Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-607/2025 18.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, əfəndiyev İlqar Gülməmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum X3nun 31 avqust 1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində idarə etdiyi tarktotrla qəzaya uğraması səbəbindən ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə bağlı dəqiqləşdirmə ərizəsi təqdim edərək mərhum X3nun 31 dekabr 1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1977-ci ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olmuşdur. X3 xx.xx.1984-cü ildə idarə etdiyi traktorla qəzaya uğramış və vəvat etmişdir. 1993-cü ildə erməni silahlı birləşmələri Ağdərə rayonunu işğal etdikləri üçün o, anası X26, qardaşı X21 və bacısı X13 ilə birgə məcburi köçkün düşmüş, həmin vaxtdan indiyədək Tərtər rayonu, Hacıqərvənd kəndində müvəqqəti məskunlaşmışlar. xx.xx.1995-ci il tarixdə Tərtər rayonu, Hacıqərvənd kənd sakini Elşən Qəhrəmanovla ailə qurmuş, onların iki övladları olmuşdur. X7 aralarında olan nikah pozulmuş, hazırki dövrədək uşaqları ilə birlikdə yaşayır. Nikahları pozulduqdan sonra keçən müddət ərzində o, məcburi köçkün olsa da məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün hüquq və imtiyazlardan istifadə edə bilməmişdir. Halbuki, onun anası, bacısı və qardaşı məcburi köçkünlər üçün nəzərdə tutulan bütün hüquq və imtiyazlardan istifadə edirlər. Onun məcburi köçkünlər üçün nəzərdə tutulan bütün hüquq və imtiyazlardan istifadə edə bilməməmiyinin səbəbi kimi X3nun 31 dekabr 1984-cü ildə traktorla qəzaya uğraması səbəbindən vəfat etməsinə baxçayaraq savadsız olduqlarından və müxtəlif üzürlü səbəblərdən indiyədək onun ölüm haqqında şəhadətnaməsini almaması göstərilmişdir. Belə ki, bu yaxınlarda o, özünə və əri Elşən Qəhrəmanov ilə birgə nikahdan xx.xx.1996-cı ildə anadan olmuş X6 və xx.xx.2001-ci ildə anadan olmuş X10 adlı uşaqlarına məcburi köçkünlük statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün müraciət edərkən ondan X3nun ölüm haqqında şəhadətnaməsinin ailə tərəfindən alınmadığı müəyyən edilmişdir. Ona görə də X3nun xx.xx.1984-cü ildə vəfat etməsini təsdiq edən ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Tərtər rayon Qeyudiyyat Şöbəsi ona məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən mərhum X3nun 31 avqust 1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində idarə etdiyi tarktotrla qəzaya uğraması səbəbindən ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, ərizəsində mərhum X3nun 31 avqust 1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində idarə etdiyi tarktotrla qəzaya uğraması səbəbindən ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin sonradan ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək mərhum X3nun 31 dekabr 1984cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, X3 31 dekabr 1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində vəfat etmiş, onu yaşadıqları Ağdərə rayonunun İmarət Qərvənd kənd qəbristanlığında dəfn etmişlər. Mərhum X3na yas mərasimi keçirilmiş, yaxınları, kənd əhalisi həmin yas mərasimində iştirak etmişlər. Qanunları bilmədikləri üçün atasının ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Göstərdiklərinə əsasən sözüügedən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümqyəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X11 göstərmişdir ki, Ərizəçi mərhum X3 ilə münasibətləri yaxşı olmuşdur. Əjdər Abbasovun bibisi onun qardaşının həyat yoldaşı olmuşdur. Əjdər Abbasov vəfat edərkən qış ayları olmuş, onu yaşadıqları İmarət Qərvənd kənd qəbristanlığında dəfn etmişlər. Əjdər Abbasovun həyətində yas mərasiminin keçirilməsi üçün mağar qurulmuşdur. Yaxın kimi kənd əhalisi ilə birlikdə Əjdər Abbasovun yas mərasimində iştirak etmişdir. Onun atası, qardaşı oğlu da yaşadıqları İmarət Qərvənd kəndində dəfn olunmuşdur. Bir şahid kimi təsdiq etmişdir ki, X20 31 dekabr 1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində vəfat etmiş, onu yaşadıqları Ağdərə rayonunun İmarət Qərvənd kənd qəbristanlığında dəfn etmişlər. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X4 göstərmişdir ki, Ərizəçi mərhum X3 ilə həmkəndli kimi münasibətləri yaxşı olmuşdur. Ərizəçinin anası isə Əfruz Abbasovadır. Əjdər Abbasov mexanizator-traktorçu olmuşdur. O, yaşadıqları kənddə “K-700” markalı traktoru idarə etmişdir. Əjdər Abbasov 31 dekabr 1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində vəfat etmişdir. Onu yaşadıqları Ağdərə rayonunun İmarət Qərvənd kənd qəbristanlığında dəfn etmişlər. Əjdər Abbasovun dəfn günü və üç mərasimində iştirak etmişdir. Onun yas mərasimi həyətində qurulan mağarda keçirilmişdir. Kənd əhalisi onun yas mərasimində iştirak etmişdir. Bir şahid kimi X9 31 dekabr 1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində vəfat etdiyini, onu yaşadıqları Ağdərə rayonunun İmarət Qərvənd kənd qəbristanlığında dəfn etdiklərini təsdiq etmişdir. Mülki işə əlavə edilmiş AZE № ******** nömrəli şəxsiyyt vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş İV-JQ № 442486 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X20, ana qrafasında X16 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X5 arasında nikah 14 fevral 2004-cü ildə pozulmuş, ərə Qəhrəmanov, arvada Abbasova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Tərtər rayon Çardaxlı kənd İƏD-i üzrə nümayəndəliyin verdiyi 325 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Ağdərə rayonu İmarət Qərvənd kəndindən məcburi köçkün düşmüş, Tərtər rayonu Çardaxlı kəndi üzrə nümayəndəlikdə qeydiyyatda olmaqla, hazırda Tərtər rayonu Hacıqərvənd kəndində yaşayır. Mülki işə əlavə edilmiş Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X26 1992-ci il tarixdə erməni işğalçılarının təcavüzü nəticəsində Ağdərə rayonunun İmarət Qərvənd kəndindən məcburi köçkün düşmüşdür. Tərtər rayon Çardaxlı kənd İƏD-i üzrə nümayəndəliyində qeydiyyatdadır.Onun həyat yoldaşı mərhum X20 31 dekabr 1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində vəfat etmişdir. Mülki işə əlavə edilmiş Tərtər rayon Çardaxlı kənd İƏD-i üzrə nümayəndəliyində xx.xx.2024-cü il tarixdə Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olmuş həmin kənddən məcburi köçkün X15, Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olmuş həmin kənddən məcburi köçkün X22, Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olmuş həmin kənddən məcburi köçkün X12, Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olmuş həmin kənddən məcburi köçkün X23 və Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olmuş həmin kənddən məcburi köçkün X2 iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, Ərizəçi mərhum X3 31 dekabr 1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində vəfat etmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx.xx.2024-cü il tarixli xx/xx-1282 saylı arayışdan görünür ki, X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X9 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamşdır. Bildirlmişdir ki, ölüm haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnsan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən ölümün dövlət qeydiyyatına Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum omluşdur ki, ərizəçinin X3 31 dekabr 1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində vəfat etmişdir. Onu yaşadıqları Ağdərə rayonunun İmarət Qərvənd kənd qəbristanlığında dəfn etmişlər. Bu fakt mülki işə əlavə edilmiş sənədlərlə və şahidlərin ifadələri ilə tam sübuta yetir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma,ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə tətbiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”ın8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, ərizəçinin izahatını, şahidlərin ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum X3nun 31 dekabr 1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində ölümünün qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum X3nun 31 dekabr 1984-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydaya təqdim olunduğu vaxtdan 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-607/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-607/2025
18.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver