Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-927/2025 13.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi vəkalətli nümayəndəsi X6 iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X3 06 avqust 2021-ci ildə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X5 xx.xx.1980-cı ildə 06 avqust 2021-ci ildə vəfat etmişdir. Lakin savadsız olduğundan və müxtəlif üzürlü səbəblərdən hazırki dövrədək onun ölüm haqqında şəhadətnaməsini almamışdır. Ümumiyyətlə belə bir sənədin alınması barədə məlumatı olmamışdır. Belə ki, bu yaxın vaxtlarda evlərinin mülkiyyət sənədlərinin hazırlanması, həyətyanı torpaq sahəsinin satılması üçün ondan belə bir sənəd tələb etdikdə X3 ölüm haqqında şəhadətnaməsinin onun ailə tərəfindən alınmadığı müəyyən edilmişdir. X22 vəfat etdikdən sonra ondan miras qalmış mirası faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış evə və torpağa vərəsəlik hüququ haqqında şəhadətnamə və sonra çıxarış almaq üçün anasının ölməsi faktı qeydə alınmalıdır. Anası X2 rayon Xanqərvənd kənd qəbristanlığında dəfn edilmişdir. Bu barədə olan Xanqərvənd Bələdiyyəsinin arayışını və qəbir daşını fotoşəkilini ərizəyə əlavə etmişdir. O, ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Tərtər rayon Qeydiyyat X1 barəsində qeydiyyat informasiya sistemində və arxivdə ölüm haqqında akt qeydi aşkar olunmadığı haqqında akt qeydinin dövlət qeydiyyatına alınması haqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsinin lazım olduğunu bildirmişdir. X3 ölümünün qeyd edilməsi faktının müəyyən edilməsinı görə məhkəməyə ərizə ilə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Anasının ölümünü təsdiq edən sənədləri vardır. Yuxarıda göstərlənlərə əsasən X3 06 avqust 2021-ci ildə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbdə göstərilənləri təsdiqləyərək göstərmişdir ki, ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. Ərizəçi xx.xx.1975-ci il təvəllüdlüdür. O, 27 aprel 1993-cü ildə Vahid Axundovla ailə qurmuş, həmin vaxt ona Axundova soyadı verilmişdir. Ərizəçi onun ögey bacısıdır. X4 xx.xx.1941-ci ildə Tərtər rayon Sarov kəndində anadan olmuş və ünvan 1 ünvanda yaşamışdır. X17 06 avqust 2021-ci ildə ölmüş, onu vəsiyyətinə görə Goranboy rayon Xanqərvənd kəndində yaxınlarının yanında dəfn etmişlər. Qeyd edilənlərə əsasən ərizəçinin anası xx.xx.1941-ci ildə Tərtər rayon Sarov kəndində anadan olmuş X8 06 avqust 2021-ci ildə Goranboy rayonu, Xanqərvənd kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, Ərizəçi X7 etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X15 göstərmişdir ki, o, Tərtər rayon Bayandurlu kəndində yaşayır. Ərizəçi ögey bacısıdır. X17 06 avqust 2021-ci ildə ölmüş, onu Goranboy rayon Xanqərvənd kəndində yaxınlarının yanında dəfn etmişlər. X14 yas mərasimi Tərtər rayon Azadqaraqoyunlu kəndində keçirilmişdir. Bir şahid kimi təsdiq etmişdir ki, X4 06 avqust 2021-ci ildə ölmüş və onu Göranboy raonu, Xanqərvən d kəndində dəfn etmişlər. Mülki işə əlavə edilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surıtindən görünür ki, Şabanova (Axundova) Xədicə Əli qızı xx.xx.1975-ci ildə Tərtər şəhərində anadan olmuş, Tərtər şəhəri, Nizami küçəsi ev 40, mənzil 10-da qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE № 04728806 nömrəli şəxsiyyət vəsiqəsinin surıtindən görünür ki, X12 xx.xx.1941-ci ildə Tərtər rayon Sarov kəndində anadan olmuş, Tərtər şəhəri, Nizami küçəsi ev 40, mənzil 10-da qeydiyyatda olmuşdur. Mülki işə əlavə edilmiş Tərtər Rayon Mənzil İstehsalat Təmir-İstismar sahəsinin verdiyi 180 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan X10 mərhum X5 onlarda olan məlumata görə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günədək X20 şəhəri, Nizami küçəsi ev 40, mənzil 10-da yaşamışdır. Mülki işə əlavə edilmiş Goranboy Rayon Xanqərvənd Bələdiyyəsinin verdiyi xx.xx.2023-cü il tarixli 88 saylı arayışdan görünür ki, verdiyi 180 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X10 mərhum X5 onlarda olan məlumata görə xx.xx.2021-ci il tarixdə vəfat etmiş və Goranboy Rayon Xanqərvənd qəbristanlığında dəfn edilmişdir. Mülki işə əlavə edilmiş AZ-T № 227154 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il təvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında Əli Şabanov, ana qrafasında X12 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş VJQ №441361 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə Ərizəçi arasında nikah xx.xx.1993-cü ildə Ağdam rayon Qiyaslı kəönd İƏD-i üzrə nümayəndəlikdə 23 sayla qeydə alınmışdır. Həmin vaxt ərə Aqxundav və arvada Axundova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 16 may 2025-ci il tarixli arayışdan görünür ki, X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü il tarixdək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 16 may 2023-cü il tarixli arayışdan görünür ki, X8 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bildirilmişdir ki, ölüm haqqında akt qeydinun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnsan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən ölümü dövlət qeydiyyatına almaq mümkün olmamışdır. Maraqlı şəxs onun məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Mülki işə əlavə edilmiş məzar daşının fotoşəkillərində mərhum X8 xx.xx.1941-ci ildə anadan olması xx.xx.2021-ci il tarixdə vəfat etməsi əks etdirilmişdir. Məhkəmə ərizəçinin vəkalətli nümayəndəsinin izahatını, şahid ifadəsini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin anası mərhum X12 xx.xx.1941-ci ildə Tərtər rayonu, Sarov kəndində doğulmuş, xx.xx.2021-ci il tarixdə vəfat etmiş və Goranboy Rayon Xanqərvənd qəbristanlığında dəfn edilmişdir. Bu fakt mülki işə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş sənədlərlə, şahid ifadəsi ilə tam sübuta yetmişdir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə tətbiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”ın8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, ərizəçinin vəkalətli nümayəndəsinin izahatını, şahid ifadəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, ərizəçi Şabanova (Axundova) Xədicə Əli qızının anası xx.xx.1941-ci ildə Tərtər rayon Sarov kəndində anadan olmuş X8 xx.xx.2021-ci il tarixdə Goranboy rayonu, Xanqərvənd kəndində ölümünün qeyd edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi Şabanova (Axundova) Xədicə Əli qızının anası xx.xx.1941-ci ildə Tərtər rayon Sarov kəndində anadan olmuş X8 xx.xx.2021-ci il tarixdə Goranboy rayonu, Xanqərvənd kəndində ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydaya təqdim olunduğu vaxtdan 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-927/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-927/2025
13.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver