Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-258/2025 07.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfail oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə 07 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olmuş atası X1 xx.xx.2022-ci ildə Tərtər rayonunun Mamırlı kəndində vəfat etməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, X3 onun atası olmuşdur. Atası xx.xx.1967-ci ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olmuş, xx.xx.2022-ci ildə Tərtər rayonunun Mamırlı kəndində xərçəng xəstəliyindən vəfat etmiş və Mamırlı kənd qəbiristanlığında dəfn edilmişdir. Atasının ölümünə dair şəhadətnamə alınmamışdır. Atasının ölümü haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Torpaqla bağlı şənədləşmə işlərinin aparılması və gələcəkdə vərəsəlik məsələlərinin həlli məqsədi ilə ölüm şəhadətnaməsinin alınması zəruridir. Ona görə də hazıkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaş oğludur. Ceyhun isə onun qardaşı olmuşdur. Ceyhun xx.xx.2022-ci ildə Tərtər rayonunun Mamırlı kəndində xərçəng xəstəliyindən vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Ceyhunun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun oğludur. Ceyhun isə onun əri olmuşdur. Ceyhun xx.xx.2022-ci ildə Tərtər rayonunun Mamırlı kəndində xərçəng xəstəliyindən vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Ceyhunun yas mərasimində iştirak etmişdir. İşdə olan Tərtər rayonu Mamırlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 50 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Mamırlı kənd sakini X3 xx.xx.2022-ci ildə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16- 5/7-A-xx-xx/2023 nömrəli məktubdan görünür ki, X3 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün ölümü dövlət qeydiyyatına almaq mümkün deyildir və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İşdə olan X1 qəbr daşınının foto şəkilindən görünür ki, qəbr daşında “xx.xx.1967- 2022.30.08 sözləri yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahidlərin ifadələri və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, mərhum X3 ərizəçinin atası olmuşdur. Ceyhun Atayev xx.xx.1967-ci ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olmuş, xx.xx.2022-ci ildə Tərtər rayonunun Mamırlı kəndində vəfat etmiş və Mamırlı kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi Ceyhun Atayevin ölümü haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Gələcəkdə mülkiyyət, vərəsəlik və s. məsələsinin həlli üçün ərizəçinin atası X1 ölümü haqqında şəhadətnamənin alınması zəruridir. X1 ölümü haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçinin atası X1 ölməsini təsdiq edən ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığından onun xx.xx.2022-ci ildə Tərtər rayonunun Mamırlı kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 308, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olmuş X1 xx.xx.2022ci ildə Tərtər rayonunun Mamırlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №2(061)-258/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-258/2025
07.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver