Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-495/2025 15.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 1200 (min iki yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, Ağdam rayonundan məcburi köçkün düşmüş və ailə üzvləri ilə birlikdə Tərtər rayon İsmayılbəyli kəndində məskunlaşmışdır. Tərtər rayon Sarıcalı kəndində təsərrüfatında mal qara saxlamaqla məşğuldur. Cavabdeh həmin təsərrüfatda çoban işlədiyinə görə tanımışdır. Təqribən 6-7 ay əvvəl Bəhruz ona ehtiyacı olduğunu bildirərək ondan 700 manat borc pul istəmişdir. Bəhruza inandığıdan və yanında işlədiyindən ona 700 manat borc pul vermişdir. Daha sonra Bəhruz ona həyat yoldaşının xəstəxanada olduğunu, 500 manat vacib pul lazım olduğunu və pulu işləyib qaytaracağını bildirmişdir. Bununla Bəhruzun ona olan borcu 1200 manat təşkil etmişdir. Ancaq Bəhruz borcunu qaytarmadan onun yanından çıxaraq başqa təsərrüfata getmişdir. Onun haqqında maraqladıqda Bəhruzun çox adamın aldatdığını bilmişdir. Həmin pulu cavabdehdən dəfələrlə tələb etmiş, lakin cavabdeh pulu qaytarmamışdır. Əvvəlcə Bəhruzdan polisə şikayət etmişdir. Orada izahat vermiş Cavabdeh ona olan borcunu etiraf etmişdir. Ona mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Odur ki, sözügedən iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. İddiasının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İşdə olan vəsiqə seriya AA № 251833 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür. İşdə olan Tərtər rayon MKİS-in verdiyi 86 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün düşmüş İddiaçı ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. İşdə olan soru sdilərək Tərtər rayon Polis Şöbəsindən alınmış İddiaçı müraciəti əsasında Tərtər RPŞ-in İTB-də araşdırılmış material üzrə Cavabdeh izahatının təsdiq olunmuş surətindən görünür ki, o, uşağı olduğu üçün həyat yoldaşını həkimə aparmaq məqsədi ilə İddiaçı 1200 manat borc pul almışdır. Lakin uşaq olduqdan sonra uzun müddət xəstə olduğu üçün işə çıxa bilməmiş və İddiaçı borcunu qaytara bilməmişdir. İddiaçı olan borcunu yaxın vaxtlarda qaytaracağına söz vermişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin Tərtər RPŞ-in İTB-də araşdırılmış material üzrə izahatını, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh aralarında olan razılaşmaya əsasən, 1200 manat borc pul vermişdir. Cavabdeh həmin pul məbləğdə pulu iddiaçıya hazırki dövrədək qaytarmamışdır. Bu səbəbdən iddiaçı məhkəmədə cavabdehə qarşı pul tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh hər dəfədə müxtəlif bəhanələrlə sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu 1200 manat təşkil etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdehin iddiaçıya 1200 manat pul borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən cavabdehin özünün polis şöbəsində verdiyi izahatı ilə fikrini bildirərkən, 1200 manat məbləğində borclu olduğunu etiraf etməsini həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan 1200 manat borcunu qaytarmamışdır. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlibedilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, iddia tələbi 1200 manat məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmədə elan edilmiş AA № 251833 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün olmaqla dövlət rüsümunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, 32 manat dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və biribirinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, cavabdehin özünün polis şöbəsində iddiaçıya pul borclu olması ilə bağlı verdiyi izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı oğluna verilsin. İddia qaldıdırlması üçün ödənilməli olan 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət gəlirlərinə alınsın. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-495/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-495/2025
15.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver