Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-323/2025 24.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 11200 (on bir min iki yüz) manat pulun və 124 (yüz iyirmi dörd) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə heç bir ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin oktyabr ayında Cavabdeh ona şərikli pambıq əkməyi və bunun üçün ona maddi köməklik etməsini təklif etmişdir. O, Cavabdeh təklifi ilə razılaşmışdır. Cavabdeh ona Tərtər rayonu Əskipara kəndindən, Hüləbətli kənidndən birlikdə 30 ha torpaq sahəsini icarəyə götürdüyünü bildirmişdir. O, cavabdehin dediklərinə inanmış və ona ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə 13200 manat pul vermişdir. Cavabdeh həmin puldan ona ümumilikdə 2000 manat pul qaytarmışdır. Pambıq yığımının sonunda o, Cavabdeh zəng etmiş və görüşüb, pambıq məhsulundan nə qədər qazancları olması ilə bağlı danışmalarını bildirmişdir. Cavabdeh ona pambıq zavodunun pulu vermədiyini demişdir. Bir müddət keçdikdən sonra növbəti dəfə yenə Cavabdeh zəng edərək görüşmək istədiyini bildirmişdir. Cavabdeh ona pambıq əkinindən ziyan etdiyini, ondan tələb etdiyi 11200 manat pulu pambıq əkininə xərclədiyini bilbirmişdir. Bundan sonra dəfələrlə Cavabdeh 11200 manat pulunu tələb etsə də onun pulunu vermək istəməmişdir. Məbcur olub 11200 manat pulunu Cavabdeh almaq üçün Tərtər rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun şikayəti əsasında aparılmış araşdırma nəticəsində tələbinin mülki xarakterli olması, mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh onun xeyrinə 11200 (on bir min iki yüz) manat borc və dövlət rüsumu 124 (yüz iyirmi dörd) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə qohumluq münasibətləri olmuşdur. Bu pul mübahisəsindən sonra münasibətləri pozulmuşdur. Təqribən iki il əvvəl Cavabdeh ona iş qurub, pambıq əkib qazanc götürməyi təklif etmişdir. Həmin vaxt Cavabdeh pambıq zavodunda işlədiyini bildirmişdir. Onunla razılaşmış və onlar birlikdə pambıq əkmək qərarına gəlmişlər. Cavabdeh ondan müqavilə bağlamaq üçün şəxsiyyət vəsiqəsini istəmiş, lakin sonra bhununla bağlı müxtəlif sənədləşmə işlərinin aparılmasını istəmədiyini bildirmişdir. Ona görə də aralarında hər hansı bir sənədləşmə olmamış, hər hansı bir müqavilə bağlanmamışdır. Cavabdeh əvvəlcə ona pambıq əkmək üçün 3-5 ha sahə olduğunu, lakin sonra cavabdeh su tutan 25 ha yer olduğunu və həmin yerə baxacaqlarını bildirmişdir. Lakin bundan sonra onlar 23 ha torpaq sahəsinə pambıq əkməli olmuşlar. Həmin vaxt cavabdeh ona vəsiqəsini İyul ayında cavabdeh işdən çıxdığını bildirmişdir. Avqust ayında cavabdeh ona pambıq sahəsinin yandığını demişdir. Aralarında olan razılaşmaya əsasən bütün çəkilən xərclər, o cümlədən onun çəkdiyi 13000 manat pul vəsaiti götürüldükdən sonra qalan qazanc aralarında bölünməli olmuşdur. Buna baxmayaraq Nadim Məmmədov ona 2000 manat pul vermis, 11200 manat pul isə ödənilməmiş qalmışdır. Həmin müddətdə 30 oktyabr tarixdə məlum olmuşdur ki, pambıq məhsulu batmışdır. Cavabdehə onun pulunu hissə-hissə qaytarmasını bildirmişdir. Lakin cavabdeh onun pulunu qaytarmamışdır. O, bu məqsədlə 4000 manat kredit götürmüş, 2300 manat kredit borcu qalmışdır. Pulu cavabdehə heç kimin yanında vermədiyini, pulu verərkən sənədləşmə aparılmadığını, lakin bütün bunlara baxmayaraq iddiasının təmin edilməsi, Cavabdeh ona borclu olduğu 11200 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və göstərmişdir ki, İddiaçı ilə heç bir ədavəti olmamış, münasibətləri çox yaxşı olmuşdur. Son zamanlar bu əsassız pul iddiasına görə aralarında münasibətləri pozulmuşdur. İddiaçı pambıq əkib qazanc götürməyi təklif etmişdir. Aralarında hər hansı bir sənədləşmə olmamışdır. Onlar çəkilən xərci götürdükdən sonra qazancı böləcəkləri ilə bağlı razılığa gəlmişlər. Pambıq əkmək məqsədi ilə Bərdə rayonundan “xam torpaq” adlanan ərazidən 700 manata 23 ha 42 sot torpaq sahəsini icarəyə götürmüşlər. Pambıq əkmək məqsədi ilə iddiaçı 4000 manat pul vermiş, özü isə avtomobilini satıb 4500 manat pul vermişdir. Həmin sahəyə pambıq əkmişlər. Məhsul 22 sentnerdən artıq nəzərədə tutulsa da 17 sentner olduğundan qazanc götürə bilməmişlər. Pambıq zavodunun borcunu vermək üçün həyətində olan malını satıb borcu vermişdir. Hətta 500 manat sahəni suvaran şəxsə borcu qalmışdır. Bütün bunlara baxmayaraq iddiaçı ondan 11200 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsassız olduğunu, qəbul etmədiyini və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə Tərtər şəhərində anadan olmuş və Tərtər şəhəri, Ə.Paşayev küçəsi ev 08, mənzil 09-da qeydiyyatdadır. Məhkəmədə elan olunmuş Tərtər Rayon Polis Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, həmin qərarda izahatı alınmış Cavabdeh izahatından görünür ki, 2021ci ildə İddiaçı ilə şərik Bərdə rayonu, Lənbəran kəndində 23 ha,42 sot pambıq sahəsi əkdiyini, İddiaçı ona Tərtər Rayon Mərkəzi Xəstəxanasında 4000 manat pul verdiyini, özü isə avtomobilini sataraq 4500 manata satıb 9500 manata icarəyə götürdüyü torpağın pulunu verdiyini, sonra isə xərclənən pulu zavodun özünün verdiyini, pambığı xx.xx.2024-cü ildə əkdiklərini, 2021-ci ilin oktyabr ayında pambığı yiğıb zavoda təhvil verdikdə məhsuldarlıq az olduğundan zavoda borcu qalmışdır. İddiaçı ondan pulunu tələb etdiyini, ona şərik iş gördüklərini, ziyanlıq etdiklərini, onun 4000 manat,özünün isə 4500 manat və əlavə olaraq zavoda 22000 manat borcu qaldığını bildirmişdir. İddiaçı 13200 manat pul almadığını, lakin 2000 manat bir günlük borca pul aldığını və həmin pulu qaytardığını, ona borcu olmadığını bildirmişdir. Araşdırma nəticəsində Cavabdeh əməlində cinayət tərkibi olmadıından material üzrə cinayət işinin başlanması rədd edilmiş, mülki xarakterli olduğundan İddiaçı məhkəməyə müraciət etmək barədə hüquqları izah edilmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, iddiaçı və cavabdehin münasibətləri yaxşı olmuşdur. Məhkəmə iclasında izahat vermiş İddiaçı Cavabdeh ilə şərik pambıq əkdiklərini, bundan ötrü Cavabdeh 13200 manat pul verdiyini, həmin puldan 2000 manatı aldığını, lakin qalan 11200 manat pulunu ala bilmıdiyini bildirsə belə, bu barədə hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Bunlarla yanaşı İddiaçı ihahatında cavabdehlə şərik iş görmələri barədə müqavilə və ya hər hansı bir sənədi, eləcə də ona pul verməsi ilə bağlı hər hansı bir sənədini məhkəməyə təqdim edə bilməmiş, bununla bağlı sübutunun olmadığını bildirmiş və bunu düz etmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh iddiaçı ilə şərikli pambıq əkdiklərini, bunun üçün iddiaçı 4000 manat və özünün də 4500 manat pul qoyduğunu, pambıq əkdiklərini, lakin qazanc əldə edə bilmədiklərini, hazırda da iddiaçıya borcu qalmadığını bildirmişdir. Məhkəmədə elan olunmuş Tərtər Rayon Polis Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətində izahatı alınmış Cavabdeh hazırda məhkəmə iclasında verdiyi izahatına analoji olaraq izahat vermiş və bir daha İddiaçı borcu qalmadığını göstərmişdir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəf iddia tələbini təsdiq etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Hətta iddiaçı özü də məhkəmə iclasında cavabdehə pul verməsini təsdiq edən hər hansı bir sübutun olmadığını etiraf etmiş, lakin ona pul verdiyini göstərmişdir. Həmçinin məhkəmə cavabdehin iddiaçıya həmin məbləğdə pul borclu olmadığını göstərməsini həqiqətə uyğun hesab edir və qəbul edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının va cavabdehin izahatlarını müqayisəli təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı cavabdehə şərik pambıq əkmələri üçün 13200 manat pul verməsini, cavabdehin ona 2000 manat pul qaytarmasını və hazırda cavabdehin ona 11200 manat borcu qalmasını iddia etsə də, bu barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı cavabdehin ona 11200 manat borclu olmasını sübuta yetirə bilməmişdir. Bütün bunlarla yanaşı tərəflərin tam ortaq olaraq birlikdə pambıq əkmələri nəzərə alınarsa hər iki tərəf aralarında olan həmin razılaşmaya görə maddi məsuliyyət daşıyırlar. Belə olan halda onlar yığılan məhsulla bağlı həm zərərə və həm də qazanca görə şərik olmalı və tərəflər arasında mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası 73.2-ci maddəsinə əsasən tam ortaqlığın iştirakçısı ortaqlıq qeydə alınanadək onun şərikli kapitalına maya qoymağa borcludur. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən əgər ortaqlığın düşdüyü zərər nəticəsində onun xalis aktivlərinin dəyəri şərikli kapitalının miqdarından az olarsa, ortaqlığın götürdüyü mənfəət, xalis aktivlərin dəyəri artıb şərikli kapitalın miqdarını ötənədək onun iştirakçıları arasında bölüşdürülmür. Həmin Məcəllənin 152.10-ci maddəsinə əsasən əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Həmin Məcəllənin 433.3-ci maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Məhkəmə iclasında iddiaçı tərəfin cavabdehlə şərik pambıq əkməsi, onunla tam ortaq olaraq 4000 manat pul verməsi göstərilsə belə, şərik əkilmiş pambıq məhsulunun nəzərdə tutulandan aşağı sentnerdə məhsul verməsi nəticəsində zərər olduğundan, məhkəmə həmin məbləğdə pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsini məqsədəmüvafiq hesab etmir. Bu hal Qanunun tələbləri ilə öz həllini tapmışdır. Bununla da, məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Kontitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarları qanuna və sübutlara əsaslanır. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin Plenumu “Nailə Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstutisiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01. 2006-cı il tarixli qərarına qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təqdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, lik növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni məhafelərini müdafə edən akt kimi çıxış etməlidir. Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarını, iddiaçının və cavabdehin izahatlarını və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 11200 (on bir min iki yüz) manat məbləğində borc və dövlət rüsumu olaraq 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair İddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı 11200 (on bir min iki yüz) manat məbləğində borc və dövlət rüsumu olaraq 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair İddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-323/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-323/2025
24.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver