Məhkəmə qərarları › İş №2(061)-479/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-479/2025

22.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-479/2025 22.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçının nümayəndəsi – vəkil X1 Cavabdeh ştirakı ilə ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 22 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 81000 manat, ödənilmiş dövlət rüsumuna görə 333.50 manat pulun alınıb ona verilməsi barədə alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı nümayəndəsi – vəkil X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdeh ailəvi dost olmuşlar. Cavabdeh iddiaçıda bir-neçə dəfə borca pul istəmiş və aralarında inam etibar olduğu üçün iddiaçı kömək məqsədi ilə xx.xx.2024-cü ildə bankdan 30.000 manat kredit götürüb cavabdehə vermişdir. Razılaşmaya əsasən kreditin və faizlərin ödənişini, yəni banka əsas kredit və hesablanmış faizlərə görə ümulikdə qaytarılmalı olan 44.000 manat pulun ödənişini cavabdeh həyata keçirtməli idi. Lakin cavabdeh vədinə əməl etməmişdir. Bundan başqa iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə əlavə 20.000 manat borc vermiş və barədə onların arasında həmin tarixdə notarial qaydada müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh həmin məbləği xx.xx.2024-cü tarixinədək qaytarmalı idi. Lakin cavabdeh həmin borcunu qaytarmamışdır. Bundan başqa cavabdeh iddiaçıdan 3-cü dəfə borca pul istəyərək 7000 manat dəyərində qızıllarını götürb görov qoyaraq pul götürəcəyini, sonra həmin qızıllarını qaytaracağını bildirərək qızılları almış, lakin sonra nə qızılları, nə də ki, onun dəyəri olan 7.000 manat pulu qaytarmamışdır. Bundan əlavə cavabdeh iddiaçıdan 5000 + 5000 = 10.000 mana borca pul götürmüş lakin həmin borcunu da qaytarmamışdır. Beləliklə, cavabdehin iddiaçıya 81.000 manat manat məbləğində borcu vardır. İddiaçı həmin borcunu qaytarmasını tələb etsə də, cavabdeh borclarını qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, pul lazım olduğundan iddiaçıdan xx.xx.2024-cü il tarixli kredit müqaviləsi əsasında 20.000 manat borc pul almişdır. Bundan əlavə həmin müqavilə bağlanmazdan əvvəl təxminən iki ay əvvəl iddiaçı bankdan 30.000 manat kredit götürüb 15.000 manatını borc olaraq ona vermişdir. Həmin 20.000 + 15.000 = 35.000 manat borcu iddiaçıya ödəməyə razıdır. Onun iddiaçıya başqa hər hansı bir borcu, nə də ki, iddiaçının dediyi kreditinin ona heç bir aidiyyəti yoxdur. Ona görə də iddianı qalan hissədə qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş edir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsində görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə borca 20.000 manat pul götürmüşdür. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli yazılı ərizədən görünür ki, o, İddiaçı xx.xx.2024-cü ildə natarial qayda müqavilə bağlayaraq 20.000 manat məbləğində kredit götürdüyünü, eləcə də həmin kredit müqaviləsi bağlamamışdan iki ay əvvəl İddiaçı bankdan 30.000 manat kredit götürüb ondan 15.000 manatını borc olaraq ona verdiyini və həmin məbləğləri ödəməyə razı olduğunu, ona başqa hər hansı bir borcunun olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarından, məhkəmə iclasında araşdırılan iddia ərizəsi və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, hazırkı caavabdeh Cavabdeh hazırkı İddiaçı borca pul götürmüş, lakin borcunu qaytarmamışdır. Ona görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya 20.000 + 15.000 = 35.000 manat məbləğində borcu olduğunu məhkəmə iclasında etiraf etmiş, qalan hissədə isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı №25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd etməyi lazım bilir ki, hazırrkı iddia elə iddialardandır ki, burada sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Lakin, iddiaçı cavabdehə qarşı 81.000 manat məbləğində pul tələbinə dair iddia irəli sürsə də, borc məbləğinin məhz həmin məbləğdə olmasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. İddiaçı yalnız 20.000 manata dair hissədə məhkəməyə mötəbər sübut, yəni notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsini təqdim etmişdir. İddia olunan qalan məbləğə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görəöhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1.-ci maddəsinə görə mükı hüquq və vəzifələrin müəyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçəşəxsin razılaşması müqavilə sayılr. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən irəli gələn, həm də üç min manatdan çox olan borc münasibəti olsa da, tərəflər arasında 20.000 manat borca dair xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən başqa yerdə qalan iddia olunan borc məbləğləri ilə bağlı yazılı müqavilə mövcud deyildir. İddiaçı borcun qalan hissəsinə dair məhkəməyə hər hansı bir müqavilə təqdim etməmişdir. Tərəflər arasında iddia olunan borcun qalan məbləğinə dair yazılı müqavilə mövcud olmadığından tərəflərin qalan borc məbləği ilə bağlı hüquq və vəzifələrinin nədən ibarət olmasını və hansı öhdəliyin hansı şərtlərlə şərtləndirildiyini məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı borc münasibətinə girərkən cavabdehlə yazılı müqavilə bağlamadan, hüquq və vəzifələrini dəqiq müəyyənləşdirmədən şifahi razılaşmaya əsasən hərəkət edərkən öz riski ilə hərəkət etmişdir. Ona görə də, o, iddia olunan qalan borc məbləği ilə bağlı öz riski ilə də məsuliyyət daşımalıdır. İddiaçının nümayəndəsinin iddianın qalan məbləğinin müdafiəsinə dair məhkəmə iclasında verdiyi izahatı cavabdehin məhkəmə iclasında verdiyi izahatla birmənalı şəkildə təkzib edilmiş və hər hansı bir digər sübutla möhkəmləndirilməmişdir. Bununla belə cavabdeh məhkəmə iclasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü 20.000 manat borcdan əlavə iddia olunan 81.000 manat borc məbləğindən 15.000 manat hissəsini də yazılı ərizə verməklə etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqaviləvi öhdəliklərə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhhkəmə işin yuxarıda müüəyyən olunmuş hallarına əsaslanaraq, yuxarrıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə çəkilmiş məhkəmə xərclərinin iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflər arasında bölüşdürülməsi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, iş üzrə ödənilmiş 333,50 manat dövlət rüsumu (35000 manat (təmin edilən əsas məbləğ) x 100 : 81000 manat (iddia olunan əsas məbləğ) = 43,2%; 43,2% x 333,50 (iddia vermək üçün ödənilmiş dövlət rüsumu) AZN : 100 = 144 manat) iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Bu məqsədlə iddia vermək üçün ödənilmiş 333,50 manat dövlət rüsumunun 144 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 35000 manat pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmə xərcinə görə ödənilmiş 333,50 (dövlət rüsumuna görə 333 manat, bank xidmət haqqına görə 0,50 manat) pulun 144 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin, məhkəmə xərci qalan hissədə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar