Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1341/2024 27.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Tovuz şəhərində 27 may 2024-cü ildə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1966-cı ildə anadan olmuş bacısı X3 10 iyun 1966-cı ildə Tovuz ayonu İbrahimhacılı kəndində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X8 ilə anası X1 birgə nikahlarından yeddi uşaqları anadan olmuşdur. Onların birgə nikahlarından xx.xx.1996-cı ildə X5 anadan olmuşdur. X5 10 iyun 1966-cı ildə vəfat etmişdir. Maraqlı şəxsə müraciət etdikdə onun ölüm haqqında şəhadətnaməsi tapılmamışdır. Belə ki, ona bildirilmişdir ki, Sevilin ölümü barədə akt qeydiyyatı kitabında qeydiyyat aparılmamışdır. Ölüm haqqında şəhadətnamənin əldə olunaraq yenidən maraqlı şəxsə verilməsi qeyri-mümkündür. Yalnız yerli icra nümayəndələrinin və şahid ifadələri və fotoşəkillərlə sübüt olunur ki, bacısı Sevil vəfat etmişdir. Başqa qaydada həmin sənədlərin əldə olunması mümkün olmadığlından bu fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Odur ki, xx.xx.1966-cı ildə anadan olmuş bacısı X3 10 iyun 1966-cı ildə Tovuz rayonu İbrahimhacılı kəndində ölüm faktının müəyyən olunmasını xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Cəmilənin bacısı 1966-cı ildə uşaq olarkən vəfat etmişdir. Çox yaşamamış, 5-6 aylığında rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Cəmilənin bacısı Sevil 1966-cı ildə uşaq olarkən rəhmətə gedibdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 verdiyi ifadəsində göstərdi ki, o İbrahimhacılı kənd icra nümayəndəsidir. Ərizəçi onun həmkəndlisidir. Cəmilənin bacısı Sevil ondan bir yaş balaca olubdur. Onun 20 yaşı olanda o briqadir olmuş, Sevil 18 yaşı çatdığı üçün onu birqadaya fəhlə kimi çağırmaq istəyəndə məlum olmuşdu ki, Sevil vəfat edib. Həqiqətən də Sevil 1966-cı ildə vəfat edib. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş məktuban görünür ki, X3 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş Tovuz rayon İHB-nin İbrahimhacılı kənd İƏD üzrə nümayəndəliyinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, X5 16 yanvar 1966-ci ildə Tovuz rayonu İbrahimhacılı kəndində ölmüş və kənd qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin atası X8 ilə anası X1 birgə nikahlarından yeddi uşaqları anadan olmuşdur. Onların birgə nikahlarından xx.xx.1996-cı ildə X5 anadan olmuşdur. X5 10 iyun1966-cı ildə vəfat etmişdir. Sevilin ölümü barədə qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin bacısının ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 16 yanvar 1966-ci ildə Tovuz rayonu İbrahimhacılı kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1341/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1341/2024
27.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver