Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-257/2025 14.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 17500 (on yeddi min beş yüz) manat məbləğində pulun və 142 (yüz qır iki) manat 50 (əlli) qəpik dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qismində İddiaçı məhkəmə iclasında göstərmişdir ki, cavabdehlə işgüzar münasibətə görə tanış olmuşlar. Bundan istifadə edən Cavabdeh 2023-cü il nay ayında ondan hər kiloqramın qiyməti 1,40 manat olmaqla, 25900 manata 18 ton 500 kq günəbaxan tumlarını nəğd pul verəcəyi adı ilə almış, lakin məhsulu götürdükdən sonra verdiyi sözə əməl etməmiş, verməli olduğu 25900 manat puldan yalnız 3400 manat pul ödəmiş, qalan 22500 manat pulu ödəməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh ona borclu qaldığı pulu ödəməkdən qərəzli olaraq imtina etmişdir. Bundan narazı qaldığı üçün o, xx.xx.2024-cü ildə Cavabdeh barəsində Tərtər rayon Polis Şöbəsinə şikayət edərək ondan borclu qaldığı 22500 manat pulunun geri qaytarılması barədə tədbir görülməsini xahiş etmişdir. Onun şikayəti əsasında işə baxan Tərtər rayon X5 Bölməsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarxli qərarı qəbul edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsindən aydın olmuşdur ki, Cavabdeh ona borclu olduğu 22500 manat pulu geri qaytarmamışdır. Qeyd olunan qərar çıxarıldıqdan bir müddət sonra o, Cavabdeh onda anbarda saxladığı 5000 manat dəyərində olan 5 ton 200 kq günəbaxan tumlarını satıb özünə götürmüşdür. Buna əsasən hesab etmişdir ki, Cavabdeh ona 22500 manat deyil, 17500 manat borcu qalmışdır. Lakin Cavabdeh ona borclu qaldığı 17500 manat pulu da geri qaytarmaqdan imtina etmişdir. Ona görə də o, pullarının məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırda cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Odur ki, sözügedən iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiasının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Mülki işin materiallarına əlavə edilmiş sorğu məktubundan görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişinin çatdırılması üçün Tərtər rayon Xoruzlu kənd İƏD-i üzrə nümayndəliyə sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, cavabdeh Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşadığına görə məhkəmə iclası ilə bağlı ona məlumat vermək mümkün olmamış, lakin onun atası X6 nümayəndəliyə dəvət edilərək məhkəmə bildirişi ilə tanış edilmiş və oğlu X3 13 mart 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinə gəlib iştirak etməsini bildirmişlər. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materiallarına əlavə edilmiş Tərtər rayon X5 Bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Tərtər rayon Kəbirli kənd sakini İddiaçı Tərtər RPŞ-ə ərizə ilə müraciət edərək 2023-cü il may ayında Tərtər rayon Xoruzlu kənd sakini Cavabdeh 18 ton 500 kq günəbaxan tumları nəğd pulunu verəcəyi adı ilə satdığını, lakin Cavabdeh məhsulu götürdükdən sonra verdiyi vədə əməl etməyib ödəməli olduğu 22500 manat pulu ödəmədiyini bildirmişdir. Həmin ərizə xx.xx.2024-cü il tarixdə HQK-1/516 sayda qeydiyyata alınaraq icraata daxil olmuşdur. Aparılmış araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı 25900 manat dəyərində 18 ton 500 kq günəbaxan tumu almış, aldığı tumun pulunu hissə-hissə ödəmiş və İddiaçı 13800 manat borcu qalmışdır. Araşdırma nəticəsində İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı məhkəmədə mülki qaydada iddia qaldırması barədə izah edilmişdir. Məhkəmə iddiaçının izahatını, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh aralarında olan razılaşmaya əsasən, cavabdeh iddiaçıdan 25900 manat dəyərində nağd olaraq 18 ton 500 kq günəbaxan tumu almış, lakin həmin vaxt tumun pulunu verməmiş, sonra verəcəyini bildirmişdir. Cavabdeh həmin məbləğdən bir hissəsini ödəniş etmiş, qalan hissəsini borclu qalmışdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, Cavabdeh 25900 manata 18 ton 500 kq günəbaxan tumlarını nəğd pul verəcəyi adı ilə ondan almış, lakin məhsulu götürdükdən sonra verdiyi sözə əməl etməmiş, verməli olduğu 25900 manat puldan yalnız 3400 manat pul ödəmiş, qalan 22500 manat pulu ödəməmişdir. Onun şikayəti əsasında Tərtər rayon X5 Bölməsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı qəbul edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsindən aydın olmuşdur ki, Cavabdeh ona borclu olduğu 22500 manat pulu geri qaytarmamışdır. Qeyd olunan qərar çıxarıldıqdan bir müddət sonra o, Cavabdeh onda anbarda saxladığı 5000 manat dəyərində olan 5 ton 200 kq günəbaxan tumlarını satıb özünə götürmüşdür.Buna əsasən hesab etmişdir ki, Cavabdeh ona 22500 manat deyil, 17500 manat borcu qalmışdır. Lakin Cavabdeh ona borclu qaldığı 17500 manat pyulu da geri qaytarmaqdan imtina etmişdir. İddiaçı Cavabdeh ona 17500 manat borcu qaldığını göstərsə belə, bununla bağlı məhkəməyə hər hansı sübutu təqdim edə bilməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının iddiasınra istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş Tərtər rayon X5 Bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Tərtər rayon Kəbirli kənd sakini İddiaçı Tərtər RPŞ-ə ərizə ilə müraciət edərək 2023-cü il may ayında Tərtər rayon Xoruzlu kənd sakini Cavabdeh 18 ton 500 kq günəbaxan tumları nəğd pulunu verəcəyi adı ilə satdığını, lakin Cavabdeh məhsulu götürdükdən sonra verdiyi vədə əməl etməyibödəməli olduğu 22500 manat pulu ödəmədiyini bildirmişdir. Həmin ərizə xx.xx.2024-cü il tarixdə HQK-1/516 sayda qeydiyyata alınaraq icraata daxil olmuşdur. Aparılmış araşdırma zamanı Cavabdeh izahatı alınmışdır. O, həmin izahatında göstərmişdir ki, İddiaçı həqiqətən 25900 manat dəyərində 18 ton 500 kq günəbaxan tumu almış, aldığı tumun pulunu hissə-hissə ödəmiş və İddiaçı 13800 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh hər dəfədə müxtəlif bəhanələrlə sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu 13800 manat təşkil etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdehin iddiaçıya 13800 manat pul borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən cavabdehin özünün Tərtər Rayon Polis Şöbəsində verdiyi izahatında etiraf etməsini həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan 13800 manat borcunu qaytarmamışdır. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin məcəllənin 442-ci maddəsimə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı 18 ton 500 kq günəbaxan tumunu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, iddia tələbi 17500 manat məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının, təmin olunmuş məbləğdə ödədiyi 131 (yüz otuz bir) manat 40 (qırx) qəpik dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalı, iddia qaldırılması üçün ödənilmiş qalan 11 (on bir) manat 10 (on) qəpik dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, tərəflər arasında bağlanmış müqaviini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh X1 onun borclu olduğu 830 (səkkiz yüz otuz) manat məbləğində pul alınsın, iddiaçı X2 verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13800 (on üç min səkkiz yüz) manat məbləğində pul və 131 (yüz otuz bir) manat 40 (qırx) qəpik dövlət rüsumu alınsın İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qaldırılması üçün ödənilmiş 11 (on bir) manat 10 (on) qəpik dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-257/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-257/2025
14.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver