Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-686/2024 25.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı və vəkalətli nümayəndəsi (əri) X1, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 5550 (beş min beş yüz) manat pulun və evinə dəymiş zayanın hesablanaraq müştərək qaydada tutularaq ona verilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İş materiallarınə əlavə edilmiş İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı mülki iş üzrə iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 olduğundan, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 ilə bağlı iddia tələbinin həmin hissəsindən imtina etdiyini və həmin hissənin icraatına xitam verilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı iddianın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 aid olan hissəsindən imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən, mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 nisbətdə xitam verilməsi qərara alınmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, evini təmir etdirmək üçün aralarında razılıq əldə etmişlər. Cavabdeh tərəfindən görülən işlər yarımçıq aparılmışdır. Bundan əlavə aparılan təmir işləri düzgün aparılmadığı üçün evi yağış suyunun altında qalaraq bərbad hala düşmüşdür. İddiaçı qeyd etmişdir ki, cavabdehlərə evin damını düzəldilməsi üçün onun tərəfindən 1350 manat, hörgü işləri üçün isə 1200 manat pul vermişdir. Bundan əlavə olaraq təmir-tikinti materialları üçün 3000 manat pul ödəmişdir. Lakin cavabdehlər təmir tikinti işlərini düzgün aparmayaraq evinin damının çökməsinə gətirib çıxarmış və bilərəkdən işləri yarımçıq qoyaraq çıxıb getmişlər. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq yenə də onların səhvindən yaranmış fəsadları aradan qaldırmamışlar. Onların düzgün iş görməməsi səbəbindən onun evinə xeyli miqdarda ziyan dəymişdir. Uzun müddətdir ki, yaşadığı ev yağış suları altında qalmışdır. Göründüyü kimi cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona ziyan dəymişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 5550 manat pulun və evinə dəymiş zayanın hesablanaraq müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, cavabdehlərlə heç bir ədavəti olmamış, evinin təmirinə başlayarkən tanımışdır. 44 günlük müharibə vaxtı onun həyətinə erməni birləşmələrinin atdığı top mərmisi onun həyətinə düşmüşdür. Ancaq mərmi partlamamışdır. Bunu baxmayaraq evin divarlarında çatlar əmələ gəlmişdir. Bu səbəbdən də o, evinin üstünü təmir etdirməli olmuşdur. Bu səbəbdən usta axtarmışdır. Ona İntiqam adlı ustanın mobil nömrəsini vermişlər. Cavabdeh1 və Cavabdeh2 gəlib işə baxmış və 300 manat pul istəmişlər. Onlarla 280 manata razılaşmışlar. Səhəri gün Cavabdeh1 4 nəfərlə gəlib işə başlamışlar. Onlardan evin üstünü 3 mişar daşı qaldırsa neçəyə hörəcəklərini soruşmuş, onlarla 4 manata razılaşmışlar. Gördükləri işi qurtardıqdan sonra onlara 300 manat pul vermişlər. Həmin vaxt Cavabdeh4 onlara yaxşı ev üstü vuran usta tanıdıqlarını bildirmişdir. Cavabdeh4 Cavabdeh3 zəng vurmuş, Cavabdeh3 evin üstünə baxmış və 2000 manat pul istəmişdir. Onunla 1700 manata razılaşmışlar. Cavabdeh3 evin üstünü sökmüşdür. Evin üstü söküldükdən sonra hörgü ustaları gəlib evin üstünə baxmış və 1200 manat pul istəmişlər. lakin onlarla 900 manata razılaşmışlar. Onlar 3-4 gün deyil 8-9 günə guya işi qurtarmışlar. Xəstə olduğu üçün evin üstünə çıxıb görülən işə baxa bilməmişdir. Axşamdan başlayan yağış səhərə qədər davam etmiş, otaqları pis vəziyyətə salmışdır. Yağış yağarkən bir təhər evin üstünə çıxmış və onların heç bir iş görmədiklərini bilmişdir. Sonradan məlum olmuşdur ki, ustalar öz aralarında danışıb onlardan 500 manat pul almışlar. Ev üstü vuran usta onlara 1200 manat, lakin onlar isə ona 1700 manat demişlər. Bu söhbəti ona Cavabdeh3 bildirmişdir. Onlar evin üstünü vurana işi dayandırmasını tələb etmiş, ona evin üstünü sökəcəyini, hörkü işlərini görənlərin isə gəlib iş.lərini tamamlamalarını bildirmişlər. Cavabdeh3la yenidən görəcəyi işə 1000 manata razılaşmışlar. Bundan sonra hörgü ustaları ilə əlaqə saxladıqda ondan yenidən əvvəlcə 1000 manat, sonra 500 manat, axırda 200 manat pul istəmişlər. Onlarla 200 manata razılaşmışlar. Cavabdeh3 1000 manata danışdıqları işi onlarla 1700 manata razılaşmışlar. Dəfələrlə zəng vurmuş, evlərinə getmiş, lakin razılığa gəlməmişlər. Bu səbəbdən dəfələrlə rayon Prokurorluğuna, Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsində ona məhkəməyə müraciət etmək bildirilmişdir. Onun Cavabdeh3 650 manat borcu qalmayıb. Belə ki, Polis Şöbəsində olarkən Tapdıq Novruzaov ona 500 manat pul qaytarmağı vəd etmiş, lakin 300 manat verdiyi üçün pulu qaytarıb özünə vermişdir. O, Cavabdeh3 yarımçıq gördüyü işə görə ona 1350 manat pul vermişdir. İş üzrə "xxxx" MMC-ə qiymətləndirmə ilə bağlı müraciət etmiş. Cəmiyyətin nümayəndələri onların və cavabdehlərin iştirakları ilə evə baxış keçirmiş və rəy vermişlər. Eləcə də Tərtər Rayon İcra Hakimiyyətindən sorğuya əsasən gəlib evə baxış keçirmişlər. Evə dəymiş ziyan hesablanmışdır. Həmin rəylərlə razı olduğunu bildirmişdir. Bir müddət əvvəl məhkəməyə ərizə ilə müraciət edərək yağan yağışların evinə artıq ziyan vurmaması üçün evinin dam örtüyünü sökdürüb yenidən vurduracağanı bildirmiş və bundan sonra evin üstünü sökdürüb yenidən vurdurmuşdur. Göstərdiklərinə əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 onun evinə dəyən ziyanın və onlara verdikləri pulların alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. İş üzrə İddiaçı vəkalətli nümayəndəsi X4 iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlər onların yaşadıqları evdə usta kimi işləmiş, lakin işlərinin öhdəsindən gələ bilməmiş və nəticədə gördükləri iş yarımçıq vəziyyətdə qalmışdır. Onlara gördükləri işlərindəki nöqsanları aradan qaldıraraq işi tamamlamağı bildirsələr də, buna razılıq verməmişlər. Odur ki, aradan xeyli müddət keçmiş yağan yağışlar üstü yarımçıq qalmış evinin içərisinə tökülmüş, evinin təmiri yararsız hala düşmüşdür. Dəfələrlə cavabdehlərə işlərini normal qaydada sona çatdırmalarını bildirmiş, lakin nəticə əldə edə bilməmişdir. İş üzrə "xxxx" MMC-ə qiymətləndirmə ilə bağlı müraciət etmişlər. Cəmiyyətin nümayəndələri hər iki tərərfin iştirakları ilə evə baxış keçirmiş və rəy vermişlər. Eləcə də Tərtər Rayon İcra Hakimiyyətindən sorğuya əsasən gəlib evə baxış keçirmişlər. Evə dəymiş ziyan hesablanmışdır. Həmin rəylərlə razı olduqlarını bildirmişdir. Odur ki, xeyli müddət gözlədikdən sonra məhkəməyə müraciətlə etməklə məcbur olub evin dam örtüyünü söküb, yeni dam örtüyü quraşdırmışlar. Göstərdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AR-İİİ 384642 saylı 18 iyun 2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı (əri) X2 etibarnamə verərək məhkəmə iclasılarında onu təmsil etməyi həvalə etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməmiş və göstərmişdir ki, İddiaçı ilə heç bir ədavəti olmamış, onun evində işləməyə başlayarkən tanımışdır. O, uzun müddətdir ki, dam örtüyü ustası işləyir. İddiaçı onunla telefon əlaqəsi saxlayaraq Tərtər şəhərində yerləşən evinin dam örtüyünü təmir etdirmək istədiyini bildirmişdir. O, həmin evə baxmış və nə vaxt, hansı formada və qiymtdə razılaşmışlar. İşə başlamış, evin dam örtüyünü vurub qurtarmağa az qalmış iddiaçı evin hündürlüyündən yəni, evin alçaq olmasını nöqsan bildirərək, dam örtüyünün ona heç bir ödəniş etmədən yenidən sökülməsini ondan istəmişdir. Həmin gün onun orda bir günlük işi qalmışdır. Həmin gün o,işini tam qurtarıb evi təhvil verib zəhmət haqqımı da alıb çıxmalı olmuşdur. Lakin İddiaçı ona dam örtüyünü söküb qurtarmalı olduğunu, bundan sonra hörgü ustasının evin hündürlüyünü iki mişar daşı qaldırdıqdan sonra ona danışdıqları qiymətə evinn üstünü yenidəm vurmağı bildirmişdir. Ona etirazını bildirmiş, bu işdə onun günahının olmadığını və iddiaçıya bu işlərə görə əlavə pul ödəyəcəyi təqdirdə həmin işi görəcəyini bildirmişdir. İddiaçı bununla razılaşmadığından aralarında narazılıq baş vermişdir. İddiaçıdan qalan zəhmət haqqısı 650 manatı tələb etmiş, lakin o, verməkdən imtina etmişdir. İddiaçı müəyyən pul ödəyərək "xxxx" MMC-dən rəy almış. Həmin vaxt iştirak etmişdir. Həmin rəylə razı deyildir. Bundan əlavə iddiaçı evə baxış keçirib qiymətləndirmə aparmaq üçün digər ekspertin evə baxış keçirməsini gözləməmiş, onun gördüyü işi söküb yeni dam örtüyü quraşdırmışdır. Göstərdiklərinə əsasən iddiasının təmin edilməməsini xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməmiş və göstərmişdir ki, İddiaçı ilə heç bir ədavəti olmamış, onun evində işləməyə başlayarkən tanımışdır. O, uzun müddətdir ki, hörgü işləri ilə məşğuldur. İddiaçı xeyli müddətdir ki, guya evində onun tərəfindən görülən hörgü işlərində yol verilmiş, həmin nöqsana görə işi dayandırmış və nöqsanın aradan qaldırılmasını bildirmişdir. Halbu ki, o, iddiaçının evində hörgü işlərini görüb qurtarmış, halalaşmış və iddiaçıdan 1200 manat pul almışdır. İş üzrə iddiaçı tərəfindən "xxxx" MMC-dən rəy alınmışdır. Həmin rəylə razı deyildir. Bundan əlavə iddiaçı evə baxış keçirib qiymətləndirmə aparmaq üçün digər ekspertin evə baxış keçirməsini gözləməmiş və evin üstünü başqa ustalara təmir etdirmişdir. Zəhmət haqqı kimi aldığı 1200 manatı qaytarmaq istəmədiyini, İddianı qəbul etmədiyini bildirmiş və təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Tərtər şəhərində anadan olmuş və ünvan 1-də qeydiyyatdadır. İş materiallarında olan Tərtər İƏD-İ üzrə nümayəndəliyin verdiyi 572 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1-də yaşayır. İş materiallarında olan iddiaçının təqdim etdiyi "xxxx" MMC-dən alınmış mütəxəssis rəyinin surətindən (əsillərin rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir) görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün yenilənməsinə çəkilən xərcin və dəymiş ziyanın məbləğini müəyyən etmək üçün aparılmış qiymətləndirmə işinə dair mütəxəssis rəyi verilmişdir. Həmin rəydən aydın olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində aparılmış hörgü işləri və çardaq örtüyü tikinti norma və qaydalarına uyğun aparılmamışdır. Belə ki, dam örtüyünün məhkəmliyi üçün hörgü işləri ikiqat mişar daşı ilə aparılmalı və yekunda dəmir-beton toxuma ilə kəmər yığılmalı olmuşdur. Fərdi yaşayış evinin dam örtüyü tikinti normalarına uyğun işlənilmədiyindən yağan yağış nəticəsində otaqların tavan və divarlarına ciddi ziyan dəymişdir. Fərdi yaşayış evinin üzərində aparılmış hörgü işləri və çardaq örtüyü norma və qaydalara uyğun aparılmadığından sökülərək yenidən inşa edilməlidir. Bundan əlavə yaşayış otaqlarının tavan və divarları da yenidən boyanmalıdır. Bütün bu xərclər 7-ci səhifədəki cədvəldə göstərilmişdir. Nəticədə fərdi yaşayış binasına dəymiş ziyanın məbləğinin 6600 manat olduğu müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon İcra Hakimiyyətinin 02 avqust 2024-cü il tarixli 5-78/2-695/2024 saylı məktubundan görünür ki, Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubla bağlı əraziyə və fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, evin üzərində aparılmış hörgü işləri və çardaq örtüyü tikinti texniki normalara uyğun aparılmamışdır. Odur ki, fərdi yaşayış evinə dəymiş ziyan aparılan tikinti işləri zamanı olan çatışmamazlıqların nəticəsində əmələ gəlmişdir. İş materiallarında olan İddiaçı məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iş üzrə ekspert rəyi aləınması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Hazırki dövrədək rəy alınmamışdır. Payız aylarının başlandığı üçün yağışlar başlayarsa evi daha bərbad vəziyyətə düşmüş olasaqdır. Ona görə də evin dam örtüyünü yığdırmaq məcburiyyətində olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli saylı məktubdan görünür ki, məktuba əlavə edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə (ekspert Elmar Səidov) məlumatda məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmiş, lakin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ilkin təmir işlərinin saxlanılmadığı və əlavə təmir-tikinti işlərinin aparıldığıdan baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə iddiaçının, vəkalətli nümayəndəsinin, cavabdehlərin izahatlarını və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, iddiaçı və cavabdeh tərəf arasında olan razılaşmaya əsasən cavabdehlər iddiaçının istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ilkin təmir işləri aparmışlar. İddiaçı tərəf aparılan işləri dayandırmış və cavabdehlərə yenidən həmin işləri razılaşmaya əsasən aparmalarını tələb etmişdir. Lakin qarşı tərəf işlərin normal aparıldığı üçün yenidən aparılacaq təmir işlərinə əlavə xərc tələb etmişlər. Bu səbəbdən onların arasında narazılıq yaranmışdır. Məhkəmə iclasında izahat vermiş İddiaçı cavabdehlər tərəfindən aparılan işlərin vaxtında və normal aparılmadığını, bu səbəbdən yağan yağışlar nəticəsində evə xeyli məbləğdə ziyan dəydiyini, həmin ziyanın cavabdehlərin gördükləri işlərin səbəbindən yarandığını, bu səbəbdən ona dəymiş ziyanın və cavabdehlərə verdiyi pulların alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldırdığını və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh4 İddiaçı yaşadığı evin çardaq hissəsində onun sifarişi ilə hörgü işləri aparmış, işlərini qurtardıqdan sonra zəhmət haqqını almaqla işini qurtarmışdır. O, apardığı hörgü işlərini normal qaydada görmüş və işini qurtarıb getmişdir. İddianın əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh3 iddiaçının yaşadığı evdə çardaq örtüyünü təmir etdiyini, təmir tikinti işlərinin normal qaydada aparıldığını, lakin iddiaçının evin alçaq olduğunu bildirərək, onun işini dayandırdığını, bunun onun işinə aidiyyəti olmadığını, iddiaçının ona 650 manat pul borcu qaldığını bildirmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən müraciət edilərək "xxxx" MMCdən mütəxəssis rəyi alınsa da, əsas mötəbər sənəd hesab edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən ekspert rəyi alınmamışdır. Beləliklə məhkəmə iclasında izahat vermiş İddiaçı onun fərdi yaşayış evinə dəymiş ziyanın məhz cavabdehlərin təqsiri ucbatından olmasını, evinin təmirinin yarımçıq qalmasının yağışların evinə yağmasını bildirsə də, evinin yarımçıq qalmış təmir işlərini aparmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən ekspert rəyinin alınması təmin edilməmişdir. İddiaçı "xxxx" MMC-dən mütəxəssis rəyini və Tərtər Rayon İcra Haikimiyyətinin evə keçirdiyi baxışı əsas gətirərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə "xxxx" MMC-dən alınmış rəyin sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Belə ki, həmin rəydə göstərilən qiymətlərin haradan, necə alındığı məlum olmamışdır. Azərbaycan Respublikası MPM-in 103.1-ci madəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəf iddia tələbini təsdiq etmək üçün məhkəməyə hər hansı bir mötəbər sənəd təqdim edə bilməmişdir. Həmçinin məhkəmə cavabdehin iddiaçıya ziyan vurmadığını, işlərini normal yerinə yetirdiklərini göstərməsini həqiqətə uyğun hesab edir və qəbul edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçının fərdi yaşayış evinə ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi iddiaçı yaşadığı fərdi yaşayış evində yarımçıq qalmış təmir işlərini söküb yenidən apardığı üçün əsas sübut növü olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən ekspert rəyinin alınması mümkün olmamışdır. Bunlarla yanaşı iddiaçı ailəsi ilə ilə birlıikdə mübahisəli evdə yaşamasını bildirsə də həmin evin məhz onlara məxsus olması barədə Çıxarış sənədini təqdim etməmişdir. Beləliklə, məhkəmə iddiaçının va cavabdehin izahatlarını müqayisəli təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı yaşadığı fərdi yaşayış evinə cavabdehlərin gördükləri təmir işləri zamanı ziyan dəyməsini iddia etsə də, bu barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Eləcə də tərəflər arasında fərdi yaşayış evində görüləcək işlərlə öz aralarında el adəti ilə razılaşmış, lakin görüləcək işlərlə bağlı onların arasında hər hansı bir müqavilə bağlanmamış, tərəflər üzərilərinə heç bir öhdəlik götürməmişlər. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı cavabdehlərin ona pul borclu olmasını və yaşadığı fərdi yaşayış evinə ziyan vurmasını sübuta yetirə bilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Kontitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarları qanuna və sübutlara əsaslanır. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin Plenumu “Nailə Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstutisiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01. 2006-cı il tarixli qərarına qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təqdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, lik növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni məhafelərini müdafə edən akt kimi çıxış etməlidir. Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarını, iddiaçının, vəkalətli nümayəndəsinin və cavabdehlərin izahatlarını və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı 5550 (beş min beş yüz əlli) manat pul vəasitinin və evnə dəymiş ziyanın hesablanaraq cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı 5550 (beş min beş yüz əlli) manat pul vəsaitinin və evnə dəymiş ziyanın hesablanaraq cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-686/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-686/2024
25.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver