Məhkəmə qərarları › İş №2(061)-513/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-513/2025

06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-513/2025 06.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi vəkalətli nümayəndəsi X21 iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək anası 1940-cı ildə Ermənistan Respublikası Ararat Rayonunun Xalisa kəndində anadan olmuş X6 20 avqust 2006-cı ildə Rusiya Federasiyasının Adıgey Respublikasının Krasnoqvardeysk rayonu Yelenovka kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-cı ildə anadan olmuşdur. X23, X2 olmuşdur. X23 xx.xx.2003-cü ildə, anası X18 isə xx.xx.2006-cı ildə vəfat etmişlər. O, mərhum valideynlərinin birinc dərəcə üzrə vərəsələridir. X2 müalicə üçün 2006-cı ildə Rusiya Federasiyasına getmiş və xx.xx.2006-cı ildə orada vəfat etmişdir. Maddi vəziyyətlə bağlı onu yaşadıqları kənddə gətirə bilməmişlər. Anasını Rusiya Federasiyası Adıgey Respublikası Krasnoyarsk rayonu Yelenovka kəndində vəfat etmiş və həmin kənd qəbristanlığında dəfn edilmişdir. Tərtər rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli 08 yanvar tarixli 01 saylı Qərarı ilə X32, X3, X26, Ərizəçi və X7 mülkiyyətinə Tərtər rayon Bəyimsarov kəndindən 3,23 ha pay torpaq sahəsi verilmişdir. X43 xx.xx.2003-cü ildə, X8 xx.xx.2006-cı ildə, X37 xx.xx.2024-cü ildə və X15 xx.xx.2024-cü ildə vəfat etmişdir. JN 322 saylı, KOD 61100028 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında göstərilən torpağı öz adına sənədləşdirmək istəmiş, lakin həmin sənəddə adı göstərilən X2nın ölüm haqqında şəhadətnaməsi alınmadığı müəyyən edilmişdir. Bu səbəbdən sənədləşməni apara bilməmişdir. Həmin sənədi başqa qaydada əldə etmək mümkün deyildir. Anasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin orada anasının ölüm akr qeydi tapılmamışdır. Hazırki vəziyyətdəbu fakt müəyyən edilmədiyindən və bu faktı təsdiq edən hər hansı bir sənəd olmadığından o, torpağı sənədləşdirə bilməmişdir. Anasının ölümünün müəyyən edilməsi faktının müəyyən olunması ona məhz vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır ki, o da bunu məhkəmədən kənar qaydada əldə edə bilməmişdir. Ona görə də tələb edilən zəruri sənədləri tam toplayıb Tərtər Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən anası 1940-cı ildə Ermənistan Respublikası Ararat rayonunun Xalisa kəndində anadan olmuş X6 20 avqust 2006-cı ildə Rusiya Federasiyasının Adıgey Respublikasının Krasnoqvardeysk rayonu Yelenovka kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi X33 məhkəmə iclasında iddia tələbində göstərilənləri təsdiqləyərək, ərizəçinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi X33 göstərmişdir ki, ərizəçi xx.xx.1980-cı il təvəllüdlüdür. Onun X23, X2 olmuşdur. Ərizəçinin X23 xx.xx.2003-cü ildə, anası X18 isə xx.xx.2006-cı ildə vəfat etmişlər. Ərizəçinin X2 müalicə üçün 2006-cı ildə Rusiya Federasiyasına getmiş və xx.xx.2006-cı ildə orada vəfat etmişdir. Maddi vəziyyətlə bağlı onu yaşadığı kəndə gətirə bilməmişlər. Ərizəçinin anası Rusiya Federasiyası Adıgey Respublikası Krasnoyarsk rayonu Yelenovka kəndində vəfat etmiş və həmin kənd qəbristanlığında dəfn edilmişdir. Qeyd edilənlərə əsasən ərizəçinin anası 1940-cı ildə Ermənistan Respublikası Ararat rayonunun Xalisa kəndində anadan olmuş X6 20 avqust 2006-cı ildə Rusiya Federasiyasının Adıgey Respublikasının Krasnoqvardeysk rayonu Yelenovka kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AR-İİİ № 334338 nömrəli etibarnamənin surətindən görünür ki, Ərizəçi X27 etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X28 göstərmişdir ki, o, Tərtər rayon Bəyimsarov kənd İƏD-i üzrə nümayəndənin müavini vəzifəsində işləyir. Ərizəçi kənd sakinidir. Onu 1989-cu ildən tanımışdır. Onunla münasibətləri yaxşı olmuşdur. Ərizəçi X2 müalicə olunması üçün Rusiya Federasiyasına yaxınlarının yanına getmiş, lakin 20 avqust 2006-cı ildə orada vəfat etmiş, ərizəçinin maddi imkan olmadığı üçün anası Gülüstan Əliyevanı dəfn etmək üçün yaşadıqları Bəyimsarov kəndinə gətirə bilməmişlər. X9 20 avqust 2006-cı ildə Rusiya Federasiyasının Adıgey Respublikasının Krasnoqvardeysk rayonu Yelenovka kənd qəbristanlığında dəfn etmişlər. Bu səbəbdən yaşadıqları kənddə üzr mərasimi keçirilməmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X11 göstərmişdir ki, ərizıçi Ərizəçilə həmkəndli, eləcədə qonşu olmuşlar. Onunla heç bir ədavəti, qohumluğu olmamışdır. Onun X23, X2 olmuşdur. Gülüstan Əliyeva müalicə olunması üçün Rusiya Federasiyasına getmiş, lakin 20 avqust 2006-cı ildə orada vəfat etmişdir. Onu müsəlmanların qəbristanlığında dəfn etmişlər. Gülüstan Əliyevaya yas mərasimi keçirilməmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X19 göstərmişdir ki, Ərizəçi 1988ci ildən tanımışdır. Onunla Tərtər rayon Bəyimsarov kəndində birlikdə təhsil almışlar. Ərizəçi X23, X2 olmuşdur. Gülüstan Əliyeva xəstələndiyi üçün müalicə olunması üçün Rusiya Federasiyasına getmiş, lakin 20 avqust 2006-cı ildə orada vəfat etmişdir. Onu müsəlmanların qəbristanlığında dəfn etmişlər. Gülüstan Əliyevaya yas mərasimi keçirilməmişdir. Lakin yaşadıqları kənddə ərizəçi tərəfə anası Gülüstan Əliyevanın ölümü ilə bağlı baş sağlığı vermişdir. Mülki işə əlavə edilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surıtindən görünür ki, Ərizəçi xx.xx.1980-cı ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, hazırda Tərtər rayon Bəyimsarov kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş keçmiş Sovet pasportunun surətindən görünür ki, X14 1940cı ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, 31 dekabr 1990-cı ildə Tərtər rayon Bəyimsarov kəndinə müvəqqəti qeydiyyata düşmüş və 14 dekabr 1998-ci ildən isə Tərtər rayon Bəyimsarov kəndinə daimi qeydiyyata düşmüşdür. Mülki işə əlavə edilmiş İİ-CL № 469399 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə Ərizəçi xx.xx.1980-cı ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olması, ata qrafasında X43, ana qrafasında X14 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Tərtər rayon Bəyimsarov kənd İƏD-i üzrə nümayəndənin verdiyi 68 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi hazırda Tərtər rayon Bəyimsarov kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Tərtər rayon Bəyimsarov kənd İƏD-i üzrə nümayəndəliyin verdiyi AZ-İ № 042354 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 oğlu xx.xx.2003-cü ildə vəfat etmişdir. Mülki işə əlavə edilmiş fotoşəkillərdə X14 1940-cı ildə anadan olması, 20 avqust 2006-cı ildə vəfat etməsi əks olunmuşdur. Mülki işə əlavə edilmiş Tərtər rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 08 yanvar tarixli 01 saylı qərarı ilə verilmiş JN:322, KOD 61100028 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət aktında X8 mülkiyyətçi kimi qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 20 fevral 2025-ci il tarixli arayışdan görünür ki,X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixdək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 20 fevral 2025-ci il tarixli arayışdan görünür ki, X3 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bildirilmişdir ki, ölüm haqqında akt qeydinun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnsan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən ölümü dövlət qeydiyyatına almaq mümkün olmamışdır. Maraqlı şəxs onun məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Mülki işə əlavə edilmiş Tərtər rayon Bəyimsarov kəndində xx.xx.2025-ci il tarixdə Tərtər Rayon Bəyimsarov kənd X22, Tərtər Rayon Bəyimsarov kənd sakini Ərizəçi, Tərtər Rayon Bəyimsarov kənd sakinin X16, Tərtər Rayon Bəyimsarov kənd sakini X4, Tərtər Rayon Bəyimsarov kənd sakini X20, Tərtər Rayon Bəyimsarov kənd sakini X12, Tərtər Rayon Bəyimsarov kənd sakini X13, Tərtər Rayon Bəyimsarov kənd sakini X17 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, həqiqətən mərhumə X1 Elman Əli oğlunun anasıdır. Ərizəçi xəstə olan anası X5 müalicə mjəqsədi ilə Rusiya Federasiyasına aparmışdır. Müalicənin heç bir köməyi olmamış, bir neçə gündən sonra Gülüstan Əliyeva vəfat etmişdir. Həmin ərəfədə üzləşdiyi maddi çətinliyə görə Ərizəçi, mərhum anası X3 cənazəsini dəfn edilməsi üçün yaşadığı Tərtər Rayon Bəyimsarov kəndinə gətirə bilməmiş, onu 2006-cı il tarixdə Krasnoqvardeysk rayonu Yelenovka kənd qəbristanlığında dəfn etmişlər. İştirakçılar aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə ərizəçinin vəkalətli nümayəndəsinin izahatını, şahid ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin anası mərhum X14 1940-cı ildə Ermənistan Respublikası Ararat rayonu, Xalisa kəndində doğulmuş, 20 avqust 2006-cı ildə Rusiya Federasiyasının Adıgey Respublikasının Krasnoqvardeysk rayonu Yelenovka kəndində. Onu həmin kənd qəbristanlığında dəfn etmişlər. Bu fakt mülki işə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş sənədlərlə, şahid ifadələri ilə tam sübuta yetmişdir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə tətbiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”ın8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, ərizəçinin vəkalətli nümayəndəsinin izahatını, şahid ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi anası 1940-cı ildə Ermənistan Respublikası Ararat Rayonunun Xalisa kəndində anadan olmuş X6 20 avqust 2006-cı ildə Rusiya Federasiyasının Adıgey Respublikasının Krasnoqvardeysk rayonu Yelenovka kəndində ölümünün qeyd edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası 1940-cı ildə Ermənistan Respublikası Ararat Rayonunun Xalisa kəndində anadan olmuş X6 20 avqust 2006-cı ildə Rusiya Federasiyasının Adıgey Respublikasının Krasnoqvardeysk rayonu Yelenovka kəndində ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydaya təqdim olunduğu vaxtdan 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar