Məhkəmə qərarları › İş №2(061)-454/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-454/2025

19.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-454/2025 19.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh vəkalətli nümayəndəsi X2 iştirakı ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 6988 (altı min doqquz yüz səksən səkkiz) manat pul vəsaitinin və 90 (doxsan) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron ərizə ünvanlayaraq icraatda 2(061)-454/2025 saylı mülki iddia tələbi olduğunu, kifayət qədər dəlil və sübut təqdim etdiyi üçün məhkəməyə gəlməsini zərurui hesab etmədiyini qeyd etmiş, iştirakı olmadan işə baxaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdir ki, İddiaçı cavabdeh bacısı oğlu Cavabdeh “Qızıl Tac” (Zolotaya Karona) bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 250 min rus rublu, yəni həmin vaxt olan məzənnə ilə 6988 manat pul göndərmişdir. "xxxx" ASC vasitəsi ilə Azərbaycan manatı ilə cavabdeh pulu almışdır. İddiaçı dəfələrlə pullarını tələb etsə də cavabdeh hər dəfə bəhanələr gətirərək verməmişdir. Odur ki, İddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh 6988 manat pulun və 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan AR-İİİ № 105994 nömrəli etibarnamnin surətindən görünür ki, İddiaçıi Nümayəndə etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. Cavabdeh vəkalətli nümayəndəsi X5 məhkəmə iclası zamanı göstərmişdir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və teri barədə məlumatı olmuş, lakin o, məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək onu məhkəmə iclaslarında təmsil etməyi həvalə etmişdir. İddiaçı qardaşıdır. Onunla heç bir ədavəti olmamış, əvvəllər münasibəti yaxşı olmuş, lakin valideynlərindən miras qalmış evlə bağlı aralarında münasibətləri pozulmuşdur. İddiaçı özünə ev almaq məqsədi ilə onun adına bank vasitəsi ilə pul göndərmək istəmiş, lakin o, xəstə olduğu üçün pulu oğlu Cavabdeh almışdır. Bundan sonra Seymur iddiaşıya pulu götürməsi ilə bağlı məlumat vermiş, iddiaçı Seymura pulu ona verməsini bildirmişdir. Oğlu Seymur pulu gətirib ona vermişdir. Bundan sonra həmin pulu İddiaçı qaytarmışdır. Bundan sonra İddiaçı özünə ev almışdır. Hazırda İddiaçı əsassız olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 6988 (altı min doqquz yüz səksən səkkiz) manat pul vəsaitinin və 90 (doxsan) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərdiklrinə əsasən iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh anası X3 etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. İş materiallarında olan AZ-T № 249817 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında X4, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan AZ-İV № 612044 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx.xx.1970-ci il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında X4, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli köçürmə sənədinin təsdq edilmiş surətindən görünür ki, İddiaçı “Qızıl Tac” (Zolotaya Karona) bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh 250 min rus rublu, yəni həmin vaxt olan məzənnə ilə 6988 manat pul göndərmişdir. İş materiallarında olan cavabdeh tərəfin vəsatəti əsasında Azərbaycan Respublikasıın Dövlət Gömrük Komitəsindən alınmış cavab məktudunda göstərilmişdir ki, Rusiya Federasiyası vətəndaşı İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində gömrük sərhəddini keçərkən valyuta sərvətlərinin bəyan edilməsinə dair Dövlət Gömrük Komitəsinin X1 Sistemində məlumatın mövcud olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X10 03 mart 2016-cı il tarixli 16/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydalarının 2.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər xarici valyutanı və xarici valyutadaqiymətli kağızları nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilər. Bu qaydaların müddəalarına əsasən rezident və qeyrirezident fiziki şəxslər 10000 ABŞ dollarə ekvivalenti məbləğinədək olan xarici valyutanı şifahi formada,10000 ABŞ dolları ekvivalenti məbləğindən artıq xarici valyutanı isə yazılı formada gömrük bəyan etməklə gətirə biləcəyi göstərilmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin vəkalətli nümayəndəsinin izahatını, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı tərəf cavabdeh tərəfə “Qızıl Tac” (Zolotaya Karona) bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 250 min rus rublu, yəni həmin vaxt olan məzənnə ilə 6988 manat pul göndərmişdir. Bu faktı hər iki tərəf təsdiq etmişdir. Məhkəmə iclasında izahat vermiş cavabdehin vəkalətli nümayəndəsi Kamilə Səfərova göstərmişdir ki, İddiaçı qardaşıdır. Onunla heç bir ədavəti olmamış, əvvəllər münasibəti yaxşı olmuş, lakin valideynlərindən miras qalmış evlə bağlı aralarında münasibətləri pozulmuşdur. İddiaçı özünə ev almaq məqsədi ilə onun adına bank vasitəsi ilə pul göndərmək istəmiş, lakin o, xəstə olduğu üçün pulu oğlu Cavabdeh almışdır. Bundan sonra Seymur iddiaşıya pulu götürməsi ilə bağlı məlumat vermiş, iddiaçı Seymura pulu ona verməsini bildirmişdir. Oğlu Seymur pulu gətirib ona vermişdir. Bundan sonra həmin pulu İddiaçı qaytarmışdır. Kamilə Səfərova həmin pulu İddiaçı qaytarması barədə hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə məhkəmə iclasında elan edilmiş iddiaçının cavabdehə “Qızıl Tac” (Zolotaya Karona) bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 250 min rus rublu, yəni həmin vaxt olan məzənnə ilə 6988 manat pul göndərməsi ilə bağlı əlavə etdiyi bank sənədini sübut növü kimi qəbul etmişdir. Hazırda cavabdeh bank vasitəsi ilə aldığı pulu iddiaçı tərəfə qaytarmadığı üçün tərəflər arasında mübahisə yaranmışdır. Belə olan halda iddiaçı borc verdiyi pulu tələb etmiş, cavabdeh isə pulu qaytardığını bildirirək imtina etmişdir. Bununla da cavabdeh iddiaçının pulunu özündə saxlamışdır. Ona görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüş və onun cavabdehə qarşı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçının cavabdehə 6988 manat məbləğində pulun verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin təqdim etdiyi “Qızıl Tac” (Zolotaya Karona) bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 250.000 min rus rublu, yəni həmin vaxt olan məzənnə ilə 6988 manat pul göndərməsi ilə bağlı əlavə etdiyi bank sənədi ilə Cavabdeh pulu bankdan götürmüşdür. Ona görə də həmin bank sənədi mötəbər sübut kimi qəbul edilməli və işə baxılan zaman nəzərə alınmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilmiş xx.xx.2022-ci il tarixli “Qızıl Tac” (Zolotaya Karona) bank vasitəsi ilə 250.000 min rus rublu, yəni həmin vaxt olan məzənnə ilə 6988 manat pul göndərməsi ilə bağlı əlavə etdiyi bank sənədindən görünür ki, İddiaçı 250000 rus rublunu, həmin dövrdə Azərbaycan manatı məzənnəsi ilə 6988 manat pul vəsaitini Cavabdeh göndərmişdir. Bu halı məhkəmə iclasında cavabdehin vəkalətli nümayəndəsi Kamilə Səfərova da təsdiq etmişdir. Kamilə Səfərova həmin pulu qardaşı İddiaçı verdiyini bilbirsə də həmin halı təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin istinad etdiyi dəlillər isə ehtimal olaraq qalır və heç bir əsasa söykənmir. Bu hallar isə iddianın rədd edilməsi üçün yetərli sayıla bilməz. Ona görə də məhkəmə iddiaçının bildirdiklərini və təqdim etdiyi sübutları cavabdehin bildirdiklərinə münasibətdə daha inandırıcı və ağlabatan hesab edir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı tərəf xx.xx.2022-ci il tarixli “Qızıl Tac” (Zolotaya Karona) bank vasitəsi ilə cavabdehə aralarında olan razılaşmaya əsasən 250000 rus rublu, həmin vaxt Azərbaycan manatı məzənnəsi ilə 6988 manat pul göndərmiş, cavabdeh tərəf həmin pulu iddiaçı tərəfə qaytarmamışdır. Beləliklə cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, iddia olunan 6988 manat cavabdeh tərəfindən hər hansı hüquqi və müqavilə əsası olmadan əldə edilmişdir ki, bununla da sonuncu İddiaçı hesabına əsassız olaraq varlanmışdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin heç bir hüquqi əsas olmadan əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlibedilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqi normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 90 (doxsan) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddia ərizəsini, cavabdehin vəkalətli nümayəndəsinin izahatını, nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6988 (altı min doqquz yüz səksən səkkiz) manat və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6988 (altı min doqquz yüz səksən səkkiz) manat və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar