Məhkəmə qərarları › İş №2(062)-1270/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1270/2024

05.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1270/2024 05.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X1 və Maraqlı şəxs iştirakları ilə İşdə maraqlı şəxs Ərizəçi işdə Maraqlı şəxs qarşı alimentin artırılması barədə mediasiya prosesində bağlanmış sazişin təsdiq edilməsi tələbinə dair mülki işə Tovuz şəhərində 05 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə maraqlı şəxs Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı iddia qaldıraraq Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X3 təmsil etmişdir. İşdə maraqlı şəxs Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X3 ərizəni müdafiə edərək izahatında göstərdi ki, tərəflər el adəti ilə evlənmişlər. Nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 19 aprel 2018-ci ildə Murad adlı uşaqları anadan olmuşdur. İşdə Maraqlı şəxs ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaq ərizəçinin himayəsindədir. Tovuz rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli 2(062)- 715/2018 saylı qətnaməsinə əsasən, uşağın saxlanılması üçün hər ay 120 manat aliment tutulması qət edilmişdir. Uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də 19 aprel 2018-ci ildə anadan olmuş Murad adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün aralarında olan barışıq sazişinin şərtlərinə uyğun olaraq cavabdehdən tutulan aliment məbləği artırılaraq hər ay 170 manat aliment alınıb ona verilməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul edərək izahatında göstərdi ki, ərizəçi ilə məhkəmə qaydasında ayrılmışlar. Məhkəmə qətnaməsi ilə ondan aliment tutulur. xx.xx.2023-cü il tarixində Mediasiya Prosesində aliment məbləğinin artırılması barədə barışıq sazişi bağlamışlar. Alimenti ödəyəcəkdir. Ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, tərəflərin 19 aprel 2018-ci ildə Murad adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənmişlər. Birgə nikahlarından 19 aprel 2018-ci ildə Murad adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaq ərizəçinin yanındadır. Ərizəçi sonradan Maraqlı şəxs alimentin artırılmasını tələb etmiş, tərəflər arasında 12 dekabr 2023-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:

1. Maraqlı şəxs birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat aliment Ərizəçi verməyi öhdəsinə götürür.

2. Maraqlı şəxs övladı Murad ilə hər həftənin bazar günləri saat 11:00-dan 17:00-dək görüşə və ünsiyyətdə ola bilər. Barışıq sazişi hal-hazırda qüvvədədir. Ərizəçi sazişin alimentə aid hissəsinin təsdiq olunmasını xahiş etmişdir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 12 dekabr 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. İşdə maraqlı şəxs Ərizəçi ilə işdə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs tutulan alimentin artırılaraq hər ay 170 (yüz yetmiş) manat alimentin alınaraq Ərizəçi verilməsinə dair 12 dekabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. 12 dekabr 2023-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin və könüllü tutulmuş məbləğlər hesablanaraq nəzərə alınsın. Qətnamə dərhal icra olunsun. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar