Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-55/2025 23.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı, cavabdeh HCavabdeh qarşı 8800 manat pulun alınıb ona verilməsi tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 6800 (altı min səkkiz yüz) manat məbləğində pulun və 2000 (iki min) manat məbləğində əldən çıxmış faydanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Tərtər rayon Şıxarx kəndində məskunlaşmışdır. Cavabdeh ilə münasibəti yaxşı olmuşdur. Ona bir insan kimi hörməti olmuşdur. Cavabdeh problemi olduğu üçün ondan 6800 manat borc pul istəmişdir. Ona inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh ondan aldığı pulu 5-6 aya qaytaracağına söz vermişdir. Beləliklə o, Cavabdeh ilə aralarında olan razılaşmaya əməl etmişdir. Cavabdeh pulu vaxtında qaytarmadığı üçün ondan verdiyi borc pulu istəmişdir. Cavabdeh tərəf ona yalan vədlər verərək qaytaracağını bildirmişdir. O, Cavabdeh pulu verməcəyi təqdirdə onun məhkəməyə verəcəyi barədə xəbərdarlıq etmiş, lakin o, yenə pulu qaytarmamışdır. Odur ki, sözügedən iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ona həmin məbləğdə pul borclu olmasını Gəncə Apellyasiya Məhkəməsində 28 noyabr 2023-cü il tarixdə 2(104)-2249/2023 saylı mülki işə baxılarkən məhkəmə iclasında etiraf etmişdir. Həmin qərarın surətini iddia ərizəsinə əlavə etmişdir. Pulu uzun müddət Pərvin İoslamzadədə qalmışdır. Bununla bağlı o, xeyli məbləğdə gəlirdən məhrum olmuşdur. Beləliklə onun əldən çıxmış faydası 2000 manat təşkil etmişdir. Onun ümumilikdə Cavabdeh 8800 manat pulu qalmışdır. Göstərdiklərinə əsasən Cavabdeh onun borclu olduğu 6800 (altı min səkkiz yüz) manat məbləğində pulun və 2000 (iki min) manat məbləğində əldən çıxmış faydanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı göstərmişdir ki, iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Cavabdeh problemi olduğu üçün ondan 6800 manat borc pul istəmişdir. Ona inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh bunu Gəncə Apellyasiya Məhkəməsində 2(104)-2249/2023 saylı, xx.xx.2023-cü il tarixdə mülki işə baxılarkən verdiyi izahatı ilə təsdiqləmişdir. Cavabdeh həmin izahatında özünün ona 5000- 6800 manat borcu olduğunu, həmin borcun yalnız özünə aid olduğunu bildirmişdir. Cavabdeh ondan aldığı pulu 5-6 aya qaytaracağına söz vermişdir. Beləliklə o, cavabdeh ilə aralarında olan razılaşmaya əməl etmiş, lakin cavabdeh ona borclu olduğu pulu qaytarmamışdır. Cavabdeh bəhs etdiyi qəbzlərin hazırki iddia tələbinə heç bir aidiyyəti olmadığını bildirmişdir. Belə ki, onun da hazırda əlində cavabdehə göndərdiyi xeyli sayda qəbzlər olduğunu bildirmişdir. Cavabdehin həmin qəbzlərin olduğunu bildirməsi, onun borclu olduğu pulu ödəməkdən yayınması ilə əlaqəli olduğunu bildirmişdir. Odur ki, məhkəmədə Cavabdeh qarşı onun borclu olduğu 6800 (altı min səkkiz yüz) manat məbləğində pulun və 2000 (iki min) manat məbləğində əldən çıxmış faydanın alınıb ona verilməsi tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Hazırda iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində izahat vermiş Cavabdeh göstərmişdir ki, iddiaçı ilə heç bir ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. O, iddiaçıdan 6800 manat pul götürmüş və həmin pulu qaytarmışdır. Bu barədə qəbzləri təqdim etmişdir. Gəncə Apellyasiya Məhkəməsində xx.xx.2023-cü il tarixdə 2(104)-2249/2023 saylı mülki işə baxılarkən həmin məhkəmə iclasında iştirak etmişdir. Həmin məhkəmə iclasında verdiyi izahatı təsdiq etmişdir. Apellyasiya məhkəməsində işə baxıldıqdan sonra iddiaçıya ödənişlər etməmişdir. Hazırda iddiaçıya borcu qalmamışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixdə Göygöl RPŞ tərəfindən verilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959cu ildə Kəlbəcər rayon Susuzluq kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixdə verilmiş seriya AA № 059603 saylı məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, Əsədov X2 rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarına əlavə edilmiş Tərtər rayon Şıxrax qəsəbə İƏD-i üzrə nümayəndənin verdiyi 140 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Əsədov X2 rayonundan məcburi köçkün düşmüş və Tərtər rayon Şıxarx qəsəbəsində yaşayır. İş materiallarına əlavə edilmiş Tərtər RPŞ tərəfindən verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə Tərtər rayon Qapanlı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2249/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamədə məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, özü əvvəllər də İddiaçı borc almışdır və hazırda onun özünün İddiaçı təqribən 5000-6800 manat aralığında borcu vardır. Ancaq həmin borc X1 13800 manat məbləğində borcun verildiyi barədə yazdırılmış qəbz əsasında verilməmişdir. Həmin məbləğdə borc yalnız onun özünə aid olan borcdur. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ümumilikdə 6800 manat borc pul istəmişdir. İddiaçı münasibətləri yaxşı olduğundan ona inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh İddiaçı 5000-6800 manat pul borclu olmasını Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2249/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında konkret olaraq göstərmiş, lakin həmin borcu qaytarması və ya ona borclu olmaması barədə hər hansı bir fikir söyləməmişdir. Pulu vaxtında qaytarmadığı üçün iddiaçı cavabdehdən pulunu tələb etmiş, lakin ala bilməmişdir. Odur ki, iddiaçı məhkəmədə cavabdehdən 6800 manat borcunun alınıb ona verilməsi tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş İddiaçı cavabdehin hazırda ona 6800 manat borcu olduğunu bildirmişdir. Lakin iddiaçı cavabdehin ona əldən çıxmış faydaya görə 2000 manat borclu olduğunu göstərsə belə, həmin xüsusatı təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq ifadə vermişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı aldığı borcu qayatardığını göstərsə də, bu barədə hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq ifadə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiasının əlavə fayda tələbinə dair hissəsi və cavabdehin iddiaçıya borcunun qalmaması barədə göstərdiklərinin təmin edilməsi məqsədəmüvafiq deyildir. İş materiallarına əlavə edilmiş cavabdehin təqdim etdiyi xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, həmin qəbzlərdəki pul vəsaitləri iddiaçının adına göndərilsə də, hansı məqsədlə göndərildiyi müəyyən edilməmiş, eləcə də Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2249/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edilən tarixdən əvvəl göndərilmişdir. Həmin məhkəmə iclasında isə Cavabdeh hazırda İddiaçı 5000-6800 manat məbləğində pul borcu olduğunu göstərmiş və pulun qaytarılması ilə bağlı izahatında hər hansı bir ifadə işlətməmişdir. İddiaçı dəfələrlə pulunu cavabdehdən tələb etmiş, lakin cavabdeh hər dəfə yalan vədlər verərək sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu 6800 manat təşkil edir. Məhkəmə iclasında elan olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2249/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində cavabdehin iddiaçıdan borc pul alması, cavabdeh tərəfindən verilmiş izahatla öz təsdiqini tapır. Məhkəmə iclasında dindirilmiş cavabdeh biri-biri ilə ziddiyyətli olan izahatlatr verdiyindən, onun səmimi ifadə verməsini şübhə altına almışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdeh tərəf iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Cavabdehin iddiaçıya həmin məbləğdə pul borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən yuxarıda qeyd olunan sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, cavabdeh hazırkı vəziyyətdə iddiaçıya olan 6800 manat borcunu qaytarmamışdır. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqi normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, İddiaçı məcburi köçkün olduğuğundan, dövlət rüsumundan azad olunmuşdur. Odur ki, rüsum mülki iş üzrə Cavabdeh 88 (səksən səkkiz) manat pul vəsaiti alınıb Dövlət gəlirlərinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının, cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir, Cavabdeh 6800 (altın səkkiz yüz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6800 (altın səkkiz yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 88 (səksən səkkiz) manat məhkəmə məsrəfi kimi pul vəsaiti alınıb Dövlət gəlirlərinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-55/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-55/2025
23.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver