Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1218/2024 19.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinintəsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək X5 ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X7 və xx.xx.2021-ci il tarixdə X6 və xx.xx.2023-cü il tarixdə X8 adlı üç nəfər uşaqları anadan olmuşdur. Onlar evləndikdən sonra bir müddət mehriban yaşasalar da sonradan xasiyyətlərində olan uyğunsuzluq səbəbindən ayrılmışlar. Hər üç uşaqlar onunla birlikdə yaşayır. Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən üç nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs həy ay bir uşaq üçün 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə razılığa gəlmişlər, lakin hazırda Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirmir. Ona görə də, Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədi.Əlavə olaraq izahatında göstərdi ki, alimenti gecikdirməsinə səbəb onun digər borclarının olması olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş Barışıq sazişindən görünür ki, Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat alimenti hər ayın 1-dən gec olmayaraq olmayaraq Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər rəsmi qaydada evlənmişlər. Birgə yaşayışlarından xx.xx.2017-ci il tarixdə X7, xx.xx.2021-ci il tarixdə X6 və xx.xx.2023-cü il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaqlar ərizəçinin yanındadır. Ərizəçi Maraqlı şəxs aliment tələb etmiş, tərəflər arasında 16 fevral 2024-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir: xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək anaları Ərizəçi yanında və himayəsində saxlanılması, Maraqlı şəxs ilə birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat alimenti hər ayın 1-dən gec olmayaraq olmayaraq Ərizəçi ödənilməsi barədə və Maraqlı şəxs övladları Yağmur, Ruzigar və Kutay ilə istənilən vaxt görüşə və ünsiyyətdə olması barədə razılığa gəlmişlər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 16 fevral 2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşağa görə 220 manat olmaqla, cəmi 660 manat alimentin alınıb Ərizəçi verilməsinə dair 16 fevral 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. 16 fevral 2024-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1218/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1218/2024
19.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver