Məhkəmə qərarları › İş №2(061)-921/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-921/2025

05.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-921/2025 05.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında xx.xx.2024cü il tarixli MŞ/1GMT 007/002258 saylı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Maraqlı şəxs ilə xx.xx.2017-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Aralarında olan münasibətləri pozulduğundan uşaqlarını özü ilə götürüb maraqlı şəxsdən ayrılmışdır. Onlar ayrıldıqdan sonra maraqlı şəxs bir ata kimi uşaqları ilə maraqlanmamış, onların ehtiyaclarını ödəməmişdir. Uşaqla görə aliment alınması üçün ilkin olaraq mediasiya şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasında maraqlı şəxslə barışıq sazişi imzalamışlar. Onların arasında olan razılığa görə birgə nikahdan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində alimenti hər ayın 25-dən 31-dək ödənilməsini maraqlı şəxs öhdəsinə götürmüşdür. Bununla bağlı xx.xx.2024-cü il tarixdə aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişini maraqlı tərəf könüllü olaraq icra etməmiş və icradan da imtina etmişdir. Hesab etmişdir ki, mediasiya prosesi zamanı təsdiq olunmuş barışıq sazişi nəzərdə tutulan müddət ərzində icra olunmadığından təsdiq olunmalıdır. Ona görə də barışıq sazişinin alimentin verilməsinə dair hissəsinin şərtləri məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırda maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdior. Odur ki, Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, Maraqlı şəxs 05 may 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında nikah 04 martb 2017-ci ildə 01 nömrə ilə rəsmi qeyd edilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş Mediasiya Şürasının xx.xx.2024-cü il tarixli MŞ/1GMT 007/002258 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs öhdəlik götürür ki, birincə tərəf Ərizəçi birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqların saxlanmaları üçün hər birinə 180 manat olmaqla, cəmi 360 manat alimenti hər ayın 25-dən 31-dək ödəməyi öz öhdəsinə götürmüşdür. Bu saziş tərəflər tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Məhkəmə ərizəçinin izahatını, barışıq sazişini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 2017-ci ildə nikahlarını qeyd etdirmişlər. Onların birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Aralarında olan mübahisələrə görə onlar ayrı yaşayırlar. İki uşaq ərizəçinin yanında qalmışdır. Gülsül Osmanlı aralarındakı fikir ayrılığı və mübahisəni qarşlıqlı razılıqla həll etmək üçün aralarında yuxarıda qeyd edilən şərtlərlə xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalamışlar. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü olaraq icra etməmiş və icradan imtina etmişdir. Ona görə də ərizəçi aliment ödənilməsi ilə bağlı barışıq sazişinin məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-in 305-ci maddəsində göstərilmişdir ki, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 306-cı maddəsində göstərilmişdir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarım bölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 355-23.1-cı maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi crası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal ictisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-23.2-cı maddəsində göstərilmişdir ki, Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəçi haqlı olaraq Tərtər Rayon Məhkəməsinə sözügedən iddia ilə müraciət etmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitinin öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağa öz öhdəsinə götürür. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyanın 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyalarla, istərsə də daxili qanunvericiliklə uşaqların normal şəraitdə, fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün imkanlardan maksimum dərəcədə istifadə olunması göstərilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, hazırki halda alimentin tutulmasının əvvəli tərəflər arasında Mediasuya Şürasının xx.xx.2024-cü il tarixli barışıq sazişinin tərtib olunduğu gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. İş materiallarını, ərizəçinin izahatını, Mediasiya Şürasının qərarı ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi Maraqlı şəxs ilə aralarında Mediasiya Şürasının xx.xx.2024-cü il tarixli MŞ/1GMT 007/002258 saylı barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uçaq üçün 180 (yüz səksən) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs ilə aralarında Mediasiya Şürasının xx.xx.2024-cü il tarixli MŞ/1GMT 007/002258 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uçaq üçün 180 (yüz səksən) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə)Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar