Məhkəmə qərarları › İş №2(061)-216/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-216/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-216/2025 07.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum X2 onun atası olması faktının müəyyən edilməsi və mərhum atası X1 və mərhum anası X4 miras qalmış kənd təsərrüfatı məhsullarının istehsalı üçün xx.xx.1998-ci il tarixli 22 nömrəli qərarla verilmiş JN:350, KOD 61104018 saylı 0,49 ha torpağın və mərhum atası X1 miras qalmış 18 dekabr 1998-ci il tarixli 22 nömrəli qərarla verilmiş A № 145757 nömrəli 1917,05 kv.metr həyətyanı torpaq sahəsinə mirası qəbul etmə faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmənin hazırlıq iclasında ərizənin həcminin azaldılması ilə bağlı ərizə təqdim edərək mərhum X2 onun atası olması faktının müəyyən edilməsi və mərhum atası X1 və mərhum anası X4 miras qalmış kənd təsərrüfatı məhsullarının istehsalı üçün xx.xx.1998-ci il tarixli 22 nömrəli qərarla verilmiş JN:350, KOD 61104018 saylı 0,49 ha torpağa mirası qəbul etmə faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 0, xx.xx.1954-cü ildə Sabirabad rayonunun Kürdəcür kəndində anadan olmuşdur. Mərhum atası X5 mərhum anası X6 birgə yaşadıqları dövrdə o, özü və qardaşı X7 anadan olmuşdur. Mərhum atası X5 xx.xx.2007-ci ildə, mərhum anası X10 xx.xx.2010-cu ildə vəfat etmişlər. Mərhum atası X5 mərhum anası X10 ailə qurarkən onların nikahları olmadığı üçün onun doğum haqqında şəhadətnaməsində ata qrafasın boş saxlanılmışdır. Lakin qardaşı Rizvan Sultanovun doğum haqqında şəhadətnaməsində ata qrafasında X5 qeyd edilmişdir. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 22 saylı qərarı ilə 2 nəfər ailə üzvü olmaqla mərhum atası X5 mərhum anası X8 verilmiş cisgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,49 ha torpaq sahəsi və Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 22 saylı qərarı ilə mərhum atası X2 adına həyətyanı 1917,05 kv.metr torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ailə başçısı olaraq mərhum atası X2 adına kənd təsərrüfatı məhsullarının istehsalı üçün xx.xx.1998-ci il tarixdə JN:350, kod 61104018 saylı və həyətyanı torpaq sahəsi üçün A№ 145757 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi mərhum atası və mərhum anası vəfat edən günədək onun istifadəsində olmuşdur. Torpağın bütün kommunal xərcləri onun tərəfindən ödənilmişdir. Mərhum atası vəfat etdikdən sonra miras faktiki olaraq onun tərəfindən qəbul edilərək idarə olunmuşdur. Atası və anası vəfat etdikdən sonra bu günə kimi torpağın bütün kommunal xərclərini o, ödəmişdir. O, mərhum ata və anasının vərəsəsi kimi miras qalmış həyətyanı və pay torpaq sahələrini adına sənədləşdirə bilməmişdir. Odur ki, mərhum X2 onun atası olması və onun vərəsəsi kimi ondan miras qalmış əmlakları qəbul etməsi barədə hüquqi faktın müəyyən edilməsinə ehtiyac yaranmışdır. Məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərdiklərinə əsasən mərhum X2 onun atası olması faktının müəyyən edilməsi və mərhum atası X1 və mərhum anası X4 miras qalmış kənd təsərrüfatı məhsullarının istehsalı üçün xx.xx.1998-ci il tarixli 22 nömrəli qərarla verilmiş JN:350, KOD 61104018 saylı 0,49 ha torpağın və mərhum atası X1 miras qalmış 18 dekabr 1998-ci il tarixli 22 nömrəli qərarla verilmiş A № 145757 nömrəli 1917,05 kv.metr həyətyanı torpaq sahəsinə mirası qəbul etmə faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, mərhum X2 onun atası olması faktının müəyyən edilməsi və mərhum atası X1 və mərhum anası X4 miras qalmış kənd təsərrüfatı məhsullarının istehsalı üçün xx.xx.1998-ci il tarixli 22 nömrəli qərarla verilmiş JN:350, KOD 61104018 saylı 0,49 ha torpağa mirası qəbul etmə faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqannın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə verimiş şahid X7 gösgtərmişdir ki, o, xx.xx.1955-ci ildə Tərtər rayonu, Dəmirçilər kəndində anadan olmuşdur. Ərizəçi onun böyük qardaşıdır. Onların atası mərhum X5 mərhum anası X10 olmuşdur. Mərhum atası X5 xx.xx.2007-ci ildə, mərhum anası X10 xx.xx.2010-cu ildə vəfat etmişlər. Tərtər rayonu, Dəmirçilər kəndində valideynlərindən miras qalmış həyətyanı və pay torpaq sahəsi onlar vəfat etməmişdən əvvəl, eləcə də vəfat etdikdən sonra da qardaşı Ərizəçi istifadəsində olmuşdur. Ruslan anadan olarkən valideynlərinin nikahları olmadığından onun doğum haqqında şəhadətnaməsində ata qrafası boş saxlanılmışdır. Hazırda Ruslan mərhum X5 onun atası olmasının və validenlərindən miras qalmış daşınmaz əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət emişdir. Validenlərinin vərəsəsi kimi buna qarşı heç bir etirazı olmadığını bildirmişdir. İşdə olan Tərtər rayon Dəmirçilər kənd İƏD-i üzrə nümayəndəlik tərəfindən verilmiş 243 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi Tərtər rayon Dəmirçilər kəndində yaşayır. İşdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Sabirabad rayonu Kürdəcür kəndində anadan olmuş, həmin sənəddə ata qrafası boş saxlanılmaqla, ana qrafasında X11 qeyd edilmişdir. İşdə olan Tərtər rayon Dəmirçilər kənd İƏD-i üzrə nümayəndəlik tərəfindən verilmiş 329 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi atası X5 xx.xx.2007-ci ildə ölənədək Tərtər rayon Dəmirçilər kəndində yaşamışdır. Onun ailə üzvləri arvadı X10, oğlu Ərizəçi və oğlu X3 ibarət olmuşdur. İşdə olan Tərtər rayon Dəmirçilər kənd İƏD-i üzrə nümayəndəlik tərəfindən verilmiş 330 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi anası X10 xx.xx.2010-cu ildə ölənədək Tərtər rayon Dəmirçilər kəndində yaşamışdır. Onun ailə üzvləri əri oğlu Ərizəçi və oğlu X3 ibarət olmuşdur. İşdə olan 06 sentyabr 2024-cü il tarixli Tərtər rayon notariat ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair əsaslandırılmış 640 və 641 saylı qərarlarından görünür ki, mirasın qəbulu üçün Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsi ilə müəyyən edilmiş vaxt ötürüldüyündən vətəndaş Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. İşdə olan AZ-İ № 420809 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cu ildə ölmüşdür. İşdə olan AZ-İİ № 412600 nömrəli ölüm haqqında arayışlardan görünür ki, X5 xx.xx.2007ci ildə ölmüşdür. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli 22 nömrəli qərarı ilə verilmiş JN-350 saylı, KOD nömrəsi 61104018 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət aktının surətindən görünür ki, X5 və X10 paylı mülkiyyıtçi kimi qeyd edilmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbləri əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi xx.xx.1954-cü ildə Sabirabad rayonunun Kürdəcür kəndində anadan olmuşdur. Mərhum atası X5 mərhum anası X6 birgə yaşadıqları dövrdə o, özü və qardaşı X7 anadan olmuşdur. Mərhum atası X5 xx.xx.2007-ci ildə, mərhum anası X10 xx.xx.2010-cu ildə vəfat etmişlər. Bu hallar məhkəmədə elan olunmuş mötəbər sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında izahat vermiş Ərizəçi göstərmişdir ki, mərhum atası X5 mərhum anası X10 ailə qurarkən onların nikahları olmadığı üçün onun doğum haqqında şəhadətnaməsində ata qrafasın boş saxlanılmışdır. Lakin qardaşı Rizvan Sultanovun doğum haqqında şəhadətnaməsində ata qrafasında X5 qeyd edilmişdir. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 22 saylı qərarı ilə 2 nəfər ailə üzvü olmaqla mərhum atası X5 mərhum anası X8 verilmiş cisgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,49 ha torpaq sahəsi və Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 22 saylı qərarı ilə mərhum atası X2 adına həyətyanı 1917,05 kv.metr torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ailə başçısı olaraq mərhum atası X2 adına kənd təsərrüfatı məhsullarının istehsalı üçün xx.xx.1998-ci il tarixdə JN:350, kod 61104018 saylı və həyətyanı torpaq sahəsi üçün A№ 145757 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Mərhum valideynlərinin birinci dərəcə üzrə vərəsəsidir. Mərhum valideynləri vəfat etdikdən sonra onlardan miras qalmış həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun istifadəsində olmuşdur. O, «Qanun üzrə vərəsəlik hüququ haqqlnda Şəhadətnamə» almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər Rayon Notariat Ofisinin xüsusi notariusu 06 sentyabr 2024-cü il tarixli, 640 və 641 №-li qərarları ilə ilə ona mirasın qəbulu üçün AR MM-nin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxdıgını əsas gətirərək «Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə» verilməsindən imtina etmiş, ona mərhum atası X2 onun atası olması faktının müəyyən edilməsi və valideynlərindən miras qalmış pay torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı Tərtər Rayon Məhkəməsinə müraciət etməsi bildirilmişdir. Bundan sonra ərizəçi sözügedən ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlər məhkəmədə elan olunmuş sənədlərlə tam sübut olunur. Ərizəçi mərhum valideynlərinin vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Həmin miras qalmış əmlakları öz adına qeydə alınması üçün notariat ofisinə müraciət etdikdə ona vərəsəlik şəhadətnaməsi verilməkdən imtina edilmişdir. Qanunları bilmədiyi üçün valideynlərindən miras qalmış pay torpaq sahəsini vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, mərhum X5 onun atası olmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətləri faktını müəyyən edir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə ( məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün, ailə başçısını itirməyə görə pensiya və ya sosial mavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətlərində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə mərhum X2 onun atası olmasını başqa qaydada təsdiq edə bilməməsi, eləcə də notariat orqanının ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Bununla yanaşı ərizəçi ərizəsində miras əmlakın qəbul edilməsi faktınında müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki,mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Ərizəçi ərizəsində istinad etdiyi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, anası xx.xx.2010-cu ildə vəfat etmiş X10 olan, xx xxxxxx 1954-cü il tarixdə Sabirabad rayonu Kürdəcür kəndində anadan olmuş Ərizəçi atasının 28 mart 2007-ci ildə vəfat etmiş X5 olması faktı müəyyən edilməli, Ərizəçi atası 28 mart 2007-ci ildə vəfat etmiş X1, anası xx.xx.2010-cu ildə vəfat etmiş X4 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 nömrəli qərarı ilə “Toqpağa Mülkiyyət Hüququna Dair” JN-350, KOD 61104018 saylı Dövlət Aktı əsasında Tərtər rayonu, Dəmirçilər kəndində verilmiş 0,49 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanun üzrə vərəsə kimi qəbul etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Anası xx.xx.2010-cu ildə vəfat etmiş X10 olan, xx xxxxxx 1954-cü il tarixdə Sabirabad rayonu Kürdəcür kəndində anadan olmuş Ərizəçi atasının 28 mart 2007-ci ildə vəfat etmiş X5 olması faktı müəyyən edilsin. Ərizəçi atası 28 mart 2007-ci ildə vəfat etmiş X1, anası xx.xx.2010-cu ildə vəfat etmiş X4 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 nömrəli qərarı ilə “Toqpağa Mülkiyyət Hüququna Dair” JN-350, KOD 61104018 saylı Dövlət Aktı əsasında Tərtər rayonu, Dəmirçilər kəndində verilmiş 0,49 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanun üzrə vərəsə kimi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar