Məhkəmə qərarları › İş №2(062)-1336/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1336/2024

15.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1336/2024 15.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə mediasiyada təsdiq etdiyi barışıq sazişinin hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat alimentin ödənilməsi hissəsinin təsdiq olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 29 iyul 2009-cu ildə evlənib ailə qurmuşlar. Nikahları qeydə alınmamışdır. Birgə yaşayışlarından 22 avqust 2011-ci ildə İnam, 14 iyun 2010-cu ildə Bəzək, 11 fevral 2017-ci ildə Arifə adlı üç nəfər uşaqları olmuşdur. Mediasiya maraqlı şəxslə qarşılıqlı razılığa gəlmişlər. Aralarında bağlanan sazişə əsasən uşaqların yetkinlik yaşına çatanadək Maraqlı şəxs hər uşağa 80 manat, cəmi 240 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişini o və maraqlı şəxs şəxsən imzalamışlar. Barışıq sazişi mediasiyada təsdiq olunmuşdur. Hesab edir ki, aralarında bağlanan əqd qanuna uyğun bağlanıb və etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Buna baxmayaraq barışıq sazişini könüllü olaraq Eldar icra etmir. Ona görə də, xx.xx.2024-cü il tarixdə mediasiyada təsdiq etdiyi barışıq sazişinin hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat alimentin ödənilməsi hissəsinin təsdiq olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. İşdə Maraqlı şəxs məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş Barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2010-cu ildə anadan olmuş X5, xx.xx.2011-ci ildə anadan olmuş X6 və xx.xx.2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat alimenti hər ay ayın 1-dən gec olmayaraq anaları Ərizəçi verməyi və Ərizəçi övladları ilə birlikdə X3 məxsus Tovuz rayon Yuxarı Öysüzlü kəndində yerləşən yaşayış evinə köçürülməsi barədə razılığa gəlmişlər. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər qeyri-rəsmi qaydada evlənmişlər. Nikahları qeydə alınmamışdır. Birgə yaşayışlarından 22 avqust 2011-ci ildə İnam, 14 iyun 2010-cu ildə Bəzək, 11 fevral 2017-ci ildə Arifə adlı üç nəfər uşaqları olmuşdur. Mediasiya maraqlı şəxslə qarşılıqlı razılığa gəlmişlər. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir: Maraqlı şəxs xx.xx.2010-cu ildə anadan olmuş X5, xx.xx.2011-ci ildə anadan olmuş X6 və xx.xx.2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat alimenti hər ay ayın 1-dən gec olmayaraq anaları Ərizəçi verməyi və Ərizəçi övladları ilə birlikdə X3 məxsus Tovuz rayon Yuxarı Öysüzlü kəndində yerləşən yaşayış evinə köçürülməsi barədə razılığa gəlmişlər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 18 mart 2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi tam olaraq qanuna müvafiq olduğundan təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə yaşayışlarından xx.xx.2010-cu ildə anadan olmuş X2, xx.xx.2011-ci ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat alimentin alınıb Ərizəçi verilməsinə dair 18 mart 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. 18 mart 2024-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar