Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-986/2025 02.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X4,X2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X4, X2 və Cavabdeh3 qarşı 7200 (yeddi min iki yüz) manat pul vəsaitinin, 92 (doxsan iki) manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödədiyi 50 (əlli) manat pul vəsaitinin, ümumilikdə 7342 (yeddi min üç yüz qırx iki) manat pul vəsaitinin alınaraq ona ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər X6 ailə başçısı, X5 onun həyat yoldaşı və Cavabdeh3 isə onların övladları, onun həmkənliləridir. Cavabdehlər xx.xx.2020-ci ildə onun yaşadığı evə gələrək ailə, uşaqlarının yanında onu etibarından sui istifadə edərək ondan əvvəlcə 3000 manat, sonra 2700 manat, daha sonra 1500 manat olmaqla, ümumilikdə 7200 manat pul almışlar. Həmin pulu ona 1 il müddətinə qaytaracaqlarını bildirmişlər. Həmin pulu onlara 2 baş heyvanlarını satıb vermişdir. Lakin pulu verdiyi vaxtdan 2 ildən çox vaxt keçməsinə baxmayaraq cavabdehlər üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yerinə yetirməkdən qəti olaraq imtina etmişlər. Buna görə də o, 102 qaynar xəttinə rəsmi qaydada müraciət etmişdir. Ona hazırki mübahisənin borcla bağlı olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir. Odur ki, o, pulunun məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdehlər X3, X1 və Cavabdeh3 olan 7200 (yeddi min iki yüz) manat pul vəsaitinin, 92 (doxsan iki) manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödədiyi 50 (əlli) manat pul vəsaitinin, ümumilikdə 7342 (yeddi min üç yüz qırx iki) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdehlər X6 qudası, X5 onun həyat yoldaşı və Cavabdeh3 isə onların oğludur. Onlarla münasibətləri yaxşı olmuşdur. Ərizədə göstərdiyi vaxtlarda X6, X5 və Cavabdeh3 onun yaşadığı evə gələrək ondan 5000 manat borc pul istəmişlər. Həmin pulu onlara vermis, lakin bnununla bağlı qəbz almamışdır. Cavabdehlər pulu bir il müddətinə verəcəklərini bildirsələr də hazıra qədər verməmişlər. Pulu nəvəsinin, qızının yanında vemişdir. Buna baxmayaraq qızının və nəvəsinin məhkəməyə gəlməsinə ehtiyac olmadığını bildirmişdir. Pulunu ala bilmədiyindən iddiasının təmin olunması barədə müvafiq qətnamə qəbul etməsini xahiş etmişdir. Cavabdeh X6, X5 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarında olan Tərtər rayon Kəngərli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 103 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1935-ci ildə Tərtər rayon Kəngərli kəndində anadan olmuş, Tərtər rayon Kəngərli kəndində yaşayır. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, iddiaçı və cavabdehin münasibətləri yaxşı olmuşdur. Məhkəmə iclasında izahat vermiş İddiaçı cavabdehlər X6 qudası, X5 onun həyat yoldaşı və Cavabdeh3 isə onların oğlu olduğunu, onlarla münasibətlərinin yaxşı olduğunu, ərizədə göstərdiyi vaxtlarda X6, X5 və Cavabdeh3 yaşadığı evə gələrək ondan 5000 manat borc pul istədiyini, həmin pulu onlara verdiyini, lakin bnununla bağlı qəbz almadığını, cavabdehlərin pulu bir il müddətinə verəcəklərini bildirsələr də hazıra qədər vermədiklərini, pulu nəvəsinin, qızının yanında verdiyini, buna baxmayaraq qızının və nəvəsinin məhkəməyə gəlməsinə ehtiyac olmadığını bildirdiyini, pulunu ala bilmədiyindən iddiasının təmin olunması barədə müvafiq qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində cavabdehlərin ondan ümumilikdə 7200 manat pul aldıqlarını göstərsə də, məhkəmə iclasında verdiyi izahatında 5000 manat pulun cavabdehlərə verdiyini göstərməsi onun səmimi ifadə verməsini şübhə altına almış və ziddiyyət yaratmışdır. Bununla yanaşı İddiaçı cavabdehlərə 2020-ci ildə dəqiq məlum olmayan məbləğdə yəni 5000 manat və ya 7200 manat borc pul verdiyini, hazırda həmin pulu qaytarmadığını bildirsə belə, bu barədə hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Bunlarla yanaşı İddiaçı ihahatında cavabdehə pul verməsi ilə bağlı hər hansı bir sənədini və ya sübutunun olmadığını, pulu qızı və nəvəsinin yanında verdiyini göstərsə belə onların məhkəmə iclasına gəlmələrinə ehtiyac olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəf iddia tələbini təsdiq etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Həmçinin iddiaçının iddia ərizəsində göstərdiyi məbləğlə, izahatında göstərdiyi məbləğ arasında ziddiyyət olduğu müəyyən edilmişdir ki, bu hal da cavabdehlərin iddiaçıya həmin məbləğdə pul borclu olmadığına dəlalət edir. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehlərin iddiaçıya borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının ziddiyyətli izahatlarını müqayisəli təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı cavabdehlərə borc pul verməsini iddia etsə də, bu barədə verdiyi izahatları ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və təqdim edilmiş sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı cavabdehlərin ona pul borclu olmasını sübuta yetirə bilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Kontitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarları qanuna və sübutlara əsaslanır. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin Plenumu “Nailə Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstutisiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01. 2006-cı il tarixli qərarına qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təqdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, lik növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni məhafelərini müdafə edən akt kimi çıxış etməlidir. Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarını, iddiaçının izahatını və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər X4, X2 və Cavabdeh3 qarşı 7200 (yeddi min iki yüz) manat pul vəsaitinin, 92 (doxsan iki) manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödədiyi 50 (əlli) manat pul vəsaitinin, ümumilikdə 7342 (yeddi min üç yüz qırx iki) manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər X4, X2 və Cavabdeh3 qarşı 7200 (yeddi min iki yüz) manat pul vəsaitinin, 92 (doxsan iki) manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödədiyi 50 (əlli) manat pul vəsaitinin, ümumilikdə 7342 (yeddi min üç yüz qırx iki) manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-986/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-986/2025
02.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver