Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-795/2025 03.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı avtomobil tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, MÜƏYYƏETDİ: İddiaçı Cavabdeh qarşı ona məxsus olan “VOLKSWAGEN JETTA” minik markalı ** KL *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2001-ci il tarixli avtomobilin alınlıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı ona məxsus olan “VOLKSWAGEN JETTA” minik markalı ** KL *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2001-ci il tarixli avtomobilin alınlıb ona verilməsini tələb etsə də, həmin tələblə bağlı 65 manat dövlət rüsumu ödəmişdir. Belə ki, “X2” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinə görə ödənilməli dövlət rüsumu 01 oktyabr 2021-ci il tarixdən 100 manat məbləğində nəzərdə tutulmuşdur. Hazırki iddia 03 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı rüsumu “X2” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə uyğun olaraq ödəməmişdir. Belə ki, “X2” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsində göstərilmişdir ki, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. X2” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinə görə ödənilməli dövlət rüsumu 01 oktyabr 2021-ci il tarixdən 100 manat məbləğində nəzərdə tutulmuşdur. Hazırki iddia 03 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı rüsumu “X2” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə uyğun olaraq ödəməmişdir ki, bu da iddianın geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “X2” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. Eləcə də, Azərbaycan Respublikası MPM-də dəyişiklik edilməsi haqqında” 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən MPM-ə 108.3-cü maddə əlavə edilmiş, həmin maddədə dövlət rüsumunun yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməsi nəzərdə tutulmuş və həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin Məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki iddia ilə ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı ona məxsus olan “VOLKSWAGEN JETTA” minik markalı ** KL *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2001-ci il tarixli avtomobilin alınlıb ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-795/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-795/2025
03.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver