Məhkəmə qərarları › İş №2(062)-1206/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1206/2024

07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1206/2024 07.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «vəfat etmə faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «vəfat etmə faktının təsdiq olunması» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək qardaşları xx.xx.1968-ci ildə Tovuz rayonu, Düz Qırıqlı kəndində doğulmuş X6 xx.xx.1968-ci ildə, X7 isə xx.xx.1968-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X5 ilə mərhum anası X3 birgə nikahlarından xx.xx.1968-ci ildə Vidadi və Nizami adlı iki əkiz uşaqları doğulmuşdur. Həmin qardaşları qısa müddət sonra xəstəlikdən vəfat etmişdir. Belə ki, Nizami xx.xx.1968-ci ildə, Vidadi isə xx.xx.1968-ci ildə ölmüşdür. X25 kənd qəbirstanlığında dəfn edilmişlər. Lakin onların ölümü barədə qeyd aparılmamışdır. Ata və anası da vəfat etmişdir. Onların vəfatından sonra miras əmlakı qəbul etmiş və həmin təsərrüfatda yaşayır. Miras əmlakın vərəsəlik qaydasında sənədləşməsi üçün notariat kontoruna müraciət etmişdir. Lakin vəfat edən qardaşlarının ölümləri barədə qeyd aparılmadığı üçün miras əmlaka dair sənədləşmə aparmaq mümkün olmamışdır. Bu barədə qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərdi ki, ərizəçi onun xalası oğludur. Ərizəçinin Nizami və Vidadi adında əkiz qardaşları olmuşdur. Lakin onlar elə doğumlarından qısa bir müddət sonra vəfat etmişlər. Qardaşlarının hər ikisi Düz Qırıqlı kənd qəbirstanlığında dəfn edilmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin 1968-ci ildə Nizami və Vidadi adında əkiz qardaşları olmuşdur. Doğulan andan uşaqlar xəstə olmuşlar. Elə ona görə də həmin ilin mart-aprel aylarında vəfat etmişlər. Həmin uşaqların hər ikisi Düz Qırıqlı kənd qəbirstanlığında dəfn edilmişdir. Yas mərasimində digər qonşularla yanaşı o da iştirak etmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin əkiz qardaşları olan Nizami və Vidadi elə doğulan andan xəstə olduqları üçün doğumlarından qısa bir zaman sonra vəfat etmişdir. X25 kənd qəbirstanlığında dəfn edilmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, X11 və X12 xx.xx.1968-ci ildə Tovuz rayonu, Düz Qırıqlı kəndində doğulmuşdur. X2, anaları isə X4r. Doğum haqqında İ-ЖГ 382567 saylı şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1972ci ildə doğulmuşdur. X5, anası X4r. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X14 xx.xx.1973-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 01 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ İİ 379030 saylı şəhadətnamədən görünür ki, X8 xx.xx.2024-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 17 nömrə ilə qeydiyyat aparılmışdır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış imtina rəylərindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X11 və X6 ölümünü təsdiq edən sənədlər təqdim edilmədiyindən onların barəsində ölüm akt qeydinin tərtib edilməsi mümkün deyildir. Tovuz rayonu, Düz Qırıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, X14 ilə X1 birgə nikahlarından xx.xx.1968-ci ildə doğulmuş X12 xx.xx.1968-ci ildə, X11 isə xx.xx.1968-ci ildə vəfat etmişdir. X25 kənd qəbirstanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, şahidlərin ifadələrini dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, hazırda ərizəçinin xahişi Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslində əksin tapmış şəxsin vəfat etməsi faktının təsdiq olunmasından ibarətdir. Ona görə də işin hallarına həmin Fəslin müddəaları əsasında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarında olan hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının barədə işlərə baxır. Nəzərə alınmalıdır ki, qanunvericilikdə hüquqi faktların müəyyən olunması üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.1968-ci il tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində doğulmuş X12 xx.xx.1968-ci ildə, X11 isə xx.xx.1968-ci ildə Tovuz rayonu, Düz Qırıqlı kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişlər. Lakin onların ölümü barədə ailəsi tərəfindən aidiyyəti üzrə səhiyyə orqanlarına müraciət edilmədiyindən ölümlərinə dair hər hansı qeyd aparılmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması mərhumların qardaşı olan ərizəçiyə vərəsəlik üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 9, 9.1 və 9.2-ci bəndləri). Göründüyü kimi Ərizəçi mərhum qardaşlarının ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədlərin alınmaması vərəsəlik hüquqlarının həyata keçirilməsinə imkan vermir. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. Nəzərə almaq lazımdır ki, Аilə Məcəlləsinin 158.1-ci mаddəsinə əsаsən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci mаddəsinə əsаsən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsində qeyd olunmuşdur ki, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Məhkəmə hesab edir ki, ərizəçinin qardaşları Vidadi Abbasov və Nizami Abbasovun vəfat etməsi faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Odur ki, ərizə təmin edilərək, onların vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. Doğum tarixləri xx.xx.1968-ci il olan X6 xx.xx.1968-ci il tarixdə, X7 isə xx.xx.1968-ci il tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar