmışdır. Xəttşünaslıq ekspertizasının təyin edilməsinə ehtiyac yoxdur, məhkəmə iclası barədə ona məlumat verildi, məhkəmə iclasında iştirak edə bilməsə işin mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsinə etirazı yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixdə Göygöl RPŞ tərəfindən verilmiş seriya AZE № 08731094 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Kəlbəcər rayon Susuzluq kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixdə verilmiş seriya AA № 059603 saylı məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, Əsədov X1 rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarına əlavə edilmiş Tərtər rayon Şıxrax qəsəbə İƏD-i üzrə nümayəndənin verdiyi 781 saylı xx.xx.2024-cü-ci il tarixli arayışından görünür ki, Əsədov X1 rayonundan məcburi köçkün düşmüş və Tərtər rayon Şıxarx qəsəbəsində yaşayır. İş materiallarına əlavə edilmiş Tərtər RPŞ tərəfindən verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-cı il tarixdə Tərtər rayon Səhləbad kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş dəftər vərəqində yazılmış və Cavabdeh tərəfindən imzalanması göstərilmiş qəbzdən görünür ki, ona vacib lazım olduğu üçün İddiaçı borc olaraq 5800 manat pul almışdır. Həmin pulu bir ay müddətində qaytaracağın söz vermiş və sonunda imzası ilə təsdiq etmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını, cavabdehin imzaladığı pulun alınması barədə qəbzi, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ümumilikdə 5800 manat borc pul istəmişdir. İddiaçı onu tanıdığından, ona inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh iddiaçıdan pul allması ilə bağlı qəbz yazıb vermiş və pulu bir aya qaytarmağa söz vermişdir. Pulu vaxtında qaytarmadığı üçün iddiaçı cavabdehdən pulunu istəmiş, lakin cavabdeh sonra verəcəyini bildirmişdir. İddiaçı bir müddət sonra yenə pulunu tələb etmiş, lakin ala bilməmişdir. Odur ki, iddiaçı məhkəmədə cavabdehdən 5800 manat borcunun alınıb ona verilməsi tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş İddiaçı cavabdehin hazırda ona 5800 manat borcu olduğunu bildirmiş, cavabdehin onun pulunu vaxtında qaytarmadığı üçün ondan 1300 manat əldən çıxmış fayda tələb etmişdir. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı 5800 manat pul götürdüyünü, qəbzi özünün yazdığını, iddianın həmin məbləğdə təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində cavabdehdən 1300 manat əldən çıxmış faydanın alınıb ona verilməsini də xahiş etmiş, lakin bununla bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq ərizə vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbninin həmin huissəsinin təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı dəfələrlə pulunu cavabdehdən tələb etmiş, lakin cavabdeh hər dəfə yalan vədlər verərək sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu 5800 manat təşkil edir. Məhkəmə iclasında elan olunmuş cavabdehin iddiaçıdan borc pul alması, cavabdeh tərəfindən yazılmış qəbzlə və cavabdehin məhkəməyə təqdim etdiyi ərizəısi ilə öz təsdiqini tapır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdeh tərəf iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Cavabdehin iddiaçıya həmin məbləğdə pul borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən yuxarıda qeyd olunan sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, cavabdeh hazırkı vəziyyətdə iddiaçıya olan 5800 manat borcunu qaytarmamışdır. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqi normalarına müvafiq olaraq qiymət verir. İş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixdə verilmiş seriya AA № 059603 saylı məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, Əsədov X1 rayonundan məcburi köçkün düşmüşdür. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. Belə ki, “X3” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, qanunun tələblərinə əsasən cavabdehdən 78 (yetmiş səkkiz) manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə ödənilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının, cavabdehin izahatlarını, cavabdehin yazdığı qəbzi və məhkəməyə təqdim etdiyi ərizəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 78 (yetmiş səkkiz) manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar