Məhkəmə qərarları › İş №2(062)-1272/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1272/2024

05.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1272/2024 05.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Ərizəçi (bundan sonra ərizəçi) və Maraqlı şəxs (bundan sonra - maraqlı şəxs) birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X7 doğulmuşdur. Birinci tərəf Maraqlı şəxs, ikinci tərəf Ərizəçi, həmçinin mediator X1 iştirakı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, tərəflər iddia predmeti barədə könüllü razılığa gəlmişlər. Tərəflər razılaşaraq rəsmi nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X6, xx.xx.2020-ci ildə anadan olmuş X5 və xx.xx.2023-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək anaları Maraqlı şəxs yanında və himayəsində qalmaları; Ərizəçi xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit məbləğdə 130 manat, cəmi 390 manat alimenti anaları Maraqlı şəxs verməyi; Ərizəçi övladları xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X7 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olması və Maraqlı şəxs məxsus cehiz əşyalarının gəlin gəlin köçdüyü evdən çıxarılması barədə razılığa gəlmişlər. Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞT/MT024/2023-1223 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə aralarında yaranmış nikahın pozulması, uşağın himayədə saxlanılması, aliment, uşaqla ünsiyyət və cehiz əşyalarının çıxarılması mübahisələri ilə bağlı mediasiyaya müraciət etmiş, Mediasiya prosesinin nəticəsi olaraq Maraqlı şəxs ilə aralarında xx.xx.2023-cü il tarixli MŞT/MT024/2023-1223 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən birgə nikahlarından anadan olmuş Yusif, Fatimə və Murad adlı uşaqlarının yetkinlik yaşına çatanadək Fəridənin yanında saxlanılması, 3 uşağın saxlanılması üçün hər ay onun sabit məbləğdə 130 manat, cəmi 390 manat alimentin Maraqlı şəxs verməyi, hər həfətənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək uşaqlarla onun görüşüb və ünsiyyətdə olacağı, Maraqlı şəxs məxsus cehiz əşyalarının gəlin köçdüyü evdən çıxaracağı barədə razılaşmışlar. O. sazişin şərtlərinə əməl etdiyini, hər ay 390 manatı vaxtı-vaxtında Maraqlı şəxs verir, lakin Fəridə barışıq sazişinin şərtlərinə əməl etməyərək, onun uşaqlarla ünsiyyətdə olmağına imkan vermir, dəfələrlə deməyinə baxmayaraq cehiz əşyalarını götürmür. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı xx.xx.2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə hesab edir ki, barışıq sazişi uşaqla ünsiyyətə dair hissədə məcburi icraya yönəlməli, Ərizəçi övladları Yusif, Fatimə və Murad ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-a dək görüşüb ünsiyyətdə olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs, həmçinin mediator X1 iştirakı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli MŞT/MT024/2023-1223 saylı barışıq sazişi uşaqlarla ünsiyyətə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Ərizəçi övladları xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X7 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək görüşüb ünsiyyətdə ola bilər.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar