Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-263/2025 17.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 1500 (on yeddi min beş yüz) manat məbləğində pulun və 40 (qırx) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qismində İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2020-ci ilin iyun ayında Gəncə şəhəri mal bazarında tanış olmuşdur. Artıq 2 il olmuşdur ki, cavabdehlə mal-qara alıb satmışlar. Cavabdehlə 2022-ci il sentyabr ayında telefon vasitəsi ilə 1 baş iri buynuzlu inəyin olmasını və həmin inəyi başqa heyvanla dəyişmək istədiyini bildirmişdir. Cavabdeh həmin gün 1 baş iri buynuzlu boğaz malı gətirərək əvəzində ondan 1 baş kəsilmək üçün malı aparmışdır. Cavabdeh həmin inəyin 2 ay müddətində bala vercəyini bilbirmişdir. O, 3 ay cavabdehin gətirdiyi inəyin bala verəcəyini gözləmiş, ancaq inəyin balası olmamışdır. Həmin gündən hər gün Cavabdeh zəng vurmuş, malların qaytarılmasını tələb etmişdir. Cavabdeh onun yaşadığı evə gələrək özünə məxsus ona verdiyi heyvanı 20 CR-184 qeydiyyat nişanlı avtomobillə aparmış və heyvanı satıb pulunu gətirəcəyini bildirmişdir. Lakin cavabdeh ona məxsus olan heyvanı gətirməmiş, apardığı heyvana görə 1500 manat ödəyəcəyinə söz vermişdir. Artıq 2 ildən çoxdur ki, cavabdeh onun bir baş iri buynuzlu inək heyvanını qaytarmamış və ya ona çatası 1500 manat pulu verməmişdir. Bununla bağlı o, Göygöl rayon Polis Şöbəsinə müraciət etmiş, ona mülki xarakterli olduğu üçün məhkəmədə iddia qaldırması izah edilmişdir. Məhkəmə prosesi dövründə cavabdah onun kartına 150 manat pul köçürməsi etmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh onun borclu olduğu 1500 (on yeddi min beş yüz) manat məbləğində pulun və 40 (qırx) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, Cavabdehla xeyli müddətdir ki, malqara alıb satmışlar. Cavabdeh 2022-ci il sentyabr ayında telefon vasitəsi ilə ona 1 baş iri buynuzlu inəyin olmasını və həmin inəyi başqa heyvanla dəyişmək istədiyini bildirmişdir. Cavabdeh həmin gün 1 baş iri buynuzlu boğaz malı gətirərək əvəzində ondan 1 baş kəsilmək üçün malı aparmışdır. Cavabdeh həmin inəyin 2 ay müddətində bala vercəyini bilbirmişdir. O, 3 ay cavabdehin gətirdiyi inəyin bala verəcəyini gözləmiş, ancaq inəyin balası olmamışdır.Hətta bununla bağlı baytar həkim gətirmiş, həkim inəyin balası olmadığını bildirmişdir. Bununla bağlı cavabdehə bildirmiş, cavabdeh gəlib öz heyvanını aparmış, heyvanı satıb pulunu gətirəcəyini bildirmişdir. Lakin cavabdeh ona məxsus olan heyvanı gətirməmiş, heyvanın əvəzinə 1500 manat ödəyəcəyinə söz vermişdir. Məhkəmə prosesi dövründə cavabdeh borcundan 150 manat ödəmiş, ona 1350 manat borcu qalmışdır. Cavabdeh qalan pulu ödəməmişdir. Göstərdiklərinə əsasən Cavabdeh borclu olduğu 1350 (min üç üz yüz əlli) manat məbləğində pulun və 40 (qırx) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Mülki işin materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Mülki işin materiallarına əlavə edilmiş X5 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbini qəbul etmir, iddiaçı ilə heyvanın qıymətini 850 manata danışdıqlarını, iddiaçıya 500 manat, 200 manat və 150 manat isə kartına köçürmə etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmiş, məhkəmə iclasında iştirak edə bilməsə iştirakı olmadan işə baxılmasına və qətnamə qəbul ediməsinə etirazı olmadığını bildirmişdir. İş üzrə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahid X2 ifadəsindən görünür ki, İddiaçı ilə qonşuluqda yaşayır. 2022-ci ilin avqust-sentyabr aylarında 2 nəfər şəxs “QAZEL” markalı avtomobillə İddiaçı həyətinə gəlmişlər. Onlar İddiaçı həyətində olan inək heyvanını gəldikləri “QAZEL” markalı avtomobillə aparmışlar. Həmin şəxslərin həmin vaxt İddiaçı pul verdiklərini görməmişdir. İş üzrə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahid X1 ifadəsindən görünür ki, İddiaçı ilə qonşuluqda yaşayır, münasibətləri yaxşıdır. Tarix dəqiq yadında deyil, Cavabdeh “QAZEL” markalı avtomobillə İddiaçı həyətinə gəldiyini və dananı “QAZEL” markalı avtomobillə apardığını görmüş, lakin Fuadın Məhəbbətə pul verdiyini görməmişdir. Həmin gün Məhəbbətə zarafatla dananı satdığını, onlara qonaqlıq verməsini bildirmiş, lakin Məhəbbət dananın pulunu alanda onlara qonaqlıq vercəyini demişdir. İddiaçı hazırda da heyvanın pulunu ala bilməmişdir. İş üzrə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahid X3 ifadəsindən görünür ki, İddiaçı həyat yoldaşıdır. Cavabdehla ilə həyat yoldaşı İddiaçı mal bazarında tanış olmuşlar. Bir-iki dəfə Fuadla mal alıb vermişlər. Üç il əvvəl Cavabdeh 3 nəfər birlikdə onlara gəlmişlər. Cavabdeh onlara məxsus 1 baş 180-200 kq çəkidə dananı 1500 manata danışıb “QAZEL” markalı avtomobillə aparmışdır. Son dövrlər Cavabdeh 150 manat karta pul köçürməklə ödəniş etmişdir. Onun 1350 manat borcu qalmışdır. Cavabdeh dananı aparmış, əvəzində onun deməsinə görə boğaz inək gətirmişdir. Lakin cavabdehin göstərdiyi müddətdə inəyin balası olmamışdır. Bir müddət sonra cavabdeh inəyi aparmış, lakin onların heyvanını qaytarmamış və ya pulunu verməmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon X8 rayonu Qızılqaya qəsəbəsində yaşayan İddiaçı şikayət ərizəsinə cavab məktubunun surətindən ğörünür ki, xx.xx.2024-cü il tarixdə Göygöl rayon Polis Şöbəsinə ərizə ilə müraciətinə baxılmış, müraciətin əsasında şöbənin ictimai təhlükəsizlik bölməsi tərəfindən müvafiq araşdırma aparılmış və göstərilən xüsusatlar məhkəmə predmeti olduğundan bununla bağlı mülki iddia tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi barədə məlumat verilmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh aralarında olan razılaşmaya əsasən, cavabdeh iddiaçı ilə 1 baş inək heyvanını 1 baş dana heyvanı ilə dəyişmişlər. İddiaçı qismində məhkəmədə izahat vermiş İddiaçı göstərmişdir ki, Cavabdehla 2020-ci ilin iyun ayında Gəncə şəhəri mal bazarında tanış olduğunu, cavabdehlə mal-qara alıb satdıqlarını, cavabdehlə 2022-ci il sentyabr ayında telefon vasitəsi ilə 1 baş iri buynuzlu inəyin olmasını və həmin inəyi başqa heyvanla dəyişmək istədiyini, cavabdehin həmin gün 1 baş iri buynuzlu boğaz malı gətirərək əvəzində ondan 1 baş kəsilmək üçün malı apardığını, cavabdehin həmin inəyin 2 ay müddətində bala vercəyini bilbirdiyini, 3 ay müddətində cavabdehin gətirdiyi inəyin bala vermədiyini, həmin gündən hər gün Cavabdeh zəng vurduğunu, malın qaytarılmasını tələb etdiyini, cavabdeh onun yaşadığı evə gələrək özünə məxsus ona verdiyi heyvanı **-CR-*** qeydiyyat nişanlı avtomobillə apardığını, heyvanı satıb pulunu gətirəcəyini, lakin cavabdehin ona məxsus olan heyvanı gətirmədiyini, ona apardığı heyvana görə 1500 manat ödəyəcəyinə söz verdiyini, aradan xeyli müddət keçməsinə baxmayaraq ona çatası 1500 manat pulu vermədiyini, bununla bağlı o, Göygöl rayon Polis Şöbəsinə müraciət etdiyini, ona mülki xarakterli olduğu üçün məhkəmədə iddia qaldırması izah edildiyini bildirmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi dövründə cavabdah onun kartına 150 manat pul köçürməsi etmişdir. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X6 ifadəsində İddiaçı ilə qonşuluqda yaşadığını, 2022-ci ilin avqust-sentyabr ayında 2 nəfər şəxsin “QAZEL” markalı avtomobillə İddiaçı həyətinə gəldiklərini, onların İddiaçı həyətində olan inək heyvanını gəldikləri “QAZEL” markalı avtomobillə apardıqlarını, həmin şəxslərin İddiaçı pul verdiklərini görmədiyini, eləcə də iş üzrə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahid X4 ifadəsində, İddiaçı ilə qonşuluqda yaşadığını, münasibətlərinin yaxşı olduğunu, Cavabdeh “QAZEL” markalı avtomobillə İddiaçı həyətinə gəldiyini və onun təsərrüfatında olan dananı “QAZEL” markalı avtomobillə apardığını gördüyünü, lakin Fuadın Məhəbbətə pul verdiyini görmədiyini, həmin gün Məhəbbətə zarafatla dananı satdığını, onlara qonaqlıq verməsini bildirdiyini, lakin Məhəbbətin dananın pulunu alanda onlara qonaqlıq vercəyini dediyini, İddiaçı hazırda da heyvanın pulunu ala bilmədiyini, həmçinin şahid X7 ifadəsində, Cavabdehla həyat yoldaşı İddiaçı mal bazarında tanış olduğunu, bir-iki dəfə Fuadla mal alıb verdiyini, üç il əvvəl Fuad özü ilə 3 nəfər birlikdə onlara gəldiyini, Cavabdeh onlara məxsus 1 baş 180-200 kq çəkidə dananı 1500 manata danışıb “QAZEL” markalı avtomobillə apardığını, son dövrlər Cavabdeh 150 manat karta pul köçürməklə ödəniş etdiyini, onun 1350 manat borcu qaldığını, Cavabdeh dananı apardığını, əvəzində onun deməsinə görə boğaz inək gətirdiyini, lakin cavabdehin göstərdiyi müddətdə inəyin balası olmadığını, bir müddət sonra cavabdehin inəyi apardığını, lakin onların heyvanını qaytarmadığını və ya pulunu vermədiyini bir daha təsdiqləmişlər. Məhkəmə şahidlərin səmimi ifadə verdiklərini hesab edərək, həmin ifadələrin sübut növü kimi qəbul edilməsini məqsədmüvafiq hesab etmişdir. Cavabdeh X9 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədə, iddia tələbini qəbul etmədiyini, iddiaçı ilə heyvanın qıymətini 850 manata danışdıqlarını, iddiaçıya 500 manat, 200 manat verdiyini göstərsə də həmin halları təqdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yalnız öz şəxsi mülahizəsinə əsasən ərizə yazaraq məhkəməyə təqdim etmişdir. Onun 150 manat pulu iddiaçının kartına köçürmə etdiyini, iddiaçı tərəf səmimi olaraq etiraf etmiş və qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçıların cavabdehə göstərdikləri məbləğlərdə pul verməsini sübutetmə yükü iddiaçıların üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının izahatını, şahid ifadələrini, cavabdehin ərizəsinin təhlili nəticəsi ilə müəyyən etdi ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh hər dəfədə müxtəlif bəhanələrlə sözünə əməl etməmişdir. Bununla da cavabdeh Ceyhun Kərimov hazırkı vəziyyətdə İddiaçı olan borcu 1350 manat təşkil etmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, cavabdeh İddiaçı hazırkı vəziyyətdə İddiaçı olan 1350 manat borcunu qaytarmamışdır. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Eləcə də Cavabdeh iddia tələbini təkzib edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və ya ünvanlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş aralarında olan razılaşmaya əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verir, alıcı isə qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı iddia ərizəsində göstərilən məbləğdə xurma meyvəsini dəyərini ödəmək şərti ilə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, iddia tələbi 1350 manat məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 40 (qırx) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və biribirinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, şahidlərin ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1350 (min üç yüz əlli) manat məbləğində pul və 33 (otuz üç) manat 50 (əlli) qəpik dövlət rüsumu alınmalı İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1350 (min üç yüz əlli) manat məbləğində pul və 33 (otuz üç) manat 50 (əlli) qəpik dövlət rüsumu alınsın İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qaldırılması üçün ödənilmiş 6 (altı) manat 50 (əlli) qəpik dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-263/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-263/2025
17.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver