Məhkəmə qərarları › İş №2(061)-720/2025

Tərtər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(061)-720/2025

10.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-720/2025 10.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştiakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 1100 (min yüz əlli) manat pulun və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Cavabdeh Tərtər rayon sakni kimi tanımış, münasibətləri yaxşı olmuşdur. O, parçadan yataq dəsti tikib satmaqla, eləcə də xalça, pokreval və trikotaj məhsulları satmaqla məşğul olur. Cavabdeh bir insan kimi hörməti olmuşdur. 2023-cü ilin yay aylarından cavabdeh ondan yataq dəsti, süfrə və digər parça məhsulları götürməyə başlamışdır. Sevinc əvvəlcə qızına cehiz üçün, sonra özünə və daha sonra satmaq üçün ondan müxtəlif mallar götürmüşdür. Cavabdeh götürdüyü malların pullarını az da olsa ödəmişdir. Ondan 2000 manata yaxın müxtəlif çeşiddə parça məhsulları götürmüşdür. Cavabdeh götürdüyü malların pulunun bir qismini vermişdir. Sonuncu dəfə Cavabdeh qardaşı 2024-cü il dekabr ayında sonuncu dəfə 80 manat ödəniş etmişdir. Bundan sonra heç bir ödəniş etməmişlər. Dəfələrlə Cavabdeh malların pulunu tələb etsə də o, sonra vercəyini bildirmişdir. Lakin pulunu cavabdehdən ala bilməmişdir. Hazırda onun Cavabdeh 1100 manat pulu qalmışdır. Həmin mallar 500 manat dəyərində yataq dəstindən, 100 manat dəyərində xalçadan, 120 manat dəyərində döşək üzündən, 110 manat dəyəörində yorğan üzündən və 60 manat dəyərində yastıq üzündən ibarət olmuşdur. Cavabdeh aralarında olan razılaşmaya əməl etməmişdir. Cavabdeh guya ondan götürdüyü malların pulunu ödəmək üçün ona kart vermiş, lakin kartdan pul çıxmamışdır. O, cavabdehə pulu ödəməsə onu məhkəməyə vercəyi barədə xəbərdalıq etmiş, lakin Cavabdeh onun pulunu qaytarmamışdır. Odur ki, sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda dəfələrlə məhkəmə iclasına çağırılmasına baxmayaraq cavavabdeh Cavabdeh məhkəmə iclasında gəlməmişdir. Onun iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etirazı olmadığını bildirmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən X1 1100 (min yüz əlli) manat pulun və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh dəfələrlə məhkəmədə olması barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxmağı mümkün hesab etmişdir. Məhkəmə işə qiyabi icraat qaydasında baxılması üçün iddiaçının fikrini soruşarkən buna etirazı olmamış, işə qiyabi icraat qaydasında baxılması barədə məhkəməyə ərizə təqdim etmişdir. Həmin Məcəllənin 238.1 maddəsində göstərilmişdir ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş üzrə iddiaçı tərəfin təqdim etdiyi şahid X2 məhkəmə iclasında göstərmişdir ki, iddiaçı və cavabdehi ilə münasibətləri yaxşı olmuşdur. İddiaçı ilə Cavabdeh o, tanış etmişdir. Sevinc qızını köçürdüyünə görə cehizlik ev əşyalarını İddiaçı götürmüşdür. Hazırda Cavabdeh İddiaçı 1100 manat borcu qalmışdır. Sevinc onunla telefonla danışmış və hər ay 100 manat borcundan verəcəyini bidirmişdir. Sonradan İddiaçı gördükdə ona Cavabdeh onun borcunu vermədiyini bildirmişdir. İş üzrə iddiaçı tərəfin təqdim etdiyi şahid X3 məhkəmə iclasında göstərmişdir ki, iddiaçı bacısıdır. Cavabdehi Tərtər rayon sakini kimi tanımışdır. Onunla heç bir ədavəti olmamışdır. Cavabdeh bacısı İddiaçı müxtəlif parça materialından mallar götürmüş, pulun bir hissəsini vermiş, bir hissəsini verməmişdir. Hazırda Cavabdeh İddiaçı 1100 manat borcu qalmışdır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı il təvəllüdlüdür. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, həqiqətən iddiaçının iddia ərizəsində göstərdiyi kimi Cavabdeh iddiaçıya məxsus olan parça materialdan olan malları pulunu tezliklə vermək adı ilə nisyə almış, malların pulunun bir hisəsini qaytarmış, lakin 1100 manat pulunu ona verməmişdir. İddiaçı dəfələrlə pulunu tələb etsə də, cavabdeh yalan vədlər verərək malların pulunu ona ödəməmişdir. İddiaçı məcbur olub hazırki iddia ilə məhkəməyə müaciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şahidlər X2 və X3 məhkəmə iclasında səmimi ifadələr verərək cavabdehin iddiaçıdan müxtəlif çeşiddə parça materialından olan malları nisyə götürmüş, lakin həmin malların pulunu cavabdehdən ala bilmədiyini təsdiq etmişlər. Məhkəmə hər iki şahidin ifadələrinin həqiqətə uyğun olduğundan sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında aşkar edildi ki, iddiaçının və cavabdehin arasında razılaşma olmuşdur. Belə razılaşmalar adətən hər iki tərəfin iştirakı ilə aparılır. Həmçinin tərəflər biri-birilərinə etibar etdiklərindən, aralarında heç bir notarial qaydada sənədləşmələr tərtib olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh tərəf iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Lakin məhkəmə cavabdehin iddiaçıdan həmin dəyərdə malları almasını və aldığı malların dəyərinin qaytarmamasını təsdiq edən yuxarıda qeyd olunan iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahidlərin ifadələrini həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdehin iddiaçıya borclu olmasını və həmin borcu qaytarmamasını təsdiq edən yuxarıda qeyd olunan iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sənədləri, şahid ifadələrini həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan 1100 manat borcunu qaytarmamışdır. Beləliklə də cavabdeh onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə 1100 manat pulun cavabdeh tərəfindən ödənilməməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddia ərizısinin və ona əlavə edilmiş sənədlərin təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı cavabdehə 1100 manat dəyərində nisyə mallar vermiş, cavabdeh həmin malların pulunu qısa zamanda qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh xeyli müddət borcunu qaytarmamış və bununla da iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş şifahi borc müqaviləsinə əsasən iddiaçı özünə məxsus olan malları nisyə olaraq cavabdehə verməyi, cavabdeh isə həmin malları qəbul edib pulunu vaxtında qaytarmağı öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı cəmi 1100 manat dəəyərində malların cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin həmin malların pulunu qaytarmağı öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlibedilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, iddia tələbi 1550 manat məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 1100 (min yüz) manat məbləğində pul vəsaiti, ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 238, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1100 (min yüz) manat məbləğində pul vəsaiti, ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar