Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-527/2025 15.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim QubadovTahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 15 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 3400 manat, ödənilmiş dövlət rüsumuna görə 55 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və etirazını əsaslandıran sübutları məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi X2 işə qiyabi icraat qaydasında baxılmasına yazılı razılığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçıdan borca pul istədiyi üçün iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 3400 manat borca pul vermişdir. Bu barədə onların arasında xx.xx.2024-cü il tarixli sadə yazılı müqavilə bağlanmışdır. Lakin müddət başa çatsa da, cavabdeh götürdüyü borcunu iddiaçıya qaytarmamışdır. İddiaçı tələb etsə də, cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Bu barədə tərəflər arasında telefon danışığı olmuş və cavabdehin borcu etiraf etməsinə dair səs yazısı DİSK-ə köçürülərək iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh borcu qaytarmadığı üçüm iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tamamilə qanuni və əsaslıdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il il tarixli sadə yazılı borc müqaviləsindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 3400 manat borc verməyi, cavabdeh isə həmin borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında dinlənilməklə tədqiq edilən DİSK-dəki səs yazısından görünür ki, İddiaçı ilə Cavabdeh arasında aparılmış telefon danışığında İddiaçı Cavabdeh xitabən “Azər səni sələmdən qurtarmışam”, “Azər nətəhər edək?”, “deyirsən, amma vermirsən”, “iki aydır mənə sən öl vurrursan”, “sənə sələmə pul vermişəm ki?”, “ayda başqasına 400 manat sələm verirdin, səni azad etdim”, “hər dəfə deyirsən maaşı alıb verəcəm, amma vermirsən”; Cavabdeh İddiaçı xitabən “Allah balanı saxlasın”, “maaşı alıb verəcəm”, “o pulu qəpiyinə kimi verib queytaracam”, “qara qəpyinə kimi ödəyəcəm”, “mən səni başa düşürəm, sənə borcum var”, “kom verəcəm” bildirmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə dövlət rüsumuna görə 55 manat pul ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işbüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan iddia ərizəsindən, iddiaçının nümayəndəsinin izahatından, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il il tarixli borc müqaviləsindən, məhkəmə iclasında dinlənilməklə tədqiq edilən tərəflər arasında olan səs yazısından müəyyən olundu ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 3400 manat borca pul vermişdir. Bu barədə onların arasında xx.xx.2024-cü il tarixli sadə yazılı müqavilə bağlanmışdır. Lakin müddət başa çatsa da, cavabdeh götürdüyü borcunu iddiaçıya qaytarmamışdır. İddiaçı tələb etsə də, cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə tərəfindən cavabdehə məlumat verilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə məhkəmə iclasında dinlənilməklə tədqiq edilən tərəflər arasında olan (DİSK-dəki) səs yazısına yuxarıda istinad olunan sübutlarla qarşılıqqlı şəkildə huquqi qiymət verərək hesab edir ki, cavabdeh iddiaçının borcun qaytarılması barədə müraciətinə cavab olaraq “maaşı alıb verəcəm”, “o pulu qəpiyinə kimi verib quertaracam”, “qara qəpyinə kimi ödəyəcəm”, “mən səni başa düşürəm, sənə borcum var”, “kom verəcəm” kimi etirafedici cavablar verməklə iddiaçıya borcunun olmasını və həmin borcu qaytarmadığnı təsdiqləmişdir. Məhkəmə iddia ərizəsinə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında veridiyi izahatına, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il il tarixli borc müqaviləsinə və məhkəmə iclasında dinlənilməklə tədqiq edilən tərəflər arasında olan səs yazısına qarşılıqlı şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı öz iddiasını məhkəmə iclasında sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə işin yuxarıda müəyyən olunan faktiki hallarına əsasən bu qənaətə gəlir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqaviləvi öhdəliklərə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklər və borcla bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Mcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddianın həm faktiki, həm də ki, hüquqi əsası vardır. Ona görə də iddia tam təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 55 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia tam təmin edilsin. Cavabdeh borca görə 3400 manat, dövlət rüsumuna görə 55 manat, cəmi 3455 manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Tərtər Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.
Məhkəmə qərarları › İş №2(061)-527/2025
Tərtər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(061)-527/2025
15.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver