Məhkəmə qərarları › İş №2(061)-802/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-802/2025

17.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-802/2025 17.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış 17 mart 2025-ci il tarixli, MŞB/MTO39/2025-00108 nömrəli “Barışıq sazişi”nin təsdiq edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək ərizəsinin təmin olunması barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. Məhkəmə iclasınin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Ərizəçi nümayəndəsi və vəkili X1 tərəfindən yazılmış ərizəsindən aydın olur ki, ərizədən imtina edirlər. Mülki işin baxılmamış saxlanılması və işdə olan sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişlər. İş üzrə Maraqlı şəxs məhkəmə iclasınin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin məhkəmə iclasına gəlməməsini işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir və iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi nümayəndəsi və vəkili X1 ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə baxılmamış saxlanılsın. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar