Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-71/2025 07.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, Cavabdeh qarşı pul və maddi ziyan tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 26050 (iyirmi altı min əlli) manat məbləğində pulun və hazırki vaxta qədər ona dəymiş ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı idia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi 2- il əvvəl qonşu kimi tanımış, münasibətləri yaxşı olmuş, biri-birilərinin evinə gedib-gəlmişlər. xx.xx.2022-cim il tarixdə Cavabdeh onun evinə gələrək ondan göyərti alveril etdiyini və bu səbəbdən ona 2000 manat pul lazım olduğunu bildirmişdir. Həmin pulu 5 ay müddətində qaytaracağına söz vermişdir. O, 2000 manat pulu onun özünün yazdığı əl yazması ilə ona vermiş və imza etmişdir. xx.xx.2022-ci ildə Cavabdeh onun evinə gələrək ziyan etdiklərini bildirmiş və ondan 6000 manat pul istəmişdir. Cavabdeh alver edib pulunu hisə-hissə qataracağıbı bildirmiş və pulu ondan alması ilə bağlı əlyazma yazıb vermiş və imza etmişdir. xx.xx.2022-ci ildə Cavabdeh onun evinə gələrək nəvəsi Nihatın xəstələndiyini, bazarda alverin zəiflədiyini, göyrətini restoranlara, kafelərə, mağazalara biir yerdən (“obtavoy”) verdiyini, günlük gəlirinin 150-200 manat olduğunu bildirmiş, qaynı göndərdiyi 12000 manat pulu ona borca verməsini xahiş etmişdir. O, isə 12000 manat pulu hissə-hissə əlyazma ilə Cavabdeh vermişdir. Cavabdeh həmin pulu 12 ay müddətində ona qaytaracağını, əlyazmanı yazmağı heç kim ona məcbur etmədiyini, öz söləri ilə yazdığını bildirmiş və imza etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh onun evinə gələrək ondan qızı Arzu Həsənovanın xəstə olduğunu , ona ximya verildiyini, oğlu Mehracın Bakl şəhərində pullu universitetdə oxuduğunu, imkanı olmadığını və ona pul lazım olduğunu bildirmişdir. O, Cavabdeh bu qədər pul aldıqlarını, pulları necə qayataracaqlarını soruşmuş, bu pulların onun övladlarının geyim, yemək pulu olduğunu, qaynının vəziyyətin belə yerdə olduğunu bilsə aralarında soyuqluq yaranacağını izah etmişdir. Cavabdeh and içərək yenidən ona 5000 manat borc verməsini və həmin pulu 5 aya qaytaracağını bildirmişdir. O, Cavabdeh əlyazması ilə 5000 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh onun evinə gələrək nisyə mal almış, təcili olaraq ona 1050 manat pul lazımdır. Ona pul vermək istəmmişdir. Cavabdeh ona mal olduğunu alıb alver etməzsə onun pulunu verə bilməyəcəyini bildirmişdir. O, məcburiyyət qarşısında qalıb 1050 manat pulu əlyazması ilə Cavabdeh vermişdir. Cavabdeh əlyazmasında 6 ay müddətində pulu qaytaracağını göstərmişdir. Cavabdeh dediyi müddətə kimi gözləmiş, lakin o, dediyi müddətdə pulu qaytarmamışdır. Bazara onun yanına getmişdir. Pulunu istəyəndə alverin zəif olduğunu, 1-2 gün gözləəsini bildirmişdir. 1-2 gündən sonra yenidən pulunu almaq üçün Cavabdeh yanına getmişdir. O, pulu qaytarmaq üçün yenə ondan vaxt istəmişdir. Bundan sonra dəfələrlə ondan pulunu istıdikdə qaytarması üçün vaxt istəmişdir. Sonradan öyrənmişdir ki, Cavabdeh ondan aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda Cavabdeh ona 26.050 manat borcu vardır. Hazırda Cavabdeh onun telefon zənglərinə cavab vermir, pulunu qaytarmaq istəmir. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh borclu olduğu 26050 (iyirmi altı min əlli) manat məbləğində pulun və hazırki vaxta qədər ona dəymiş ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı göstərmişdir ki, Cavabdeh ilə heç bir ədavəti olmamış, münasibəti yaxın olmuş, hətta ona bacı kimi münasibət bəsləmişdir. Bu səbəbdən Cavabdeh onun etibarını qazanmışdır. İddia ərizəsində göstərdiyi pulları göstərdiyi qaydada hissə-hissə cavabdehə vermişdir. Aldığı pullarla bağlı yazdığı əlyazmaları Cavabdeh onun evində yazmışdır. Pulu vaxtında qaytarmadığı üçün Cavabdeh verdiyi borc pulu istəmişdir. O, sonra verəcəyini bildirmişdir. O, bir daha pulunu geri istəyəndə cavabdeh ona yenə yalan vədlər verərək qaytaracağını bildirmişdir. Artıq onunla əlaqə saxlamaq istədikdə cavabdeh görüşmək istəməmişdir. Cavabdeh hazırda da ona borclu olduğu pulu qaytarmamışdır. Pulunu ala bilmədiyindən və o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun cavabdehdə 26050 manat pulu qalmışdır. Cavabdeh çoxlu adamlara pul borclu olduğunu bilmişdir. Mübahisənin həll edilməsi məqsədilə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Cavabdeh məhkəmə iclasına təkrarən gəlməmişdir onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxisə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə bildirişindən görünür ki, Cavabdeh bildirişin çatdırlması ilə bağlı onun qızı X1 bildiriş verilmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasasən baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE№******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1962-ci ildə Tərtər rayon Qaynaq kəndində anadan olmuş. Tərtər rayon Köçərli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş A-4 vərəqində yazılmış qəbzin əslindən görünür ki, Cavabdeh həmin əlyazma qəbzlərdə göstərmişdir ki, o, İddiaçı müxtəlif vaxtlarda, xx.xx.2022-ci ildə 2000 manat, xx.xx.2022-ci ildə 6000 manat, xx.xx.2022-ci il tarixdə 12000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat və xx.xx.2023-cü ildə 1050 manat pul almışdır. Həmin pulları qaytarmaqla bağlı müəyyən müddətlər göstərmişdir. Qəbzi özü yazmış və imza etmişdir. Məhkəmə iddiaçının izahatını, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda hisə-hissə 26050 manat borc pul almışdır. İddiaçı münasibətləri yaxşı olduğundan ona inanıb həmin məbləğdə pulu borc olaraq ona vermişdir. Cavabdeh İddiaçı pul allması ilə bağlı əlyazma qəbz yazıb vermiş və aldığı pulu qəbzdə göstərdiyi vaxtda qaytarmağı söz vermişdir. Pulu vaxtında qaytarmadığı üçün İddiaçı, Cavabdeh pulunu istəmiş lakin o, sonra verəcəyini bildirmişdir. İddiaçı bir müddət sonra yenə pulunu tələb etmiş, lakin ala bilməmişdir. Odur ki, məhkəmədə cavabdehdən 26050 manat borcunun alınıb ona verilməsi tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş İddiaçı səmimi izahat verərək cavabdehin ondan 26050 manat pul aldığını və borcu qaytarmadığını bildirmişdir. Bu səbəbdən məhkəmədə cavabdehə qarşı hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında alınmış iddiaçının izahatı və əlyazma qəbzlərlə bu fakt təsdiq olunur. İddiaçı iddia ərizəsində cavabdehdən hazırki vaxta qədər ona dəymiş ziyanın alınıb ona verilməsini də xahiş etmişdir. İddiaçı tələbinin bu hissəsində konkret olaraq ona dəymiş zayanın nədən ibarət olduğunu, hansı məbləğdə ziyan dəydiyini əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnız öz şəxsi mülahizəsinə əsaslanaraq bu tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın həmin hissəsinin təmin edilməsini məqsədmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə iclasında aşkar edildi ki, pul mübahisəsinə qədər tərəflər arasında münasibətlər yaxın olmuşdur. Onların arasında razılaşma olmuşdur. Belə razılaşmalar adətən hər iki tərəfin iştirakı ilə aparılır. Həmçinin tərəflər biri-birilərinə yaxşı münasibətdə olduğundan əlavə olaraq aralarında heç bir notarial qaydada sənədləşmələr tərtib olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh tərəfin məhkəmə iclasları ilə bağlı məlumatı olmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmiş, ünvanlamamışdır. Lakin məhkəmə cavabdehin iddiaçıdan həmin məbləğdə pul almasını və borcunu qaytarmamasını təsdiq edən yuxarıda qeyd olunan iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi pul borcu barədə əlyazma qəbzi həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan 26050 manat borcunu qaytarmamışdır. Beləliklə də cavabdeh onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə 26050 manat pulun cavabdeh tərəfindən ödənilməməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının izahatının və iş materiallarının təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı cavabdehə 26050 manat pul vermiş, cavabdeh həmin pulu qısa zamanda qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu vaxtında qaytarmamışdır. Cavabdeh xeyli müddət həmin pulu qaytarmamış və bununla da iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş şifahi borc müqaviləsinə əsasən iddiaçı özünə məxsus olan pulu cavabdehə verməyi, cavabdeh isə pulu qəbul edib vaxtında qaytarmağı öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı cəmi 26050 manat borc pulu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26050 (iyirmi altı min əlli) manat pul alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26050 (iyirmi altı min əlli) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-71/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-71/2025
07.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver