Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-77/2025 07.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul, mənəvi zərər və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 24000 (iyirmi dörd min) manat pulun, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun və 4320 (dörd min üç yüz iyirmi) manat əldən çıxmış faydanın cavabdehlərdən alınıb ona verilməsi barədə tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh2 qardaşlarını iki ildir ki, tanımışdır. Cavabdeh1la Xırdalan şəhərində AAAF park yaşayış kompleksində qonşu olmuşdur. Onunla yaxın münasibəti yaranmışdır. 2023-cü ilin mart ayında Rövşən və Natiq meyvə-tərəvəz alveri ilə məşğul olduğuna görə, onlara pul lazım olduğunu bildirmişlər. Əldə olunan qazancın müəyyən hissəsini ona verəcəyinə söz vermişlər. 2023-cü ilin mart ayında o, Cavabdeh2 5000 manat pulu Xırdalan şəhərində vermişdir. Aprel ayında isə Natiq ona Rusiya Federasiyasına pomidor göndərmək üçün 15000 manat lazım olduğunu bildirmişdir. Həmin pulu anasından alıb ona vermişdir. Cavabdeh1 və Cavabdeh2 qardaşları xalası oğlu olduğunu bildirərək Cavabdeh3 da bu işə qataraq bundan sonra ondan yenidən hissə-hissə olmaqla 9500 manat pul almışlar. Həmin puldan sonuncu dəfə Pərviz adlı şəxsə 3000 manat pul vermişdir. Dəfələrlə etdiyi xəbərdarlıqlardan və təkidlərdən sonra həmin məbləğlərdən yalnız 5500 manat pulu geri ala bilmişdir. Bundan sonra ona pul qaytarılmamışdır. Onların istifadələrində olan mobil nömrələrə zəng etsə də, telefona cavab verməmişlər. Onlar müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan boyun qaçırmışlar. Onların hərəkətləri nəticəsində ona böyük mənəvi ziyan vurulmuş, həmçinin həmin şəxslər tərəfindən etibarından suiistifadə nəticəsində xeyli miqdarda əmlakını ələ keçirmişlər. Ona görə də o, məcburiyyət qarşısında qalıb bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Abşeron Rayon Polis İdarəsində araşdırma aparılsa da, yekunda cinayət işinin başlanması rədd edilmişdir. Artıq cavabdehlərin yalan vədlərindən bezdiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlərin ona qarşı etmiş olduğu bu hərəkətlərə görə mənəvi istirab və əzab sarsıntı keçirmiş və hazırda da keçirməkdə davam edir. Əsəb sarsıntıları nəticəsində əsəbləri pozulmuşdur. Cavabdehlərin hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınması əsəb sarsıntıları və fiziki əzab çəkməsinə səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən 24000 manat pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat və 4320 manat əldən çıxmış faydanın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qismində məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, Şəhid ailəsidir. 2023-cü ildə Xirdalan şəhərində yaşamışdır. Cavabdeh1la qonşu olmuşdur. Həmin vaxt aralarında yoldaşlıq münasibəti yaranmışdır. Birgə iş görmək istəmişlər. Hər iki tərəfin razılığı ilə birinci 5000 manat, sonra 15000 manat, sonra ümumi 9500 manat cavabdehlərə pul vermiş, lakin pulu sonra qatarmamışlar. 29500 manat puldan, ümumilikdə cavabdehlər 5500 manat pul qaytarmışlar. Tələbi 24000 manat olmaqla, ona dəymiş maddi və mənəvi ziyan tələbi ilə bağlı olan məbləğlərdən ibarətdir. Hərbiçi olduğundan 26 sentyabr 2024-cü il tarixdə antiterror tədbirində iştirak etməli olmuşdur. Həmin vaxt cavabdehlərə çəkiliş etməyi təklif etmiş, hərbiçi kimi əməliyyatda iştirak edəcəyindən, 15000 manat pulu anasının adından kredit götürüb onlara verdiyini, əməliyyatlarda onun başına bir iş gəlsə heç olmazsa bunu danmamalarını, qaytarmalarını bilıdirmişdir. Bu səbəbdən də çəkiliş etmişdir. Sonuncu dəfə 3000 manat pulu Rövşən və Cavabdeh1ların birlikdə işlədikləri ona xalası oğlu kimi təqdim etdikləri Cavabdeh3 vermişdir. Cavabdehin isə hazırda izahatında avqust ayında ona olan borcunu tamamilə qaytarmalarını bildirməsi həqiqətə uyğun deyildir. Cavabdehlərdən onlara pul verməsi ilə bağlı qəbz almamış, notariusdan sənədlər olmamış, ancaq pulların verilməsi ilə bağlı çəkilişləri və onların polis idarəsində verdikləri izahatlarının olduğunu bildirmişdir. Diski təqdim etmişdir. Hazırda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Onların iştirakları olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehlər ona pul borclu olmaları ilə bağlı diskdə, eləcə də polisdə də verdikləri izahatlarında etiraf etmişlər. İddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh qismində məhkəmə iclasında izahat vermiş Cavabdeh2 göstərmişdir ki, digər cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmişlər, onların iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçıda 3000 manatın çəkilişi vardır. Onu da Pərviz Dostəliyevə vermişdir. O, 2023-cü ilin mart ayında 26500 manat pul vermişdir. Bunu Abşeron rayon Polis İdarəsində təsdiqləmişlər. Polisdə araşdırma olmuşdur ki, iddiaçıya verilən pulu qaytarmışdır. İddiaçı 26500 manat pul vermişdir. İddiaçı Cavabdeh3 sonuncu dəfə 3000 manat pul vermişdir. İddiaçı onlara səyyar alver etsinlər deyə pul vermişdir. Pulu artıqlaması ilə qaytarmışlar. Ancaq pulu qaytarması barədə sübutu olmadığını bildirmişdir. İddiaçı ilə verdiyi pula görə may ayının birindən hər gün əvvəl 107 manat lakin sonradan 207 manat alver etdikləri yerdən pul götürəcəyi ilə bağlı aralarında razılığa gəlmişlər. Pulun alınması və qaytarılması ilə bağlı sənədləşmə olmamışdır. İddiaçıda həmin pulu götürülməsi ilə bağlı jurnal olmuş, hər dəfədə götürdüyü pulu həmin jurnala qeyd etmişdir. Polis İdarəsində iddiaçının şikayəti əsasında onların izahatları alınmışdır. 2023-cü ilin avqust ayının 30-a qədər pulu ödəyib qurtarmışlar. Pulu onlara ticarət etmək məqsədi ilə verməmişdir. Onlardan 53000 manat almaq şərti ilə həmin 26500 manatı vermişdir. İddiaçı ilə dostuqları, yaxınlıqları olmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, polis idarəsində 24000 manat borclu olmaları barədə qeyd etmişlər. Əgər maddi imkanları olsaydı həmin pulu qaytaracaqlarını bildirmişdir. Lakin borcu hazırda verməyə maddi imkanları olmadığını, sağlamlıq vəziyyətlərinin yaxşı olmadığını bildirmişdir. İddianın 24000 manat hissəsinin ödənilmədiyini başa düşdüyünü, lakin dəymiş zayanın nədən ibarət olmasını və qəbul etmədiyini, iddianın həmin hissəsinə etiraz etdiyini bildirmişdir. Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxisə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə bildirişinin çatdırlması ilə bağlı teleqram və xəbərnamədən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatları olmuşdur. Odur ki, məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları olmadan Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında elan olunmuş Abşeron RPŞ-in istintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti əsasında toprlanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərarda aparılmış araşdırma zamanı Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, 2023-cü ilin mart ayının 28-dən aprel ayının sonuna qədər o, İddiaçı ümumilikdə 26500 manat hissə-hissə alver etmək məqsədi ilə pul almışdır. O, hər gün Vüsala əvvəlcə 107 manat, daha sonra isə 207 manat verməli olmuşdur. Onlar bir müddət meyvə alveri edib ümumilikdə 28700 manat Vüsala pul vermişlər. O, Vüsala 53000 manat pul verməli olduğunu göstərmişdir. Hazırda müflisləşdiyi üçün Vüsalın dediyi məbləği verə bilmir. Eləcə də araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, 2023-cü ilin mart ayının 28-də İddiaçı yaşadığı evin qarşısına gəlmişlər. Vüsal avtomobilə əyləşmiş və 26500 manat pulu Rövşənə əlbə-əl vermişdir. Şərtləri o, olmuşdur ki, həmin pulun müqabilində Vüsal onlardan 53000 manat pul alacaq, 53000 manat bitənədək gündəlik 107 manat ona pul veriləcəkdir. Həmin ilin sentyabr ayına qədər hər ay 207 manat olmaqla Vüsala pul vermişlər. Həmin tarixədək onlar Vüsala 28700 manat pul ödəmişlər. Onların Vüsala 24000 manat borcu qalmışdır. Vüsala həmin pulu birdəfəlik ödəməyə maddi imkanı olmadıqları üçün hər ay 500 manat vermələri barədə təklif etmiş, lakin o, bununla razılaşmamış, polisə şukayət etmişdir. Məhkəmə iclasında elan olunmuş Abşeron RPŞ-in istintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti əsasında toprlanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərarda aparılmış araşdırma zamanı Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, 2023-cü ilin mart ayının 28-dən aprel ayının sonuna qədər o, İddiaçı ümumilikdə 26500 manat hissə-hissə alver etmək məqsədi ilə pul almışdır. O, hər gün Vüsala əvvəlcə 107 manat, daha sonra isə 207 manat verməli olmuşdur. Onlar bir müddət meyvə alveri edib ümumilikdə 28700 manat Vüsala pul vermişlər. O, Vüsala 53000 manat pul verməli olduğunu göstərmişdir. Hazırda müflisləşdiyi üçün Vüsalın dediyi məbləği verə bilmədiyini göstərmişdir. Eləcə də araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, 2023-cü ilin mart ayında axşam saat 19-20 radələrində İddiaçı yaşadığı evin qarşısına gəlmişlər. Vüsal avtomobilə əyləşmiş və 26500 manat pulu Rövşənə əlbə-əl vermişdir. Şərtləri o, olmuşdur ki, həmin pulun müqabilində Vüsal onlardan 53000 manat pul alacaq, 53000 manat bitənədək gündəlik 107 manat ona pul veriləcəkdir. Aprel ayından 10 gün onlardan 107 manat pul almış, sonra isə gəlib 107 manatın az olduğunu, ayda 207 manat alacağını bildirmişdir. Həmin ilin sentyabr ayına qədər hər ay 207 manat olmaqla Vüsala pul vermişlər. Həmin tarixədək onlar Vüsala 28700 manat pul ödəmişlər. Onların Vüsala 24000 manat borcu qalmışdır. Vüsala həmin pulu birdəfəlik ödəməyə maddi imkanı olmadıqları üçün hər ay 500 manat vermələri barədə təklif etmiş, lakin o, bununla razılaşmamış, polisə şukayət etmişdir. Məhkəmə iclasında diskə baxış keçirilmişdir. Baxış zamanı aydın olmuşdur ki, İddiaçı cavabdehlər arasında söhbətlər olmuş və cavabdeh Pərviz Dostiyevə 3000 manat pul vermişdir. Sədrlik edənin sualına cavab olaraq diskə keçirilmiş baxışla bağlı hər hansı bir etiraz olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə verilmiş 012516 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvi kimi qeydiyyata alımışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdehlər şifahi vəsatət verərək əlavə sübutları, vəsatətləri və şahidləri olmadığından məhkəmə istintaqının tamamlanmasını və iş üzrə müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçını, cavabdehi dinlədikdən sonra məhkəmədə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında pulla bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan pul almışdır. Tərəflər arasında yaranmış mübahisə pulun məbləği ilə bağlı olduğundan iddiaçı həmin mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçı Cavabdeh1la qonşu olmuşdur. Həmin vaxt aralarında yoldaşlıq münasibəti yaranmışdır. Birgə iş görmək istəmişlər. Hər iki tərəfin razılığı ilə birinci 5000 manat, sonra 15000 manat, sonra ümumi 9500 manat cavabdehlərə pul vermiş, lakin pulu sonra qaytarmamışlar. 29500 manat puldan, ümumilikdə cavabdehlər 5500 manat pul qaytarmışlar. Tələbi 24000 manat olmaqla, ona dəymiş maddi və mənəvi ziyan tələbi ilə bağlı olan məbləğlərdən ibarətdir. Hərbiçi olduğundan 26 sentyabr 2024-cü il tarixdə antiterror tədbirində iştirak etməli olmuşdur. Həmin vaxt cavabdehlərə çəkiliş etməyi təklif etmiş, hərbiçi kimi əməliyyatda iştirak edəcəyindən, 15000 manat pulu anasının adından kredit götürüb onlara verdiyini, əməliyyatlarda onun başına bir iş gəlsə heç olmazsa bunu danmamalarını, qaytarmalarını bilıdirmişdir. Bu səbəbdən də çəkiliş etmişdir. Cavabdehin isə hazırda izahatında avqust ayında ona olan borcunu tamamilə qaytarmalarını bildirməsi həqiqətə uyğun deyildir. Cavabdehlərdən onlara pul verməsi ilə bağlı qəbz almamış, notariusdan sənədlər olmamış, ancaq pulların verilməsi ilə bağlı çəkilişləri və onların polis idarəsində verdikləri izahatları vardır. Diski təqdim etmişdir. Hazırda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Onların iştirakları olmadan işə baxılmasına etiraz etmədiyini, cavabdehlərin ona pul borclu olmaları ilə bağlı diskdə, eləcə də polisdə də verdikləri izahatlarında etiraf etdiklərini bildirmişlər. Cavabdeh qismində məhkəmə iclasında izahat vermiş Cavabdeh2 göstərmişdir ki, digər cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmişlər, onların iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçıda 3000 manatın çəkilişi vardır. Onu da Pərviz Dostəliyevə vermişdir. O, 2023-cü ilin mart ayında 26500 manat pul vermişdir. Bunu Abşeron rayon Polis İdarəsində təsdiqləmişlər. Polisdə araşdırma olmuşdur ki, iddiaçıya verilən pulu qaytarmışdır. İddiaçı 26500 manat pul vermişdir. İddiaçı ona pul verməli olmuşdur ki, səyyar alver etsinlər. Pulu artıqlaması ilə qaytarmışlar. Ancaq pulu qaytarması barədə sübutu olmadığını bildirmişdir. İddiaçı ilə verdiyi pula görə may ayının birindən hər gün 207 manat alver etdikləri yerdən pul götürəcəyi ilə bağlı aralarında razılığa gəlmişlər. Pulun alınması və qaytarılması ilə bağlı sənədləşmə olmamışdır. İddiaçıda həmin pulu götürülməsi ilə bağlı jurnal olmuş, hər dəfədə götürdüyü pulu həmin jurnala qeyd etmişdir. Polis İdarəsində iddiaçının şikayəti əsasında onların izahatları alınmışdır. 2023-cü ilin avqust ayının 30-a qədər pulu ödəyib qurtarmışlar. Pulu onlara ticarət etmək məqsədi ilə verməmişdir. Onlardan 53000 manat almaq şərti ilə həmin 26500 manatı vermişdir. İddiaçı ilə dostuqları, yaxınlıqları olmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, polis idarəsində 24000 manat borclu olmaları barədə qeyd etmişlər. Əgər maddi imkanları olsaydı həmin pulu qaytaracaqlarını bildirmişdir. Lakin borcu hazırda verməyə maddi imkanları olmadığını, sağlamlıq vəziyyətlərinin yaxşı olmadığını bildirmişdir. İddianın 24000 manat hissəsinin ödənilmədiyini başa düşdüyünü, lakin dəymiş zayanın nədən ibarət olmasını və qəbul etmədiyini, iddianın həmin hissəsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh əvvəl iddiaçının ona 26500 manat pul verdiyini, həmin pulu qaytardıqlarını, lakin sonradan bu pulun müqabilində iddiaçıya həmin pulla birlikdə 53000 manat pul verəcəklərini, daha sonra ifadəsində dolayı yolla da olsa iddiaçıya 24000 manat pul verməli olduqlarını göstərmişdir ki, bu ziddiyyətli ifadələr cavabdehin səmimi ifadə verməsini şübhə altına almışdır. O, iddiaçıya pulu qaytarmasını bildirsə belə, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq ifadə vermiş və dolayı yolla da olsa iddiaçıya 24000 manat boclarının qaldığını etiraf etmişdir. Eləcə də iddiaçı iddia ərizəsində mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun və 4320 (dörd min üç yüz iyirmi) manat əldən çıxmış faydanın cavabdehlərdən alınıb ona verilməsini də xahiş etmişdir. İddiaçı mənəvi zərər çəkməsi, eləcə də əldən çıxmış faydanın necə hesablanması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla bağlı hesablamaların aparılması məqsədi ilə mütəxəssis cəlb edilməsi barədə vəsatələ müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın həmin hissəsinin təmin edilməsini məqsədmüvafiq hesab etməmişdir. Məhkəmə iclası zamanı iddiaçı tərəfindən sübut növü kimi məhkəməyə təqdim edilmiş diskə baxış keçirilmiş, diskdə göstərilnləri cavabdeh təsdiq etmiş, bununla bağlı hər hansı bir etirazı olmamış, iddaçının onlardan 24000 manat pul tələb etdiyini başa düşdüyünü, lakin iddaçının mənəvi zərərin və əldən çıxmış fada tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə göstərilənlərin sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə 24000 manat pulunun cavabdehlərdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş mötəbər sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdehlərlə iddiaçının arasında yaranmış mübahisə Abşeron rayon Polis İdarəsində araşdırılmışdır. Həmin araşdırmada da iddiaçı 24000 manat pulunun cavabdehlərdə qalması öz təsdiqini tapmışdır. Belə ki, həmin qərarda cavabdehlər Rövşən və Cavabdeh1ların iddiaçıya 24000 manat borcu olmaları öz təsdiqini tapmışdır. Lakin həmin qərarda iddiaçının pulu faizlə cavabdehlərə verməsi öz təsdiqini tapmamışdır. Bunlarla yanaşı məhkəmə iclasında elan olunmuş sənədlərlə, tərəflərin verdikləri izahatlarla, eyni zamanda məhkəmə iclasında elan edilmiş diskə baxış keçirilməklə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Pərviz Dostiyevə 3000 manat pul vermişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. İşin müəyyən olunmuş halarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə kifayət qədər sübut təqdim etmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 21000 manat və Cavabdeh3 3000 manat məbləğində pulun alınması, cavabdehlər tərəfindən etiraf edildiyindən, həmçinin həmin xüsusat təsdiqini tapdığından onlardan alınaraq iddiaçıya verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir». «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün 163 (yüz altmış üç) manat dövlət rüsumu da cavabdehlərə aid edilməklə onlardan alınıb Dövlət gəlirlərinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının, cavabdehləriin izahatlarını və şahidin ifadəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 21000 manat pul bərabər qaydada və Cavabdeh3 3000 manat pul vəsaiti alınıb İddiaçı verilməlidir. Eləcə məhkəmədə işə baxılması üçün ödənilməli olan 163 (yüz altmış üç) manat dövlət rüsumu da cavabdehlərə aid edilməklə onlardan bərabər qaydada alınıb Dövlət gəlirlərinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 21000 (iyirmi bir min) manat pul vəsaiti bərabər qaydada, 3000 (üç min) manat Cavabdeh3 alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmədə işə baxılması üçün ödənilməli olan 153 (yüz əlli üç) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh3 aid edilsin, onlardan alınıb Dövlət gəlirlərinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-77/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-77/2025
07.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver