Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-900/2025 01.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs iştirakları ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin şərtlərinə uyğun olaraq ona 2023-cü ilin yanvar ayında verdiyi 5100 manat pulun xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 300 manat olmaqla indiyədək keçən 8 ay ərzində ona ödəməli olduğu 2400 manat pulun ödənilməsi və bu gündən ödədiyi 50 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, şəhid ailəsi, müharibə qazisi və İİ qrup əlildir. Maraqlı şəxsla münasibətləri yaxşı olmuşdur. Onlar Maraqlı şəxsla aralarında olan pul mübahisəsi ilə bağlı mediasiya şurasina müraciət etmiş və aralarında barışıq sazişi imzalamışlar. Onlar ilkin mediasiya sessiyasında 2023-cü ilin yanvar ayında maraqlı şəxsə verdiyi 5100 manat pulun xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 300 manatdan olmaqla 17 ay ərzində, yəni xx.xx.2025-ci il tarixədək qaytarılması barədə xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalamışlar. Lakin həmin vaxtdan hazırki vaxtadək olan 8 ay müddətində maraqlı şəxs barışıq sazişinin bəndlərini könüllü olaraq icra etməmiş və icradan imtina etmişdir. Bu müddət ərzində Maraqlı şəxs ona 2400 manat pul ödəməli olduğu halda həmin pulu ödəməmişdir. Ona görə də barışıq sazişinin şərtlərinin məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin şərtlərinə uyğun olaraq ona 2023-cü ilin yanvar ayında verdiyi 5100 manat pulun xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 300 manat olmaqla indiyədək keçən 8 ay ərzində ona ödəməli olduğu 2400 manat pulun ödənilməsi və bu gündən ödədiyi 50 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasında bildirmişdir ki, ərizəçi ilə münasibətləri yaxşı olmuşdur. Həqiqətən ərizəçidən 5100 manat pul almışdır. Həmin pulun qaytarılması məqsədi ilə mediasiya sessiyasında barışıq sazişi imzalamışlar. Lakin son üç ay əmək haqqında pul tutulmalar olduğundan o, barışıq sazinin şrtlərinə əməl edə bilməmişdir. Ərizəçiyə borclu olduğu pulu ödəyəcəyinə söz verdiyini, barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş 003757 nömrəli müharibə vetranı haqqında vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə veteranıdır. Məhkəmədə elan olunmuş Mediasiya Şürasının xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1ci bəndinə əsasən, birinci tərəf (Ərizəçi) ikinci tərəfə 29230cü ilin yanvar ayında 5100 manat borc pul vermişdir. Tərərflər arasında 5100 manat bor pulu 17 ay müddətinə hər ay 300 manat olmaqla (Maraqlı şəxs) Ərizəçi "xxxx" ASC-də olan **********484600 saylı hesabına, xeyrinə ödənilməsi tələbi təklif vermişlər. Barışıq sazişinin 2-ci bəndinə əsasən ikinci tərəf mediasiya prosesinə dəvət olunmuş Mediasiya sesiyasında iştirak edərək təkliflə tam razılaşdığını bildirmişdir. Qeyd: birinci tərəf bildirmişdir ki, qarşı tərəf deyilən vaxtadək 5100 manat pul borcunu ödəmədiyi halda könüllü olaraq mediasiyaya müraciət edib, borc pulun ödənilməsinə dair iddia qaldıracağını bildirmişdir. Barışıq sazişi tərəflərin sözləri ilə yazılmış və doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Tərəflərə barışıq sazişinin şərtləri izah olunmuşdur. Tərəflər arasında digər mübahisə olmamışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, ərizəçi maraqlı şəxsə 5100 manat borc pul vermiş və bu halı hər iki tərəf təsdiq etmişdir. Aralarında olan pul mübahisəinə görə ərizəçi Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurasında tərəflər arasında xx.xx.2024cü il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin sazişinin 1-ci bəndinə əsasən, birinci tərəf (Ərizəçi) ikinci tərəfə 29230cü ilin yanvar ayında 5100 manat borc pul vermişdir. Tərərflər arasında 5100 manat bor pulu 17 ay müddətinə hər ay 300 manat olmaqla (Maraqlı şəxs) Ərizəçi "xxxx" ASC -də olan **********484600 saylı hesabına, xeyrinə ödənilməsi tələbi təklif vermişlər. Barışıq sazişinin 2-ci bəndinə əsasənikinci tərəf mediasiya prosesinə dəvət olunmuş Mediasiya sesiyasında iştirak edərək təkliflə tam razılaşdığını bildirmişdir. Qeyd: birinci tərəf bildirmişdir ki, qarşı tərəf deyilən vaxtadək 5100 manat pul borcunu ödəmədiyi halda könüllü olaraq mediasiyaya müraciət edib, borc pulun ödənilməsinə dair iddia qaldıracağını bildirmişdir.Barışıq sazişi tərəflərin sözləri ilə yazılmış və doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Tərəflərə barışıq sazişinin şərtləri izah olunmuşdur. Tərəflər arasında digər mübahisə olmamışdır. Məhkəmə iclasında izahat vermiş Maraqlı şəxs barışıq sazişinin şərtləri ilə razı olaraq onu imzaladığını və barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bilbirmişdir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 305-ci maddəsində göstərilmişdir ki, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 306-cı maddəsində göstərilmişdir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 355-23.1-cı maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi crası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal ictisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-23.2-cı maddəsində göstərilmişdir ki, Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəçi haqlı olaraq Tərtər Rayon Məhkəməsinə sözügedən iddia ilə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, hazırki halda pul tutulmasının əvvəli tərəflər arasında Mediasiya Şürasının xx.xx.2024-cü il tarixli barışıq sazişinin tərtib olunduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. İş materiallarını, iddiaçının və cavabdehin vəkalətli nümayəndəsinin izahatlarını, Mediasiya Şürasında tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilməli, Ərizəçi ilə borclu Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs 5100 (beş min yüz) manat pul vəsaiti alınaraq Ərizəçi verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə borclu Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs 5100 (beş min yüz) manat pul vəsaiti alınaraq Ərizəçi ödənilsin. Ərizəçi mediasiya xərci üçün ödədiyi 50 (əlli) manat pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-900/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-900/2025
01.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver