Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-799/2025 29.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək bacısı xx.xx.1986-cı il tarixdə Tərtər rayonu, Qapanlı kəndində anadan olmuş X4 15 oktyabr 2008-ci ildə Tərtər rayonu, Sarov kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu Qarağacı kəndində yaşayırlar. Onun X3, anası X6 olmuşdur. Onları iki övladları o və bacısı X9 olmuşdur. X3 xx.xx.2015-ci ildə, anası X6 xx.xx.1998-ci ildə, bacısı X9 xx.xx.2008-ci ildə vəfat etmişlər. Bacısı Aygünə ona məlum olmayan səbəblərdən ölüm haqqında şəhadətnamə alınmamışdır. Bacısı Tərtər rayon Sarov kəndində vəfat etmiş, onu kənd qəbristanlığında dəfn etmişlər. O, bacısı Aygünə ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin bacısının ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə görə ona ərizə ilə məhkəməyəm mürqciət etmək məsləhət olunmuşduir. Bacısı xx.xx.1986-cı il tarixdə Tərtər rayonu, Qapanlı kəndində anadan olmuş X4 15 oktyabr 2008-ci ildə Tərtər rayonu, Sarov kəndində ölümünün qeyd edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Faktın müəyyən olunması ona ölüm haqqında şəhadətnaməni əldə etmək üçün lazımdır. Yuxarıda qeyd edilənlərə əsasən ərizənin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X10 göstərmişdir ki, Ərizəçi qardaşı oğludur. Belə ki, Elgünün X3, anası X6 olmuşdur. Onların iki övladları Ərizəçi və X9 olmuşdur. X12 xx.xx.2015-ci ildə, anası X6 xx.xx.1998-ci ildə, bacısı X9 xx.xx.2008-ci ildə vəfat etmişlər. X17 rayon Qarağacı kəndində vəfat etmiş, onu Tərtər rayon Qarağacı kənd qəbristanlığında dəfn etmişlər. Ona üzr mərasimi keçirilmişdir. Həmin yas mərasimində yaxınları kimi iştirak etmişlər. Bir şahid kimi X4 xx.xx.2008-ci ildə Tərtər rayon Sarov kəndində vəfat etdiyini və onu Tərtər rayon Sarov kənd qəbristanlığında dəfn etdiklərini təsdiq etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X11 göstərmişdir ki, Ərizəçi qayanı oğludur. Ərizəçi X3, anası Bəsti Quliyeva olmuşdur. Onların ailəsində iki övladları Ərizəçi və Aygün Quliyeva olmuşdur. Elgünün valideynlər və bacısı X9 vəfat etmişdir. Bir şahid kimi təsdiq etmişdir ki, Ərizəçi bacısı X9 xx.xx.2008-ci ildə Tərtər rayon Sarov kəndində vəfat etmiş, onu Tərtər rayon Sarov kənd qəbristanlığında dəfn etmişlər. Ona üzr mərasimi keçirilmişdir. Həmin yas mərasimində yaxın kimi iştirak etmişlər. Mülki işə əlavə edilmiş AZE № 00375041 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayon Qapanlı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olmuşdur. Mülki işə əlavə edilmiş nikah haqqında arayışdan görünür ki, X12 ilə X5 xx.xx.1985-ci ildə nikahlarını qeyd etdirmişlər. Ərə Qliyev, arvada Quliyeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş XX-JQ № 411662 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1986-cı il tarixdə Tərtər rayonu, Qapanlı kəndində anadan olmuş, ata qrafasında X12, ana qrafasında X6 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş İV-FR № 489998 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə anadan olmuş, ata qrafasında X12, ana qrafasında X6 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Tərtər rayon Sarov Bələdiyyəsnin verdiyi arayışdan görünür ki, həqiqətən mərhum X1 rayon Sarov kənd qəbristanlığında dəfn edilmişdir. Mülki işə əlavə edilmiş AZ-İ № 731356 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2015-ci ildə ölmüşdür. Mülki işə əlavə edilmiş İ-İİ H № 256584 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1998-ci ildə ölmüşdür. Mülki işə əlavə edilmiş Tərtər rayon Qarağacı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 75 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi anası X8 13 may 1998-ci ildə ölənədək Tərtər rayon Qarağacı kənd İƏD-in nümayəndəliyin Qapanlı kəndində yaşamışdır. Mərhumun onlara məlum olan əri X12, qızı X9 və oğlu Ərizəçi adlı vərəsələri olmuşdur. Mülki işə əlavə edilmiş Tərtər rayon Qarağacı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 76 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi X3 xx.xx.2015-ci ildə ölənədək Tərtər rayon Qarağacı kənd İƏD-in nümayəndəliyin Qapanlı kəndində yaşamışdır. Mərhumun onlara məlum olan qızı X9 və oğlu Ərizəçi adlı vərəsələri olmuşdur. Mülki işə əlavə edilmiş fotoşəkildə X4 xx.xx.1986-cı ildə anadan olması, xx.xx.2008-ci ildə vəfat etməsi əks olunmuşdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixdək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X2 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bildirilmişdir ki, ölüm haqqında akt qeydinun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnsan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən ölümü dövlət qeydiyyatına almaq mümkün olmamışdır. Maraqlı şəxs onun məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin bacısı mərhum X9 xx.xx.1986-cı ildə doğulmuş, xx.xx.2008-ci ildə Tərtər rayon Sarov kəndində ölmüşdür. X25 rayon Sarov kənd qəbristanlığında dəfn etmişlər. Bu fakt mülki işə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş sənədlərlə, şahid ifadəsi ilə tam sübuta yetmişdir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə tətbiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”ın8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, ərizəçinin izahatını, şahid ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi bacısı xx.xx.1986-cı il tarixdə Tərtər rayonu, Qapanlı kəndində anadan olmuş X4 15 oktyabr 2008-ci ildə Tərtər rayonu, Sarov kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi bacısı xx.xx.1986-cı il tarixdə Tərtər rayonu, Qapanlı kəndində anadan olmuş X4 15 oktyabr 2008-ci ildə Tərtər rayonu, Sarov kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydaya təqdim olunduğu vaxtdan 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-799/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-799/2025
29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver