Məhkəmə qərarları › İş №2(061)-89/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-89/2025

24.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-89/2025 24.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borc verilmiş pulun geri qaytarılması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 7890 (yeddi min səkkiz yüz doxsan) manat pulun və ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, uzun illərdir ki, tum əkib becərib satmaqla məşğuldurlar. Cavabdeh uzun illərdir tanıyırlar və münasibətləri yaxşı olmuşdur. Aralarında əvvəllər tum alqı-satqısı olmuşdur. İki il əvvəl Cavabdeh 8173 manat dəyərində tum satmışlar. Həmişəki kimi Taleh qısa müddət sonra həmin tumun pulunu ona ödəməli olmuşdur. Ancaq verdiyi sözünü tutmamış, hazırki vaxta qədər borclu olduğu məbləğdən cəmi 283 manat pul ödəmişdir. Dəfələrlə Talehə məxsus tum istehsal edən sexə getsələr də pullarını ala bilməmişlər. Talehin onlara borclu olmasını onun işçiləri, mühasibi, qardaşı da bilmişdir. Cavabdehə məxsus kompüterdən çəkilmiş fotodan onlara borclu olması tam təsdiq olunmuşdur. Cavabdehin həmin borcu ödəməyə maddi imkanı olsa da qəsdən ödəməkdən boyun qaçırmışdır. Odur ki, bununla bağlı məhkəmədə iddia qaldırmağa məcbur olmuşlar. Göstərdiklərinə əsasən Cavabdeh 7890 (yeddi min səkkiz yüz doxsan) manat pulun və ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdehla aralarında əvvəllər nisyə tum alqı-satqısı olmuşdur. İki il əvvəl də Cavabdeh 8173 manat dəyərində nisyə tum satmışlar. Talem Muradov qısa müddət ərzində tumun pulunu onlara ödəyəcəyinə söz vermiş, lakin hazırki dövrədək pulu qaytarmamışdır. Artıq həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh onlaa borclu olduğu pulu qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. Hazırda iddiasının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və digər iddiaçı Zaur Qyliyevin məhkəmə iclasında göstərdiklərini təsdiqləmiş, Cavabdeh 7890 (yeddi min səkkiz yüz doxsan) manat pulun və ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, həqətən iddiaçının göstərdikləri ilə razı olduğunu və iddiaçıya 7890 (yeddi min səkkiz yüz doxsan) manat pul borclu olduğunu, pulu tezliklə ödəyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Cavabdeh həmin ərizəsində iddia tələbini qəbul etdiyini, qısa müddət ərzində borcunu qaytaracağına söz vermiş və iş üzrə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1953-cü ildə Tərtər rayon Xoruzlu kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1981-ci il təvəllüdlüdür. İş materiallarında olan AA1646570 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1985-ci il təvəllüdlüdür. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, həqiqətən Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 onlardan nisyə aldığı tumla bağlı 7890 manat məbləğində borcu vardır və həmin pulu qaytarmamışdır. İddiaçılar dəfələrlə nisyə verdikləri tumun pulunu ondan tələb etmiş, lakin cavabdeh sözünə əməl etməmiş, pulu qaytarmamışdır. Məhkəmə iclasında izahat vermiş İddiaçı1 və İddiaçı2 səmimi izahat verərək cavabdehin onlara nisyə götürdüyü tumla bağlı 7890 manat pul borclu olduğunu və borcu qaytarmadığını, eləcə də Cavabdeh izahatında iddiaçı tərəfə 7890 manat pul borcu olduğunu, lakin həmin biorcu qaytara bilmədiyini göstərmişdir. Bununla da cavabdehin hazırkı vəziyyətdə iddiaçılara olan borcu 7890 manat təşkil edir. Məhkəmə iclasında alınmış iddiaçının və cavabdehin izahatları ilə bu fakt tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh tərəf iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Lakin məhkəmə iddiaçının və cavabdehin məhkəmə iclasında verdiyi izahatlarını həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə iddiaçılar İddiaçı1 və İddiaçı2 onlardan nisyə aldığı tumla olan 7890 manat borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı cəmi dəyəri 1.800 manat olan 3 ton kartof məhsulunu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçılardan nisyə tum məhsulu almış, lakin pulunu qaytarmamışdır. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Cavabdeh məhkəmə iclası zamanı ərizə təqdim edərək həqiqətən iddiaçılara onlardan nisyə aldığı um məhsuluna görə 7890 manat borcu vardır. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının izahatını, cavabdehin izahatını və ərizəsini müqayisəli təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçılar cavabdehə nisyə tum məhsulu satmış və cavabdeh həmin məhsulun pulunu qaytarmamışdır. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, cavabdehdən nisyə aldığı tum məhsuluna görə 7890 (yeddi min səkkiz yüz doxsan) manat məbləğində pul alınıb iddiaçılara verilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarma müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanışı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 84 (səksən dörd) manat 31 (otuz bir) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətanmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, iddiaçının və cavabdehin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 7890 (yeddi min səkkiz yüz doxsan) manat pul və ödənilmiş 99 (doxsan doqquz) qəpik dövlət rüsumu alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 7890 (yeddi min səkkiz yüz doxsan) manat pul və ödənilmiş 99 (doxsan doqquz) qəpik dövlət rüsumu alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar