Məhkəmə qərarları › İş №2(061)-481/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-481/2025

22.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-481/2025 22.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili və İddiaçı2 vəkalətli nümayəndəsi Bərdə rayon Vəkil bürosunun vəkili X4, cavabdehlər Cavabdeh1 və vəkalətli nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət və pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 1200 (min iki yüz) manat dəyərində birlyant qaşlı üzüyün, naturada qaytarılması mümkün olmadıqda dəyərinin və Cavabdeh2 1500 (min beş yüz) manat pul vəsaitinin alınaraq İddiaçı1, eləcə də evin təmirinə görə 900 (doqquz yüz) manat pul vəsaitinin alınıb İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizəsini onunla əsaslandırmışdır ki, onlar ər arvaddırlar. İş üzrə Cavabdeh1 Yahya qızı iddiaçılardan İddiaçı1 doğma bacısıdır. Cavabdeh2 isə onun oğludur. Əvvəlllər mehriban olmuşlar. 2022-ci ilin noyabr ayında Cavabdeh1 oğlu Kərimə toy etmişdir. Toy üçün qızıl ala bilmədiyindən ona 1200-1300 manat dəyərində qızıl üzük alıb verməsini xahiş etmişdir. Toydan sonra üzüyü ona geri qaytaracaqlarına söz vermişdir. Bacısı olduğu üçün, qohum-əqrəba yanında pərt olmaması üçün və ona etibar etdiyindən 1200 manat dəyərində brilyant qaşlı taclı üzük alıb ona vermişdir. Ancaq ötən müddət ərzində ondan aldığı üzüyü geri qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələrlə üzüyünü verməkdən yayınmağa başlamışdır. Bundan başqa, digər Cavabdeh2 toy ərəfəsində bəzi çatışmayan işlər üçün 1500 manat borc pul almışdır. Həmin işləri həll edib toydan sonra pulu qaytaracağını bildirmişdir. Ancaq həmin pulu qaytarmamışdır. Bundan başqa bildirmişlər ki, İddiaçı2 ev təmiri ustasıdır. Toy qabağı cavabdehlərin evində təmir işləri görmüşdür. Razılaşmaya əsasən usta xərci 900 manat təşkil etmişdir. Həmin pulu aralarında olan razılaşmaya əsasən toydan sonra verəcəklərini bildirmişdir. Ancaq 900 manat pulu bu günədək verməmişlər. Son zamanlar üzüyü və pulu tələb etsələr də cavabdehlər onları evdən qovmuşlar. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 1200 (min iki yüz) manat dəyərində birlyant qaşlı üzüyün, naturada qaytarılması mümkün olmadıqda dəyərinin və Cavabdeh2 1500 (min beş yüz) manat pul vəsaitinin alınaraq İddiaçı1, eləcə də evin təmirinə görə 900 (doqquz yüz) manat pul vəsaitinin alınıb İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 əvvəlki məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh1 doğma bacısıdır. Rəna oğluna toy edərkən ona 2500 manat borc vermişdir. Həmin pulu Rəna toydan sonra qaytarmağı söz vermişdir. Buna baxmayaraq Rəna pulun 1000 manatını qaytarmış, ancaq 1500 manatı qaytarmamışdır. Pulu öz evində vermişdir. Bununla yanaşı Cavabdeh1 ona məxsus üzüyü gəlinin barmağına taxmağa görə istəmişdir. Toydan sonra verəcəyini, toyda qızıl almağa imkanı çatmadığını bildirmişdir. Əl çantasından çıxararaq üzüyü oğluna vermiş o da gəlinin barmağına taxmışdır. Bununla bağlı fotoşəkili təqdim etmişdir. Həmin üzüyü Rənadan ala bilməmişdir. Rənanın almağa pulu olmadığı üçün üzüyü ondan istəmişdir. Brilyant qaşlı üzük özünə məxsus olmuşdur. Toydan sonra üzüyü bacısından istəmiş, lakin verməmişdir. Qızıl üzük köhnə qızıldır. Qızıl satan Vüqardan almışdır. Qızıl üzüyü 1200 manata almışdır. Üzüyü bəyənib özü üçün almışdır. Bundan başqa da özünə qızıl əşyası almışdır. Üzük bacısı Rəna bəyəndiyindən gəlinin barmağına taxmışdır. Həmin üzüyü digər bacıları da görmüşdür. İddianın əsaslı olduğunu və təmin edilməsini xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat vermiş X13 göstərmişdir ki, o, toy ərəfəsində cavabdehlərin evində təmir işləri ilə məşğul olmuşdur. Evdə döşəmənin millərini və döşəmə taxtasını düzmüş, işığın, suyun, qazın xəttini çəkmişdir. Təqribən 1 ay olmaqla 2 nəfər Vüqar adlı yaxınları ilə həmin evdə işləmişlər. İşin ümumi məbləğini 900 manata danışmışlar. Bunun müqabilində iddiaçılar ona ya 13 manat, ya da 15 manat pul yol pulu, ciqaret pulu vermişlər. Bundan sonra cavabdehlər ona istəsə də pulu verməmişlər. Hazırda da cavabdehlərdən pulunu ala bilməmişdir. İddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili və İddiaçı2 vəkalətli nümayəndəsi Bərdə rayon Vəkil bürosunun vəkili X7 məhkəmə iclası zamanı iddianın əsaslı olduğunu və qanunamüvafiq qaydada təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş vəkil orderindən (seriya № 0447020) görünür ki, İddiaçı2 və İddiaçı1 Bərdə rayon Vəkil bürosunun vəkili X7 ilə müqavilə bağlayaraq onların hüquqlarını müdafiə etməyi, eləcə də İddiaçı2 ona etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. Cavabdeh2 məhkəmə iclasında göstərmişdir ki, qızıl üzük 2021-ci ilin mart ayında alınmışdır. Qızıl üzüyü bazarda qızıl satan Vüqar adlı şəxsdən almışlar. Həyat yoldaşı, anası, xalası oğlu, gəlini və xalası olmuşdur. Qızıl üzüyə 1000 manat pul verilmişdir. Qızıl satana 300 manat borcu qalmış, həmin pulu ona özü göndərmişdir. Şəkildə isə Ramil onun qardaşı əvəzi kimi gəlinin əlini bağladığı təsvir edilmişdir. Xalasının əri Kamil evdə usta işləyib. Polu vurub, elektrik xəttini çəkmiş, hazırda düzgün çəkilmədiyinə görə elektrik xəttini sökdürüb yenidən çəkdirir. Hazırda da evində iş davam edir. Pulu da 1 ay İddiaçı2 100 manat 200 manat, 300 manat verilib qurtarmışdır. 1000 manat borc istənilib və həmin pulu X2 iddiaçıya çatdırması üçün 2 dəfəyə 500 manat verib qurtarmışlar. Qızıl üzük 1000 manata alınmış və pulunu ödəmişdir. Həmin şəkildəki qızıl üzük həyat yoldaşının barmağında olmuşdur. Şəkildə olan əl həyat yoldaşının əli olmuşdur. Onların idiaçılara borcu olmadığını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 Xəlil qızı məhkəmə iclasında göstərmişdir ki, iddiçılara pul bocları yoxdur. Qızılı da özü almış , 700 manatı vermiş, sonra da 300 manat oğlu pul göndərmiş, qızıl satana vermişlər. 1200 manata qızıl alınmamışdır. 1000 manata alınmış və pulu özləri vermişdir. İddiaçı2 onu evində usta kimi işləməmiş ona təmir işlərində kömək etmişdir. Ona atalıq etmişdir. Onun evində işləməsi 3-4 il əvvəl olmuşdur. Hazırda ədavət aparır və ona görə də pul tələb edir. 900 manat danışılmayıb. 50 manat bir, 40 manat bir vermişdir. O, evində tək işləmiş, onun köməkçisi olmamışdır. Bacısı Habilədən 1000 manat borca pul almışlar. Həmin pulu 2 dəfəyə 500 manat kürəkəni Mehdiyə vermiş o da ona vermişdir. Mehdi utandığından məhkəmə iclasına gəlməmişdir. Anasının sağlığında da bacısı Habilə onlardan şikayət etmişlər. İddianı qəbul etmədiyini və təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 vəkalətli nümayəndəsi X5 məhkəmə iclasında göstərmişdir ki, nişan mərasimindən sonra Ramin müəllim onu işə düzəltmiş, sonra işdən çıxarmışdır. Bu səbəbdən ondan pulunu tələb etmişdir. Həmin söhbətdən sonra onlar bu şəri atmağa başlamışdır. Üzük almaq üçün bazara getmişlər. Onun istədiyi üzük olmadığı üçün günortadan sonra qızıl satan Vüqar adlı şəxsin Hüsü Hacıyev küçəsində yerləşən evinə getmişlər. Üzük almağa Habilə xala, Ramin müəllim, həyat yoldaşı, qaynanası və özü getmişlər. Onların böyük kimi yolların saxlamışlar. Hər bir işlərində böyük kimi onlara məsləhət görmüşlər. Gedib üzüyü götürmüş, 300 manat çatmamışdır. 700 manat vermiş, 300 manatı sonra Kərim Bakıdan göndərmiş və onlar Vüqar adlı şəxsə vermişlər. İddiaçı1 onlara 2500 manat deyil, toy ərəfəsində 1000 manat borc pul vermişdir. 500 manat qaynanası işləyib vermiş, 500 manatı da lambarda qızıl qoyub pul götürüb vermişlər. X12, yəni digər xalanın həyat yoldaşından göndərmişlər. 900 manat usta pulundan məlumatı olmamışdır. Göstərdiklərinə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AR-İİİ № 592027 nömrəli xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 X3 etibarnamə verərək məhkəmə iclasılarında onu təmsil etməyi həvalə etmişdir. İş üzrə məhkəmə iclasında ifadə vermiş şahid X16 göstərmişdir ki, Habilə və Rəna ilə ilə əmioğlu, əmiqızıdırlar. Onlarla münasibətləri normaldır. İddiaçı2lə Rənanın evində işləmişlər. Rənanın evində elektrik işi, pol işi görmüşlər. İşin pulunu Kamil usta olduğu üçün danışmışdır. Evdə fəhlə kimi işləmişdir. Toydan 4-5 ay əvvəl olmuşdur. Ona pul verməmişlər. Usta da ona pul verməmişdir. 1 ay Rənanın evində işləmişdir. Onlara evdə Rəna qulluq etmişdir. Kərim Bakıda işləyirdi. Evinə gəlmiş, onu görmüşdür. Cavabdehlərin evində iş görmüş, lakin pul ala bilməmişlər. Cavabdehlərin ona da borcu olmuş, həmin pulu çox çətnliklə almışdır. İş üzrə şahid qismində ifadə vermiş X6 göstərmişdir ki, el arasında onu Vüqar kimi çağırırlar, əslində sənədlərində adı Qəhrəman kimi qeyd olunmuşdur. O, bazarda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. İddiaçıları və cavabdehləri Tərtər şəhər sakinləri kimi tanıyır, heç bir ədavəti, qohumluğu yoxdur. Alqı-satqı dskinə baxdığı üçün, 2021-ci il fevral ayının 28-i günortadan sonra, Rəna, Könül xanım və yaşlı xanım birlikdə 3 nəfərin onun yaşadığı evə qızıl almağa gəldiklərini xatırlamışdır. Üçüncü xanım yaşlı olmuşdur. Yadında qalan qızıl 750 əyyar, çəkisi 5,15 qram qızıl olmuşdur. İş materiallarında olan fotoşəkildə olan qızılın həmin qızıl əşyası olduğunu bildirmişdir. Yaşlı qadının qızılı özünə aldığını bildirməmişdir. Qızıl əşyasını Könül xanıma görə almışlar, belə ki, onun əl barmağının ölçüsünü götürmüşdür. Qızlın dəyərini 1000 manata danışmışlar. 700 manatı Rəna xanış vermiş, 300 manatı da sonra ödəmişlər. Cəmi 1000 manat verilmişdir. Həmin vaxt Ramin müəllim orada olmamışdır. Rənanın Ramin müəllimin xalası olmasını bilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixdə Tərtər RPŞ tərəfindən verilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1956-cı ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Tərtər şəhəri, M.Hüseynzadə küçəsi ev 03-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixdə Tərtər RPŞ tərəfindən verilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1954-cü ildə Tərtər şəhərində anadan olmuş, Tərtər şəhəri, M.Hüseynzadə küçəsi ev 05-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş fotoşəkil məhkəmə iclasında tədqiq olunmuşdur. Həmin qızıl üzüyün cavabdeh Könül Novruzlunun əlində olduğu əks edilmişdir. Məhkəmə iddiaçıların, vəkalətli nümayəndənin, cavabdehlərin, vəkaləlti nümayəndənin izahatlarını, şahidlərin ifadələrini, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, cavabdeh və cavabdeh tərəh yaxın qohumdurlar. Cavabdeh2 ilə Könül Novruzova ailə qurarkən, toy ərəfəsi gəlinə qızıl üzük alınmış, iddaçı tərəf cavabdeh tərəfə borc pul vermiş və İddiaçı2 cavabdehlərin evində təmir işləri aparmışdır. Lakin bu faktlarla bağlı tərəflər arasında mübahisə yaranmışdır. Belə ki, məhkəmə iclasında izahat vermiş İddiaçı1 göstərrmişdir ki, bəyənib özünə Tərtər şəhərində yerləşən bazardan qızıl satan Vüqar adlı şəxsdən 1200 manata qızıl üzük almışdır. Bunu bacıları da bilmişdir. Bacısı Rəna gəlinə qızıl əşyaları ala bilmədikləri üçün həmin üzüyü toyda gəlinin barmağına taxıb, toydan sonra verəcəyini ondan xahiş etmişdir. Onunla razılaşmış və qızılı vermişdir. Bundan başqa toy ərəfəsi Rəna ondan 2500 manat borc pul istəmişdir. Həmin borc pulu Kərimə vermişdir. Toy qurtardıqdan sonra cavabdehlər borc aldıqları puldan 1000 manatı qaytarmış, lakin 1500 manat pulu qaytarmamışlar. Eləcə də cavabdehlər qızıl üzüyü qaytarmamışlar. Dəfələrlə pulu vəqızılı istəsə də verməmişlər Məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş Habilə Ağayev cavabdehin hazırda ona 1500 manat borcu olduğunu və gəlinin barmağına taxmaq üçün verdiyi qızıl üzyü qaytarmadıqlarını bildirmişdir. Lakin iddiaçı borc verdiyi məbləğin 2500 manat olmasını, eləcə də cavabdehlərə toyda müvəqqəti istifadə etmək üçün qızıl üzük verdiyini, hətta həımin qızılı Vüqar adlı şəxsdən 1200 manata almasını göstərsə də bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız öz şəxsi mülahizələrinə əsaslanmaqla izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında izahat vermiş İddiaçı2 cavabdehlərin evində təmir işləri apardığını. Həmin işlərin görülməsi ilə bağlı cavabdehlərlə razılaşdığını, lakin işi görüb qurtaranadək cavabdehlər ona 13 və ya 15 manat gündəlik xərcləri üçün pul vermişlər. Məhkəmə iclasında izahat vermiş Cavabdeh2 göstərmişdir ki, toydan əvvəl gəlinə Vüqar adlı qızıl satan şəxsdən 1000 manata razılaşaraq qızıl üzük alınmışlar. Qızılın pulunu 700 manatını nağd olaraq vermişlər. Sonra isə o, qızılın qalan 300 manat hissəsini göndərmiş və həmin pulu Vüqar adlı şəxsə vermişlər. Eləcə də toy ərəfəsində xalası Habilədən 1000 manat porc pul almışlar. Həmin pulu iki dəfəyə 500 manat olmaqla Mehdi İsgəndərov vasitəsi ilə İddiaçı1 çatdırmışlar. Bundan başqa İddiaçı2 onların evində usta kimi işləmiş. Onunla 900 manata razılaşmışlar. Usta pulunu, hissə-hissə 100 manat, 200 manat, 150 manat olmaqla bir neçə dəfəyə İddiaçı2 vermişlər. Hazırda onların iddiaçılara bocu qalmamışdır. Məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, iddiaçının iddia etdiyi qızıl üzüyü onlar Habilə, Könül, Habilənin gəlini ilə birlikdə Tərtər şəhərində Vüqar adlı şəxsdən 1000 manata arzılaşaraq almışlar. Qızılın pulunun 700 manatını nağd olaraq vermiş, 300 manat pulu isə Kərim Bakı şəhərindən göndərmiş və Vüqar adlı şəxsə vermişlər. Onların qızılla bağlı borcları qalmamışdır. Eləcə də İddiaçı1 toy ərəfəsi 1000 manat borc pul almışlar. Toydan sonra iki dəfəyə 500 manat olmaqla bacısının həyat yoldaşı mehdi İsgəndərov vasitəsi ilə Habiləyə vermişlər. Onların habiləyə borclaqı qalmamışdır. Eləcə də İddiaçı2 onun evində bir ata kimi tək təmir işləri görmüşdür. Onunla zəhmət haqqı danışmamışlar. Ona bir necə dəfə xərclik olaraq 40-50 manat pul vermişlər. İddiaçı2lə təmir pulunu 900 manata razılaşmamışlar. Hazırda onların iddiaçılara borcu olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid Vüqar Əliyev ifadəsində, Habilə və Rəna ilə əmioğlu, əmiqızı olduğunu, münasibətləri normal olduğunu, İddiaçı2lə Cavabdeh1 evində təmir işlərində fəhlə kimi işlədiyini, lakin gördükləri işlərin pöulunu almadığını bildirmişdir. Eləcə də məhkəmə iclasınmda şahid qismində ifadə vermiş Qəhrəman Bayramov ifadəsində, el arasında onu Vüqar kimi çağırırdıqlarını, əslində sənədlərində adı Qəhrəman kimi qeyd olunduğunu, bazarda qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu, idiaçıları və cavabdehləri Tərtər şəhər sakinləri kimi tanıdığını, heç bir ədavəti, qohumluğu olmadığını, alqı-satqı dskinə baxdığı üçün, 2021-ci il fevral ayının 28-i günortadan sonra, Rəna, Könül xanım və yaşlı xanım birlikdə 3 nəfər qızıl almaq üçün onun yaşadığı evə gəlmişlər. Qızıl 750 əyyar, çəkisi 5,15 qram olduğunu, iş materiallarında olan fotoşəkildə olan qızılın həmin qızıl əşyası olduğunu, yaşlı qadının qızılı özünə aldığını bildirmədiyini, Könül xanıma görə aldıqlarını, onun əl barmağının ölçüsünü götürdüyünü, qızlın dəyərini 1000 manata danışdıqlarını, 700 manatı Rəna xanmın verdiyini, 300 manatı da sonra ödədiyini, həmin vaxt Ramin müəllimin orada olmadığını və Rənanın Ramin müəllimin xalası olmasını bilmədiyini göstərmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənamlı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehlər Cavabdeh1 İddiaçı1 qızıl üzük alıb müvəqqəti olaraq gəlinin barmağına taxmasını, lakin sonradan həmin qızıl üzüyü qaytarmamasını, eləcə də Cavabdeh2 İddiaçı1 toy ərəfəsində 2500 manat borc pul almasını, pulun 1000 manatını qaytarmasını, lakin 1500 manat hissəsini qaytarmamasını, eləcə də İddiaçı2 cavabdehlərin evində təmir işləri görmək üçün 900 manata razılaşdıqlarını və cavabdehlərin həmin pulu verməmələrini sübutetmə yükü iddiaçıların üzərinə düşür. Cavabdehlərin hazırda iddiaçılara borclu olmamalarının həqiqətə uyğun olmasını sübutetmə yükü isə cavabdehlərin üzərinə düşür. Məhkəmə tərəflərin izahatlarının və şahid ifadələrinin, habelə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh tərəf iddiaçı tərəfin iştirakı ilə el arasında Vüqar çağırılan şəxs Qəhrəman Bayramovdan toyda gəlinin barmağına taxmaq üçün 1000 manata qızıl üzük almış və pulunu da cavabdehlər vermişlər. Bu faktı məhkəmə iclasında şahid qismində ifadə vermiş qızıl satan Qəhrəman Bayramov ifadəsi ilə təsdiq etmişdir. Eləcə də İddiaçı1 cavabdehə 2500 manat borc pul verməsi, həmin pulun 1000 manat hissəsinin cavabdehlər tərəfindən qaytarılması sübutunu tapmamışdır. Lakin İddiaçı2 iddiaçıların evində usta kimi işləyərək 900 manata razılaşdıqları və həmin pulun cavabdehlər tərəfindən İddiaçı2 verilməməsi sübuta yetirilmişdir. Tərəflər arasında narazılıq yaranmışdır. Hər iki tərəf bu faktların mövcudluğunu mübahisəsiz qəbul etmiş, lakin tərəflərin izahatları ziddiyyətli olduğundan məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, məhkəmə şahid qismində dindirilmiş Vüqar Əliyevin və Qəhrəman Bayramovun ifadələrinə qiymət verərək belə qənaətə gəlir ki, şahidlərin sübut olunmalı faktların, yəni mübahisəli qızıl üzüyün İddiaçı1 göstərdiyi kimi onun tərəfindən 1200 manata deyil, cavabdehlər tərəfindən 1000 manata alınmasını, eləcə də İddiaçı2 usta kimi cavabdehlərin evində təmir işlərini görmək üçün 900 manata razılaşdıqlarını, lakin cavabdehlərin həmin pulu qaytarmamasını səmimi verilmiş ifadə kimi qiymətləndirərək inandırıcı hesab edir və sübut növü kimi qəbul edilməsini məqsədmüvafiq hesab edir. İddiaçı Habilə Ağayev iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün, əlavə heç bir mötəbər mənbədən əldə edilmiş sənədlər təqdim etməmişdir. Cavabdeh tərəf isə onun bildirdiklərini təkzib etmişdir. Məhkəmə onu da qeyd etmək istəyir ki, cavabdehlər Cavabdeh2 məhkəmə iclasında vediyi izahatında İddiaçı2lə usta kimi 900 manata onların evində işləyəcəyi ilə razılaşdıqlarını, İddiaçı2 tək onun evində işlədiyini, ona hissə-hissə pulu qaytardıqlarını bildirmişdir. Lakin digər Cavabdeh1 məhkəmədə verdiyi izahatında İddiaçı2 bir ata kimi onun evində işlədiyini, onunla pul danışmadıqlarını, ona yalnız 40-50 manat cib xərcliyi verdiklərini bildirmişdir. İki eyni evdə yaşayan ailə üzvlərinin biri-birinə ziddiyyətli ifadə verməsi onların səmimi ifadə verdiklərini şübhə altına alır, onların bildirdiklərini sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etmir. Eləcə də şahid qismində məhkəmədə ifadə vermiş hər iki tərəflə qohumluq manasibətində olan Vüqar Əliyevin ifadəsi İddiaçı2 məhkəmədə bildirdklərini tamamlayır və həqiqitən Cavabdeh1 900 manat usta pulunun İddiaçı2 ödəmədiyini sübuta yetirir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdeh tərəf iddianın həmin hissəsiini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Cavabdehin iddiaçıya həmin məbləğdə pul borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən yuxarıda qeyd olunan sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh1 hazırkı vəziyyətdə İddiaçı2 olan 900 manat usta pulunu ona ödəməmişdir. Bununla da o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş və aralarında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Yahya qızından 900 manat pul vəsaiti alınıb İddiaçı2 verilməlidir. İddia qalan hissədə sübuta yetirilmədiyində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə görə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 alınıb İddiaçı2 verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi 27 (iyirmi yeddi) manat hissəsi iddiaçılara aid edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçıların, vəkalətli nümayəndənin, cavabdehlərin, vəkaləlti nümayəndənin izahatlarını, şahidlərin ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir, Cavabdeh1 900 (doqquz yüz) manat məbləğində pul, 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı2 verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 900 (doqquz yüz) manat məbləğində pul, 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə görə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 alınıb İddiaçı2 verilsin, ödənilmiş dövlət rüsumunun qalan hissəsi 27 (iyirmi yeddi) manat hissəsi iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar