Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-297/2025 22.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili, vəkalətli nümayəndəsi Bərdə rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 46855 ABŞ dollar (79653,50 manat) məbləğində pul vəsaitinin və ödənilmiş 329 (üç yüz iyirmi doqquz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Rusiya Federasiyasında olarkən xeyli pul vəsaitinə malik olmuşdur. Cavabdeh İman Baxşalıyev onun qardaşıdır. Cavabdeh onun yaxşı maliyyə imkanları olduğunu bildiyi üçün 2011-ci ildə ona Bakı şəhərində torpaq alıb ev tikdirmək üçün pul göndərməsini xahiş etmişdir. Bundan sonra X10lə məsləhətləşdikdən sonra o, özünə Bakı şəhəri, Sabunçu rayonu X4 0,06 ha həyətyanı torpaq sahəsi almışdır. İlkin olaraq torpaq sahəsini İman Baxşalıyevin adına sənədləşdirmişdir. İşıq və qaz da onun adına sənədləşdirilmişdir. 2018-ci ildə evin şəhadətnaməsini oğlu Cabirin adına yazdırmışdır. Həmin torpaq sahəsini alanda qardaşı İmana 50000 ABŞ dollar pulu olduğunu, həmin pulun təhlükəsiz saxlanması üçün ona göndərmək istədiyini, pulu saxlamasını və lazım olanda ona verməsini bildirmişdir. Cavabdeh İman Baxşalıyev onunla razılaşmış və pul lazım olanda bir ay əvvəl ona xəbərdarlıq etməsini və mallarını satıb onun pulunu verəcəyini demişdir. İman Baxşalıyevin vədlərinə inanaraq rəsmi qaydada Banklar vasitəsi ilə müxtəlif vaxtlarda 2011-2013-cü illərdə ona 46855 ABŞ dollar miqdarında pul göndərmişdir. Belə ki, o, cavabdehə bank ödəniş sənədləri ilə xx.xx.2011-ci ildə 5000 ABŞ dollar, xx.xx.2011-ci ildə 1300 ABŞ dollar, xx.xx.2011-ci ildə 1615 ABŞ dollar, xx.xx.2011-ci ildə 1000 ABŞ dollar, xx.xx.2011-ci ildə 5000 “rus rubl”u, xx.xx.2012-ci ildə 5000 ABŞ dollar, xx.xx.2012-ci ildə 1200 ABŞ dollar, xx.xx.2012-ci ildə 1650 ABŞ dollar, xx.xx.2012-ci ildə 1650 ABŞ dollar, xx.xx.2012-ci ildə 500 ABŞ dollar, xx.xx.2012-ci ildə 1240 ABŞ dollar, xx.xx.2012-ci ildə 2000 ABŞ dollar, xx.xx.2012-ci ildə 1500 ABŞ dollar və xx.xx.2013-cü ildə 1500 ABŞ dollar miqdarında pul göndərmişdir. Həmin pullar ümumilikdə 35155 ABŞ dollar təşkil etmişdir. O, cavabdehə göndərdiyi və hazırki iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq edilən pullardan əlavə hazırda əlində ödəniş sənədi olmayaq pullar da göndərmişdir. Belə ki, o, 2013-cü ildə cavabdehə 700 ABŞ dollar nağd şəkildə vermis, 1000 ABŞ dollarını isə öz adınmdan ona bank ödənişi sənədi ilə göndərmişdir. Lakin həmin ödəniş sənədi onda qalmamışdır. Bundan əlavə o, yenə də 2013-cü ildə hər dəfə 5000 ABŞ dollar olmaqla iki dəfəyə həyat yoldaşı X1 adından bank ödəniş sənədi ilə 10000 ABŞ dollar miqdarında pulu cavabdehə göndərmişdir. Lakin həmin bank ödəniş sənədləri onda qalmamışdır. Beləliklə o, ümumilikdə 46855 ABŞ dollar miqdarında cavabdehə pul göndərmiş və geri tələb etmişdir. Lakin cavabdeh ona pul qaytarmayacağını bildirmişdir. Buna görə də o pullarını məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda göstərdiklərinə əsasən onun cavabdeh X5 göndərdiyi 46855 ABŞ dollar miqdarında pulunun və ödənilmiş 329 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddiasını medafiə edərək göstərmişdir ki, cavabdeh İman Baxşalıyev qardaşıdır, onunla münasibətləri pul mübahisəsinə qədər normal olmuş, sonradan pisləşmişdir. Belə ki, o, Rusiya Federasiyasında işləyərkən X10ə 2011-2013-cü illərdə müxtəlif məbləğlərdə ümumilikdə 46855 ABŞ dolları miqdarında pul göndərmişdir. İman Baxşalıyevə pulu göndərmiş və pulu özü üçün istifadə edib artırmasını və ona lazım olanda pulunu qaytarmasını bildirmişdir. Bundan sonra o, göstərdiyi tarixlərdə müxtəlif məbləğlərdə ABŞ dolları və rus rublu pul vəsaitlərini cavabdehə göndərmişdir. Bu barədə qəbzləri məhkəməyə təqdim etmişdir. O, X10in adına torpaq sahəsini almışdır. Sonra həmin torpaq sahəsində ev tikmişdir. Evin şəhadətnaməsini oğlunun adına yazdırmışdır. İman Baxşalıyevin adına işıq, qaz və suyun qəbzləri olmuşdur. Qazı, suyu İman Baxşalıyevin adından oğlunun adına keçirmək məqsədi ilə ondan etibarnamə almışdır. Bununla bağlı Bələdiyəyə müraciət etmiş, ona şəhadətnamə ilə hərəkət edə biləcəyi bildirilmişdir. İki gündən sonra qardaşına verdiyi puldan istəmişdir. Bir az onu acılamış və sonra xəstələnmişdir. Həmin günün səhərisi İman Baxşalıyev verdiyi etibarnaməni ləğv etdirmişdir. Qardaşı keçən dəfə ona göndərmək üçün 2000 manat oğluna pul verdiyini bildirmiş, lakin ona 1500 manat pul vermiş, həmin pulu Bakı şəhərinə göndərmiş və o, almışdır. X10 2022-ci ildə ona 3900 manat mənə pul vermişdir. Həmin pulu da bu pullardan əvvəl 2012-ci ildə torpaq alanda 6000 ABŞ dolları İman Baxşalıyevə nağd olaraq verdiyi pul olmuşdur. Aldığı pulların X11 Federasiyasından poçt vasitəsi ilə göndərdiyi pullara aidiyyəti olmamışdır. Bir sözlə həmin pulun ondan tələb etdiyi pullara aidiyyəti olmamışdır. X10 Rusiya Fedrasiyasından göndərdiyi 46855 ABŞ dollarından ona heç nə qaytarmamışdır. Ona görə də məcbur olub məhkəmədə sözügedən iddianı qaldırmışdır. İddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh X7 məhkəmə iclasında göstərmişdir ki, qardaşı İddiaçı 2011-2013-cü illərdə ona bank vasitəsi ilə pul göndərmişdir. Pulları həmin illərdə qaytarmış və Vahid özünə ev tikmişdir. Hazırda onun iddiaçıya borcu qalmamışdır. İddiaçı ona qarşı pul tələbinə dair iddiasının müdətinin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və vəkili, vəkalətli nümayəndəsi Bərdə rayon Vəkil bürosunun vəkili X6 məhkəmə iclasında göstərmişdir ki, geniş məhkəmə araşdırılması aparılmışdır. Cavabdehin vəkili, vəkalətli nümayəndəsi kimi tərəflərin qardaş olmalarını nəzərə alaraq onların arasında razılaşma olması üçün çalışmış, lakin bu razılıq əldə olunmamışdır. Odur ki, onlar iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-373-cü madələrinə istinad etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsində göstərilmişdir ki, bir şəxsin digər şəxsdən müəyyən hərəkətlər etməsinə müddət tətbiq edilir. Bu ona görə tətbiq edilir ki, həm intizamlı, həm məhkəmə araşdırmasının dəqiq olması üçün bu tələblər dəqiq yerinə yetirilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində qeyd edilmişdir ki, vaxtaşırı icra edilməli öhdəliklərə 3 il iddia müddəti və müqavilə öhdəliklərinə 3 il müddət tətbiq edilir. İddia tələbində də iddiaçı dəfələrlə göstərmişdir ki, həmin pulları cavabdehə iş materiallarında olan qəbzlərdə də göstərildiyi kimi 2011-2013-cü illərdə göndərmişdir. Cavabdeh savadsızlığından hansı ki, məbləğlər həmin ərəfələrdə onun evinə xərclənib, bacısına, oğluna çatdırılımışdır. Ona görə də iddia müddəti tətbiqi ilə hazırki iddia tələbi təmin edilməməsi barədə qətnamə qəbul edilıməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli vəkil orderindən (seriya 0440201) görünür ki, Cavabdeh Bərdə rayon Vəkil bürosunun vəkili X6 ilə müqavilə bağlayaraq ona AR-İİİ № 589789 nömrəli etibarnamə verərək məhkəmə iclasılarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. İş üzrə məhkəmə iclasında ifadə vermiş cavabdehin təqdim etdiyi şahid X3 göstərmişdir ki, iddiaçı və cavabdeh qardaşlarıdır. İddiaçı digər X10ə Rusiya Federasiyasında işləyərkən 2011- 2013-cü illərdə pul göndərməsindən məlumatı olmuşdur. İman Baxşalıyev həmin pulu Vahid Baxşəliyevə qayratmışdır. Lakin o, həmin pulu qaytararkən onun yanında olmamışdir. Bildiyinə görə hazırda X10in digər qardaşı Vahid Baxşəliyevə borcu qalmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X7 məhkəməyə təqdim etdiyi həmin ərizəsində İddiaçı ona qarşı pul tələbinə dair iddiasının müdətinin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edən tərəfindən iddiaçıdan, cavabdeh və onun vəkili, vəkalətli nümayəndəsindən əlavə sübutların, şahidlərin olub-olmamasını soruşduqda onlar şahidlərinin və əlavə sübutlarının olmadıqlarını bildirmişlər. İş materiallarında əlavə edilmiş rus dilində olan pul köçürçələri barədə qəbzlərin surətlərindən görünür ki, İddiaçı X5 Rusiya Federasiyasından xx.xx.2011-ci ildə 5000 ABŞ dolları, xx.xx.2011-ci ildə 1300 ABŞ dolları, xx.xx.2011-ci ildə 1615 ABŞ dolları, xx.xx.2011-ci ildə 1000 ABŞ dolları, xx.xx.2012-ci ildə 5000 ABŞ dolları, xx.xx.2012-ci ildə 1200 ABŞ dolları, xx.xx.2012-ci ildə 5000 ABŞ dolları, xx.xx.2012-ci ildə 1650 ABŞ dolları, xx.xx.2012-ci ildə 1650 ABŞ dolları, xx.xx.2012-ci ildə 500 ABŞ dolları, xx.xx.2012-ci ildə 1240 ABŞ dolları, xx.xx.2012-ci ildə 2000 ABŞ dolları, xx.xx.2012-ci ildə 1500 ABŞ dolları, xx.xx.2013-cü ildə 1500 ABŞ dolları pul köçürmələri etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və vəkalətli nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, İddiaçı bank vasitəsi ilə cavabdeh İman Baxşalıyevə pul göndərmiş, iddiaçı tərəf həmin pulu cavabdehdən almadığını, lakin cavabdeh tərəf isə pulu qaytardığını və borcu qalmadığını bildirmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, Bank vasitəsi ilə cavabdehə göndərdiyi puldan əlavə ona nağd şəkildə 6000 ABŞ dolları pul verdiyini, həmin puldan cavabdeh ona 1500 manat və 3900 manat pulu 2022-ci ildə qaytardığını, həmin pulun tələb etdiyi pul məbləğinə aidiyyəti olmadığını, cavabdehin ona bank vasitəsi ilə göndərdiyi puldan bir manat olsun belə qaytarmadığını və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş İman Baxşalıyev göstərmişıdir ki, iddiaçı ona göndərdiyi pulları özünə qaytarmış, hazırda ona borcu qalmamışdır. Cavabdehin vəkalətli nümayəndəsi qismində məhkəmədə izahat vermiş Müşfiq Mehtiyev göstərmişıdir ki, məhkəmə araşdırması zamanı müəyyən oldu ki, iddiaçı tələb etdiyi pulları cavabdehə 2011-2012-ci illərdə göndərmiş, cavabdeh həmin pulları yaxınları vasitəsi ilə ona qaytarmış, sonuncu dəfə cavabdeh iddiaçıya 1500 manat və 3900 manat pul qaytarmış, həmin pulların iddiaçı özü də qeyd etdiyi kimi hazırda tələb etdiyi pula aidiyyəti olmadığını, iddiaçının 2011-2012-ci illərdə göndərdiyi pulu hazırda tələb etdiyini, bununla da iddia müddətini ötürdüyünü, iddia müddətinin tətbiq edilıməsi ilə bağlı ərizə verdiklərini və iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsində İddia müddəti anlayışından bəhs edilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. https://eqanun.az/framework/53598 Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.https://e-qanun.az/framework/46944 Həmin Məcəllənin 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti barədə göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətlərinə riayət olunmasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıcının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırkı işin hallarından göründüyü kimi, İddiaçı cavabdeh İman Baxşalıyevə bank vasitəsi ilə 2011-2013-cü illərdə pul köçürmələri etmişdir. Beləliklə, öhdəliklərin son icra tarixi müvafiq olaraq 2013-cü ilin avqust ayına təsadüf etmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə, yəni müqavilə tələbləri üçün Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti bitdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsın pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Hazırkı işdən müəyyən olunur ki, İddiaçı ötürülmüş iddia müddətinin bərpasını xahiş etməmiş və bu barədə məhkəmədə vəsatət qaldırmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan fərli olaraq cavabdeh İman Baxşalıyev iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə vermiş və iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı əsaslar mövcuddur. Çünki, yuxarıda da göstərildiyi kimi həmin borc vəsaitlərinin borcludan tələb edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüş, o cümlədən cavabdeh də birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə hesab edir ki, cavabdehin həmin ərizəsi nəzərə alınmalı, iddia müddəti tətbiq edilməlidir. Beləliklə, məhkəmə itərəflərin izahatlarını, cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı verdiyi ərizəsinin təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı cavabdehə göstərdiyi məbləğdə pul verməsini və cavabdehin ona borcu qaldığını iddia etsədə də, iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, iddia müddətinin bərpa edilməsi ilə məhkəməyə ərizə ilə müraciət etməmişdir. Cavabdeh tərəf isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməklə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bununla da, məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarını, iddiaçının və cavabdehin izahatlarını, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 46855 (qırx altı min səkkiz yüz əlli beş) ABŞ dollar (79653 (yetmiş doqquz min altı yüz əlli üç) manat 50 (əlli) qəpik )) məbləğində pul vəsaitinin və ödənilmiş 329 (üç yüz iyirmi doqquz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı 46855 (qırx altı min səkkiz yüz əlli beş) ABŞ dollar (79653 (yetmiş doqquz min altı yüz əlli üç) manat 50 (əlli) qəpik )) məbləğində pul vəsaitinin və ödənilmiş 329 (üç yüz iyirmi doqquz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-297/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-297/2025
22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver