Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-867/2025 29.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 15800 (on beş min səkkiz yüz) manat miqdarında borc pulunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatına elektron sistem vasitəsi ilə daxil olmuş İddiaçı ərizəsindən aydın olur ki, iddiaçı cavabdehlə qarşlıqlı razılığa gələrək iş üzrə Cavabdeh ilə 15800 manat məbləğində olan pulu 3 il müddətinə hissə-hissə qaytaracağına söz verdiyindən iddia tələbinin 3 il müddətinə baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsini işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir və tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxılmadan əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-867/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-867/2025
29.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver