Məhkəmə qərarları › İş №2(061)-394/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-394/2025

24.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-394/2025 24.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi vəkalətli nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında xx.xx.2021-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi (anası) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Ərizəçi onu qızıdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatı olmasına baxmayaraq azyaşlı uşaqlarına görə məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclasılarında onu təmsil etməyi həvalə etmişdir. Vəkalətli nümayəndə qeyd etmişdir ki, qızı Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2016-cı ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X1 adlı uşaqları olmuşdur. Onların arasında olan münasibətləri pozulduğundan Mediasiya Şurasına müraciət etmişlər. Mediatorun iştirakı ilə xx.xx.2021-ci ildə X1 ilə aralarında olan nikahın pozulması, onunla birgə nikahlarından olmuş xx.xx.2017-ci il təvəllüdlü X1 adlı uşağın onun yanında saxlanılması, onunla birgə nikahlarından olmuş xx.xx.2017-ci il təvəllüdlü X1 adlı uşağa hər ay 200 manat məbləğində alimentin verilməsi barədə barışıq sazişi imzalanmışdır. Lakin keçən müddət ərzində Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-339/2021 nömrəli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş və cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X1 adlı uşağı iddiaçının yanında saxlanılmışdır. Barışıq sazişinin alimentə dair hissəsinin isə maraqlı tərəf könüllü olaraq icra etməmiş və icradan da imtina etmişdir. Hesab etmişdir ki, mediasiya prosesi zamanı təsdiq olunmuş barışıq sazişi nəzərdə tutulan müddət ərzində icra olunmadığından təsdiq olunmalıdır. Ona görə də barışıq sazişinin alimentin verilməsinə dair hissəsinin şərtləri məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırda maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdior.Odur ki, Maraqlı şəxs ilə aralarında xx.xx.2021-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ № 407381 nömrəli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi anası Nümayəndə etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, Maraqlı şəxs 11 may 2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il təvəllüdlü X1 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(002)-3391/2021 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə Nuriyeva (Zeynallı) Lalə Akif qızı arasında xx.xx.2016-cı il tarixdə Tərtər Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 88 nömrə ilə qeydə alınmış nikahın pozulması və nikah pozulduqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X1 adlı uşağın Nuriyeva (Zeynallı) Lalə Akif qızının yanında saxlanması qət edilmişdir. Məhkəmədə elan olunmuş Mediasiya Şürasının xx.xx.2021-ci il tarixli barışıq sazişinin 2-ci maddəsinin 2.1.1-ci bəndindən görünür ki, tərəflər saziş imzaladıqdan sonra aralarında olan Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, 88 nömrə ilə qeydə alınmış nikahı məhkəmə vasitəsi ilə ləğv etməyə razılaşmışlar. 2.1.2-ci bənddən görünür ki, tərəflərin razılığına əsasən onların birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 anası X2 himayəsində qalacaqdır. 2.1.3-cü bənddən görünür ki, birinci tərəf hər ay ikinci tərəfə 200 manat aliment ödəyəcək. Alimentin ödənilməsi oktyabr ayından başlayacaq və hər növbəti ayın 5-dək ödəniləcəkdir. 2.1.4cü bənddən görünür ki, tərəflərin razılığına əsasən birinci tərəf istənilən vaxt uşaqla ünsiyyət saxlayacaq, onunla sərbəst surətdə, heç bir maneə olmadan görüşəcəkdir. 2.3cü bənddən görünür ki, görünür ki, saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərfən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.4-cü bənddən görünür ki, əgər saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.5-ci bənddən görünür ki, tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.2-ci bənddən görünür ki, tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar sizişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşmişlər və ya sazişi imzalamaqla bu hüquqlarından imtina etmişlər. Tərəflər həmçinin təsdiq etmişlər ki, onlar sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7-ci bənddən görünür ki, bi saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu saziş tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün nəcburi olmayacaqdır. Bu saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, barışıq sazişini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 2016-cı ildə ailə qurmuşlar. Onların birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X1 adlı uşaqları olmuşdur. Aralarında olan mübahisələrə görə onların nikahları məhkəmə qaydasında pozulmuş, bir uşaq ərizəçinin yanında saxlanılmışdır. Maraqlı şəxs aralarındakı fikir ayrılığı və mübahisəni qarşlıqlı razılıqla həll etmək üçün aralarında yuxarıda qeyd edilən şərtlərlə xx.xx.2021-ci il tarixdə barışıq sazişi imzalamışlar. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü olaraq icra etməmiş və icradan imtina etmişdir. Ona görə də ərizəçi aliment ödənilməsi ilə bağlı barışıq sazişinin məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-in 305-ci maddəsində göstərilmişdir ki, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 306-cı maddəsində göstərilmişdir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarım bölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 355-23.1-cı maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi crası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal ictisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-23.2-cı maddəsində göstərilmişdir ki, Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəçi haqlı olaraq Tərtər Rayon Məhkəməsinə sözügedən iddia ilə müraciət etmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitinin öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağa öz öhdəsinə götürür. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyanın 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyalarla, istərsə də daxili qanunvericiliklə uşaqların normal şəraitdə, fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün imkanlardan maksimum dərəcədə istifadə olunması göstərilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, hazırki halda alimentin tutulmasının əvvəli tərəflər arasında Mediasuya Şürasının xx.xx.2021-ci il tarixli barışıq sazişinin tərtib olunduğu gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. İş materiallarını, ərizəçinin izahatını, Mediasiya Şürasının qərarı ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi Maraqlı şəxs ilə aralarında Mediasiya Şürasının xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs xx.xx.2017-ci təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs ilə aralarında Mediasiya Şürasının xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2017-ci təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilsin. Alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablansın və dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə)Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar