Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-691/2024 26.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı ona çatası 4200 (dörd min iki yüz) manat məbləğində pulun və 62 (altmış iki) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1-də yaşayır. Cavabdeh şəhər sakini kimi tanımış, onun anası Nazilə Orucova ilə münasibətləri yaxşı olmuşdur. Nazilə Orucovaya bir insan kimi hörməti olmuşdur. 2020-ci il sentyabr ayında Cavabdeh problemi olduğu üçün ondan 4200 manat borc pul istəmişdir. Ona inanmış və həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh ondan pul alması ilə bağlı qəbz yazıb vermiş və həmin pulu 3 aya qədər qaytaracağına söz vermişdir. Beləliklə o, Cavabdeh ilə aralarında olan razılaşmaya əməl etməklə ona 4200 manat pulu vermişdir. Cavabdeh razılaşmaya əməl etməmişdir. Verdiyi pulları vaxtında qaytarmadığı üçün Cavabdeh verdiyi borc pulu istəmişdir. O, sonra verəcəyini bildirmişdir. O, bir daha pullarını istəyəndə cavabdeh yenə yalan vədlər verərək qaytaracağını bildirmişdir. Artıq onunla əlaqə saxlamaq istədikdə Cavabdeh onunla danışmaq istəməmişdir. O, Cavabdeh xəbərdarlıq etmişdir ki, pulu qaytarmasa onu məhkəməyə verəcəkdir, buna baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. O, pulunu ala bilmədiyindən və o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə onun cavabdehdə 4200 manat pulu qalmışdır. Pulunu qaytarmadığı üçün mübahisənin həll edilməsi məqsədi ilə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Göstərdiklərinə əsasən Cavabdeh ona çatası 4200 manat məbləğində pulun və ödədiyi 62 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı göstərmişdir ki, Cavabdeh anası Nazilə Orucovaya görə tanımışdır. Nazilə Orucova ilə münasibətləri çox yaxın olmuşdur. Təqribən 2020-ci ilin sentyabr ayında Cavabdeh ondan 4200 manat pul istəmişdir. Nazilə Orucova ilə münasibətləri yaxın olduğundan, ona inanıb, etibar edib evində həmin məbləğdə pulu ona vermişdir. Cavabdeh öz xətti ilə qəbz yazmış və imzalamışdır. Lakin Cavabdeh söz verdiyi vaxtda ona borclu olduğu pulu qaytarmamışdır. Hazırda da həmin pul Cavabdeh tərəfindən ona qaytarılmamışdır. Dəfələrlə Cavabdeh pulunu tələb etmiş, lakin ala bilməmişdir. Son zamanlar ona pulunu verməyəcəyi təqdirdə onu məhkəməyə verəcəyini bildirsə də müsbət nəticə olmamışdır. Cavabdeh atasının kartı onda olmamış və o, həmin kartdan pul çıxartmamışdır. Sözügedən iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərdiklərinə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh göstərmişdir ki, İddiaçı ilə heç bir ədavəti olmamış, onu anası Nazilə Orucova vasitəsi ilə tanımışdır. O, iddiaçıdan 4200 manat borc alması ilə bağlı yazılı qəbz verməmişdir. O, iddiaçıdan 1200 manat pulu 02 sentyabr 2024-cü il tarixdə İddiaçı evində almışdır. Bir müddət sonra isə iddiaçıdan 200 manat almışdır. Buna görə İddiaçı qəbz yazıb vermiş, lakin həmin qəbzdəki qaralamanı o, etməmişdir. Həmin pulu qaytarmaq üçün İddiaçı atasının pensiya kartını və sonradan bacısı qızının kartını vermişdir. İddiaçı 1 il müddətində həmin kartlardan artıqlaması ilə pulu götürmüşdür. Bu səbəbdən onun iddiaçıya borcu qalmamışdır. Göstərdiklərini nəzərə alıb iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə ermiş X3 məhkəmə iclasında göstərmişdir ki, İddiaçı şəhər sakini kimi tanımış, onunla münasibətləri şəhər sakini kimi yaxşı olmuşdur. Oğlu Cavabdeh ona pul lazım olduğu üçün 1400 manat pul götürmüş, xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasına getmişdir. Həmin vaxtdan 1 ay sonra pensiya kartını İddiaçı vermişdir. 1 il həmin kart iddiaçıda qalmış, iddiaçı pulu çıxarmış, kartını ondan geri istədikdə iddiaçı ona pulun faizini götürdüyünü bildirmişdir. Bu səbəbdən o, kartının qarşısını bağlatmış və yeni pensiya kartı almışdır. Hazırda oğlu Cavabdeh iddiaçıya borcu qalmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixdə Tərtər RPŞ tərəfindən verilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Zərdab rayon Otmalov kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Tərtər şəhəri, Z.Əhmədova küşəsi ev 05-də qeydiyyatdadır. İş materiallarının 7-ci vərəqində olan şəxsiyyət vəsiqəsinin arxasında yazılmış və Cavabdeh tərəfindən imzalanması göstərilmiş qəbzin surətindən görünür ki, Cavabdeh anasının rəfiqəsi (“podruqası”) İddiaçı 4200 manat pulu 3 ay müddətində qaytarmaq şərti ilə almışdır. Həmin qəbzdə 4200 rəqəmində qaralama olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli 4/1232 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 7-ci vərəqində Cavabdeh adına olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa tərəfində “Mən Cavabdeh sentyabrn 1 i...” sözləri ilə başlayıb,”.... borc ... aylığına Aldım. Öz imzamlada təsdiq edirəm” sözləri ilə bitən yazıları (“4200 dörd iki yüz 3 2020 ci il” rəqəm və yazılarından başqa) və sol hissəsindəki imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində Cavabdeh adına olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa tərəfinin ikinci sətrində “dörd iki yüz” yazıları və sonunda “2020 ci il” hərf və rəqəmli yazıları- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki işin 7-ci vərəqində Cavabdeh adına olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa tərəfində “Mən Cavabdeh sentyabrın 1 i...” sözləri ilə başlayıb, “... borc .... aylığına Aldım. Öz imzamlada təsdiq edirəm” sözləri ilə bitən yazıların sonunda sağ hissəsindəki imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Mülki işin 7-ci vərəqində Cavabdeh adına olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa tərəfindəki “4200” rəqəmləri və “3” rəqəmi tədqiqat prosesinin təsviri hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan Azərbaycan Respublikası “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən bildirilmişdir ki, həmin rəqəmlərin Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını, şahidin ifadəsini, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı borc pul almışdır. İddiaçı cavabdehin anası ilə münasibətləri yaxşı olduğundan ona inanıb həmin məbləğlərdə pulu borc olaraq vermişdir. Cavabdeh iddiaçıdan pul allması ilə bağlı qəbz yazıb vermiş və pulu üç aya qaytarmağa söz vermişdir. Pulu vaxtında qaytarmadığı üçün iddiaçı cavabdehdən pulunu istəmiş, lakin o, sonra verəcəyini bildirmişdir. İddiaçı bir müddət sonra yenə pulunu tələb etmiş, lakin ala bilməmişdir. Odur ki, iddiaçı məhkəmədə cavabdehdən 4200 manat borcunun alınıb ona verilməsi tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş İddiaçı cavabdehin hazırda ona 4200 manat borcu olduğunu bildirmiş və həmin məbləğdə pulun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh göstərmişdir ki, iddiaçıdan 1200 manat və sonradan 200 manat pul almışdır. Həmin pulu qaytarmaq üçün atasının pensiya kartını iddiaçıya vermişlər. İşdə olan qəbzi o, yazmış, qaralamaları və rəqəmləri sözlərlə o yazmamışdır. Ümumilikdə iddiaçıdan 1400 manat pul götürmüş və onu da qaytarmışdır. Məhkəmə cavabdehin izahatının bu hissəsini həqiqətə uyğun hesab etmir və sübut növü kimi qəbul edilmədiyini, cavabdehin özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirir. Eyni zamanda Cavabdeh həmin pulları iddiaçıya kart vasitəsi ilə qaytardığını bildirsə də bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla bağlı vəsatət təqdim etməmişdir. Bununla yanaşı İddiaçı da cavabdehə işin 7-ci vərəqində olan qəbzlə bağlı qaralanmış olan - “4200” manat pul verdiyini bildirsə də bu faktı təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq ərizə vermişdir. Məhkəmə hesab edir ki, cavabdehin həmin vəsatətinin təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı xahiş etmişdir. İddiaçı son dövrlərədək Cavabdeh və onun anasından pulunu tələb etməsi onu sübut edir ki, iddiaçı mütəmadi olaraq cavabdehdən pulunu tələb etmiş, lakin cavabdeh onun pulunu qaytarmamışdır. İddiaçı cavabdeh tərəfindən pulunun qaytarmaq istəmədiyinə əmin olduqdan sonra məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Bu hallar iddiaçının pul tələbi ilə bağlı məhkəməyə müraciət etməsinə görə müddətin axını kimi və iddiaçının son dövrlərə qədər cavabdehdən pulunu tələb etməsi kimi qiymətləndirililmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehin iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməsini məqsədəmüvafiq hesab etməmişdir. İddiaçı dəfələrlə pulunu cavabdehdən tələb etmiş, lakin cavabdeh hər dəfə yalan vədlər verərək sözünə əməl etməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu 1400 manat təşkil edir. Məhkəmə iclasında elan olunmuş cavabdehin iddiaçıdan borc pul alması, cavabdeh tərəfindən yazılmış qəbzlə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş iddiaçının məhkəməyə təqdim etdiyi şahid Rasim Məhəmmədi ifadəsində İddiaçı onun oğlu Cavabdeh 1400 manat pul verdiyini və həmin pulun qaytarılması üçün onun pensiya kartının iddiaçıya verildiyini, kartın 1 il müddətində iddiaçıda qaldığını, 1 ildən sonra kartını istədikdə iddiaçının həmin pulları faizə çıxdığını, bundan sonra kartın qarşısını bağlatdırmaqla yeni kart aldığını göstərmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən şahidin ifadəsinin iş üzrə sübut növü kimi qəbul edilməsini məqsədə müvafiq hesab etməmişdir. Məhkəmə bütün bu dəlilləri tədqiq edərər hesab edir ki, həmin hallar iş üzrə vacib və əsaslı olduğundan qətnamə qəbul edilərkən nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdeh tərəf iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Cavabdehin iddiaçıya həmin məbləğdə pul borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən yuxarıda qeyd olunan sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, cavabdeh hazırkı vəziyyətdə iddiaçıya olan 1400 manat borcunu qaytarmamışdır. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddia qismən yəni, 1400 manat hissədə təmin edildiyindən, iddia qaldırılması üçün iddiaçının ödədiyi 62 (yetmiş iki) manat dövlət rüsumunun, 36 (otuz altı)_manat hissəsi onun xeyrinə cavabdehdən tutulmalı, qalan 26 (iyirmi altı) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdehin vəsatəti əsasında təyin edilmiş məhkəmə - xəttşünaslıq ekspertizaı zamanı aparılmış tədqiqatın dəyəri olan 125 (yüz iyirmi beş) manat pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının, cavabdehin izahatlarını, şahid ifadəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir, Cavabdeh 1400 (min dörd yüz) manat məbləğində pul və 34 (otuz dörd) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1400 (min dörd yüz) manat məbləğində pul və 34 (otuz dörd) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə-xətşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 125 (yüz iyirmi beş) manat pul vəsaiti müştərək qaydada alınıb X2, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-691/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-691/2024
26.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver